Darvinistlər illərlə, insanın xəyali meymun atalarının olduğunu və bunların da inkişaf xüsusiyyətlərinə görə müxtəlif kateqoriyalara ayrıldığını iddia etdilər. Australopithecus, Homo habilis, Homo erectus, Neandertal, Homo sapiens kimi xəyali sıralamalar edərək insanın yavaş-yavaş dik durmağa çalışdığı, beyninin və qabiliyyətlərinin inkişaf etdiyi, meymunluqdan uzaqlaşaraq get-gedə insanlığa doğru irəlilədikləri təlqinini verməyə çalışdılar. Xəyali şəkillərlə, bərpalarla illərlə insanları aldatmağa davam etdilər.

Bütün digər yalanlar kimi bu yalan da sona çatdı. Xüsusilə, son vaxtlarda gündəmə gələn neandertallarla əlaqədar şərhlər, günümüzdən 200 min il əvvəl yaşamış və 60 min il əvvəl nəsli tükənmiş olan bu insan irqi haqqında aşağıdakı dəlilləri təkrar təqdim etməyi tələb etmişdir:

 

Neandertallar eynilə günümüzdəki insan irqləri kimi bir insan irqidir. Neandertalların ibtidai olduqlarına dair fərziyyələr, ilk olan neandertal fosili üzərində edilən saxtakarlıq daha sonra gündəmə gətirilmiş və bu iddia, dəfələrlə fosil qeydləriylə yalanlanmasına baxmayaraq, israrla darvinist diktatorluq tərəfindən gündəmdə tutulmağa çalışılmışdır.

–  1908-ci ildə Fransanın La Chapelle-aux-Saints bölgəsində neandertal adama aid olduğu ifadə edilən bir fosili araşdıran təkamülçü paleontoloq Marcellin Boule, canlının guya:

  • dik gedə bilmədiyini
  • qabarıq alına sahib olduğunu
  • və beyin quruluşuna görə danışa bilmədiyini iddia etdi.

 

Bütün bu iddialardan yola çıxaraq neandertallara “ibtidai” deyildi. Halbuki, bu fosil üzərində edilən fərziyyələr böyük bir saxtakarlığa dayanırdı. Bu fosil üzərində edilən sonrakı araşdırmalarda:

 

–  Fosili olan bu neandertal insanda bir növ oynaq infeksiyası olduğu və bu vəziyyətin dizlərə yüngül qabarıq görünüş verdiyi aydın oldu.

–  Ən əhəmiyyətlisi, fosil üzərində araşdırma edən darvinist paleontoloqun, qərəzli olaraq bu fosili əyri gedirmiş kimi göstərdiyi ortaya çıxdı. Çünki bu diz narahatlığı neandertal insanın dik gedişinə maneə deyildi.

– Həm də fosil üzərində edilən sonrakı araşdırmalar neandertalların danışma qabiliyyətləri mövzusundakı darvinist fərziyyələri də ortadan qaldırdı. İşlər neandertalların qırtlaq quruluşunun, səs kanallarının və kəllə xüsusiyyətlərinin tam olaraq danışmağa uyğun olduğunu göstərdi.

Bu səbəbdən neandertalların ibtidai olduqları, dik yeriyə bilmədikləri və danışa bilmədikləri kimi iddialar, bu ilk olan neandertal saxtakarlığından qalma iddiadır. Sonrakı neandertalların hamısının, eynilə ilk olan neandertal kimi dik yeridiyi və insandan fərqsiz qırtlaq və səs kanalı quruluşuna sahib olduğu aydın olmuşdur.

       

Neandertalların xüsusiyyətləri darvinist iddiaları ortadan qaldırır:

– Neandertalların bədənlərinin güclü və müqavimətli olması

Tapılan bütün neandertal fosillərin bədənləri güclü və müqavimətli görünür. Ancaq bu xüsusiyyətin darvinistlər tərəfindən “ibtidailik” olaraq qarşıya qoyulması gerçək mənada təəccüblüdür. Çünki zəmanəmizdə də olduqca iri formaya sahib insanlar vardır. Sırf bu görünüşlərinə görə bu şəxsləri ibtidai olaraq xarakterizə etmək nə qədər məntiqsizdirsə, neandertallar üçün də eyni şərhi müdafiə etmək eyni dərəcədə məntiqsizdir. Məsələn, Şimal Qərb Avropalı iri insanların, daha xırda olan Çinlilər və ya Pigmelərə görə daha kobud və ibtidai olduğu deyilə bilməz. Çünki çox yaxşı bilinir ki, sümük və skelet quruluşu, davranış şəkli və zəka səviyyəsində təyin edici faktor deyil.

 

– Neandertalların alınlarının dar olması

İndiki vaxtda da dar alın quruluşuna sahib bir çox insan irqi yaşayır. Bu səbəbdən bu gerçək də darvinistlərin ibtidailik yalanını ortadan qaldırır.

 

– Kəllə həcmlərinin günümüz insanınkından 13% daha böyük olması.

İndiki insanının beyin həcmi 1500 cc ikən neandertallarınkı 1700 cc qədər, yəni daha böyükdür. Əgər darvinistlərin öz iddialarından yola çıxsaq, (təkamülləşdikcə beyin həcminin inkişaf etdiyi və zəka və bacarığın artdığı iddiası) bu vəziyyət neandertallar haqqındakı iddiaları ortadan qaldırmağa kifayətdir. Qaldı ki, zəka, bacarıq və düşünmə tutumunun, beyin həcmi ilə heç bir əlaqəsinin olmadığı bilinir.

 

Neandertalların danışma xüsusiyyətləri:

– Fosillər üzərində aparılan araşdırmalar neandertalların səs tellərinin indiki insanına aid bütün səsləri çıxarmağa uyğun olduğunu göstərmişdir.

– Kəllə fosilləri üzərində aparılan anatomik araşdırmalar da bunu təsdiqləmişdir.

– Araşdırmacılara görə, fərqli səslər fərqli dil hərəkətləri tələb etdiyindən, daha geniş dil sinirlərini daşımaq üçün insan kəllə sümüyünün daha geniş dilaltı kanallarına sahib olmalıdır. Edilən araşdırmalar, neandertallardakı kanalların, indiki insanlarınkı ilə eyni olduğunu göstərmişdir.

– Richard Kay, Matt Cartmill və Michelle Balow adlı araşdırmaçılar, Australopithecusların üç növünün, iki neandertalın, həm də şimpanzelərin, qorillaların və insanların dilaltı kanallarının plastik qəliblərini düzəltmişlər. (Earlier Human Speech, www.eurekalert.org/releases/DU-HuSp.html)

Bu qəlibləri araşdırdıqlarında, insanlarda olan kanalların şimpanzelərdə olan kanallardan iki qat daha geniş olduğunu müşahidə etmişlər. Onsuz da bir meymun növü olan Australopithecusların kanalları meymunlardakı ölçülərlə eyni ikən, neandertalın kanalları insanların sahib olduğu ölçülərdədir.

 

 

Neandertallarla əlaqədar son tapıntılar təkamülçü iddiaları yalanlayır:

Neandertalların müalicə üsulları və mərasimləri:

– Neandertalların yaşadığı mağaralarda əldə edilən tapıntılar, bu canlıların indiki insanlardan fərqsiz olduqlarına dair əhəmiyyətli dəlillər vermişdir. Məsələn, neandertalların xəstə və yaralılarını müalicə etdikləri və ölülərini çiçəklərlə birlikdə basdırdıqları bilinir. Belə bir ictimai həyat şəklinə sahib canlıların ibtidai olmaları əlbəttə mümkün deyil.

 

Neandertallara aid tikiş iynəsi və fleyta

– Neandertallara aid ayı sümüyündən düzəldilmiş fleyta və tikiş iynəsi tapılmışdır. Bu əhəmiyyətli tapıntılar, bu insanların üstün sənət anlayışına və geyim zövqünə sahib olduqlarını göstərir.

Neandertallar mövzusunda mütəxəssis Erik Trinkhausun mövzuyla əlaqədar şərhləri bu şəkildədir:

 

Ən maraqlı neandertal tapıntılarından biri ayı sümüyündən düzəldilmiş fleytadır. 1995-ci iyul ayında Şimali Yuqoslaviyadakı bir mağarada olan fleytanı analiz edən musiqişünas Bob Fink, bu alətin, 4 not çıxardığını və fleytada yarım tonlar və tam tonların da olduğunu təsbit etmişdir. Bu kəşf, neandertalların Qərb musiqisinin təməl forması olan yeddi not ölçüsündən istifadə etdiklərini göstərir. Fleytanı araşdıran Fink, “qədim fleyta üzərindəki ikinci və üçüncü deşiklər arasındakı məsafənin, üçüncü və dördüncü deşiklər arasındakı məsafənin iki qatı” olduğunu ifadə edir. Bunun mənası birinci məsafənin tam notu, ona qonşu olan məsafənin də yarım notu təmsil etdiyidir. “Bu üç not inkar edilə bilməz bir şəkildə diatonik ölçüdəki kimi səs çıxarır” deyən Fink, neandertalların musiqi qulağı və məlumatı olan insanlar olduğunu ifadə edir. [1]

 

Neandertal insanlar tərəfindən istifadə edildiyi və 30 min illik olduğu təsbit edilən sümükdən düzəldilmiş tikiş iynəsi son dərəcə düzdür və iplik keçirilməsi üçün açılmış dəliyə malikdir. [2]

 

Neandertallara aid bəzək əşyaları:

– New Mexiko Universitetində antropoloji və arxeologiya professoru olan Steven L. Kuhn və Mary C. Stiner İtaliyanın Cənub-Qərb sahilindəki neandertal mağaralarında illərlə araşdırma aparmış və neandertalların, indiki insan kimi kompleks düşüncə quruluşu tələb edən fəaliyyətlərdə olduqları nəticəsinə gəliblər. [3]

– Son olaraq Bristol universitetindən paleontoloqlar, Cənubi İspaniyada 50.000 illik iki mağarada neandertallara aid bəzək əşyaları tapdılar. Neandertallar, dəniz qabıqlarından bəzək əşyaları düzəldiblər və rəngləndirmək üçün bir-birindən fərqli piqmentlərdən istifadə ediblər.

 

– Bir neçə il əvvəl də Alman elm adamları neandertalların ağac qatranından istifadə edərək qatran kimi bir zift çıxardıqlarını tapmışdılar. Elm adamları bunun çətin bir iş olduğunu, 400 dərəcə istidə bir neçə saatlıq əməliyyat tələb etdiyini söyləyiblər.

Neandertallar mövzusunda uzun illər araşdırma aparan Erik Trinkhausun neandertallarla əlaqədar şərhləri bu şəkildədir:

 

“Neandertal fosilləri və müasir insan sümükləri arasında edilən detallı müqayisələr göstərir ki, neandertalların anatomiyasında ya da hərəkət, alət istifadəsi, zəka səviyyəsi və ya danışma qabiliyyəti kimi xüsusiyyətlərində müasir insanlardan aşağı sayıla biləcək heç bir şey yoxdur.” [4]

 

“Şübhəsiz neandertallar, bir insan irqi olduqları üçün, günümüz irqləri ilə eyni xüsusiyyətlərə sahibdilər. Neandertal insanı qabiliyyətli alət düzəldən və müvəffəqiyyətli ovçu idi. Hətta musiqi və sənətlə məşğul olurdu. Eynilə günümüzdəki cəmiyyətlər kimi mədəni və ictimai quruluşa sahib idi, dini inancları vardı. Bu səbəbdən neandertalların yaratdığı mədəniyyət, günümüz mədəniyyətlərindən çox da fərqli deyildi.” [5]

 

  1. Trinkaus və W. W. Howells, Scientific American jurnalına bu mövzuda belə deyiblər:

 

“Bu gün bir çox elm adamı neandertal insanın tamamilə dik ayaqda dayandığı və bir xəstəlik olmadığı vəziyyətlərdə, xüsusiyyətlərinin günümüz insanından heç bir fərqi olmadığı haqqında fikir birliyi içindədirlər.” [6]

 

 

[1] The AAAS Science News Service, Neandertals Lived Harmoniously, 3 aprel 1997

[2] D. Johanson, B. Edgar, From Lucy to Language, səh. 99, 107

[3] Trinkaus, E. and Shipman, P. The Neandertals, Alfred A. Knopf, New York, səh. 399, 1992

[4] Erik Trinkaus, “Hard Times Among the Neanderthals”, Natural History, cild 87, dekabr 1978, səh. 10; R. L.

[5] -Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, səh. 194

[6] E. Trunkaus – W. W. Howells, Scientific American, 241(6):118 (1979) – Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, səh. 195