Son vaxtlarda xüsusilə, darvinist nəşrlərdə ön plana çıxarılan bir xəbər gündəmə gəldi. Süni olaraq çıxarılan DNT molekuluna aid bir parça, bir başqa hüceyrə nüvəsinə köçürülmüş və bu DNT-nin hüceyrə içində çalışdığı müşahidə edilmişdir. Bəzi darvinist nəşrlərdə “sintetik həyat yaradıldı”, “yaşayan hüceyrə yaradıldı” (Allahı tənzih edərik) kimi aldadıcı başlıqlarla verilən bu mövzu darvinist fərziyyələrə vəsait halına gətirilmişdir.
Hətta Financial Times kimi bəzi nəşrlər, təkamülçülərin cansızdan canlılıq yaratma mövzusunda heç bitməyən xəyallarını sonunda reallaşdırdıqlarını da iddia etmişdir. Halbuki, bu çalışma, darvinistlərin əsla izah edə bilmədikləri canlılığın necə başladığı sualına heç bir cavab vermir. Əksinə bu çalışma, hüceyrə DNT-sindəki kompleksliyin əhəmiyyətli isbatı hökmündədir.
Mövzuyla əlaqədar şərhlər belədir:
- Amerikalı elm adamı J. Craig Venter, bir mikoplazma (Mycoplasma mycoides) genini, laboratoriyada süni olaraq hazırladıqdan sonra, başqa bir mikroplazma (Mycoplasma mycoides) hüceyrəsinin nüvəsinə daxil etmiş və hüceyrə bu DNT ilə işinə davam etmişdir.
- Edilən əməliyyatlar canlılığın bilinən klonlama üsullarından fərqli deyil.
- Edilən əməliyyatda 1.08 milyon əsas cütündən ibarət olan Mikoplazma mikoides DNT-sindən alınan nüsxə, laboratoriya şərtlərində hazırlanmış və başqa bir canlı hüceyrəsinin içinə nəql edilmişdir.
- Yeni bir DNT çıxarılmamış, daha əvvəl var olmayan yeni bir məlumat yaradılmamış, laboratoriyada süni bir DNT düzülməsi sıfırdan meydana gətirilməmişdir. Hüceyrə də, DNT də onsuz da vardır. Edilən əməliyyat, fövqəladə məlumata sahib olan mövcud DNT-nin alınıb yenidən hazırlanması və başqa bir hüceyrəyə nəql edilməsindən başqa bir şey deyil.
- Bu tənzimləmə, onsuz da DNT-də var olan fövqəladə komplekslikdəki məlumat daxilində, şüurlu elm adamlarının idarəsi altında, son texnologiyalı laboratoriyalarda, idarəli şərtlər altında, Allahın yoxdan yaratmış olduğu mövcud nümunədən istifadə edilərək və illərlə sınanaraq reallaşdırıla bilmişdir.
- Yalnız tək bir bakteriyaya tətbiq olunan bu klonlama əməliyyatı, təməldə 20, arxa planda minlərlə elm adamının daxil olduğu, 40 milyon dollara başa gələn 10 illik çalışma sonunda reallaşdırıla bilmişdir.
- Yalnız var olan bir nümunəni, şüurlu bir mühitdə, şüurlu insanlar tərəfindən köçürə bilmək üçün elm adamlarının göstərdiyi bu səy, bu kompleks quruluşun, mövcud bir nümunə olmadan, şüurlu müdaxilə və texniki imkanlar olmadan köçürülməsi ilə edilə bilməyəcəyini açıqca gözlər önünə sərmişdir.
- Bu kəşf elm adına gözəl kəşfdir. Genom işləri irəlilədikcə canlı hüceyrələrindən DNT köçürmələri etmək və bunları digər hüceyrələrə nəql etmək mümkün ola biləcək. Bu işlər, Allahın icazəsiylə müxtəlif xəstəliklərin müalicəsi kimi çox istiqamətdə faydalı şəkildə istifadə edilə biləcək. Lakin bunların hamısı mövcud strukturlara edilən şüurlu müdaxilədir. Yaradılmış üstün texnika ilə edilən bu şüurlu və idarəli təcrübələrin təkamülə dəlil olaraq təqdim edilməyə çalışması həm böyük yalan, həm də darvinistlər adına çarəsizlik göstəricisidir. Həyatın başlanğıcını və mürəkkəbliyini açıqlaya bilməyən darvinistlərin istifadə etdikləri aciz fərziyyədir.
- Darvinistlər əgər iddialarını sübut etmək istəyirlərsə, canlılığı meydana gətirən parçaları YOXDAN VAR ETMƏLİDİRLƏR. Ardından da bunun başıboş təsadüflər nəticəsində, idarəsiz və canlılıq üçün son dərəcə təhlükəli mühitdə, heç bir şüurlu müdaxilə olmadan necə ola biləcəyini izah etməlidirlər. Halbuki darvinistlər, TƏK BİR ZÜLALI BELƏ, idarəli şərtlər və şüurlu müdaxilələr nəticəsində belə yarada bilmirlər. Yaratmaları da qeyri-mümkündür.
- Darvinist elm adamları, bu çalışma ilə əslində, öz əlləriylə həyatın mürəkkəbliyini, həyatın ən kiçik parçasının da təsadüfən yarana bilməyəcəyini bir daha sübut etdilər.
- Bunu da ifadə etmək lazımdır ki, bu nəticə, CANLILIQ MƏNASINI VERMİR. Canlı hüceyrə, saysız parçadan ibarət olan kompleks strukturların hamısıdır və ancaq bunların hamısının eyni anda və eyni yerdə var olmaları və kompleks təşkilatçılıq yaratmaları ilə meydana gəlir. Fövqəladə komplekslikdəki tək bir DNT-nin köçürülməsi, onsuz da var olan sistemin kiçik bir parçasının təqlid edilməsindən başqa bir şey deyil. Köçürülmə yoluyla əldə edilən bir DNT-nin varlığına sevinən darvinistlər, xəyal etdikləri ilk canlını, yəni xəyali ilk hüceyrəni açıqlamaqdan qəti maneələrlə uzaqdırlar.
- Və ən əhəmiyyətlisi, bu çalışmanın HƏYATIN NECƏ BAŞLADIĞI MÖVZUSUYLA HEÇ BİR ƏLAQƏSİ YOXDUR. Bu çalışma, həyatın başlanğıcı haqqında darvinistlərin içində olduğu çətinliyi ortadan qaldırmır. Darvinizmi təməlindən bitirən bu dərin açmaz, daha da böyüyüb inkişaf edərək darvinizmi çöküşə aparmaqdadır.
- Necə ki, Boston universiteti Biomedikal Mühəndislik Professoru Jim Collins də, bu klonlama çalışması üzərindən edilən fərziyyələrə qarşı çıxaraq Nature jurnalına bunları söyləmişdir:
“Venter və yoldaşları tərəfindən hazırlanan bu çalışma orqanizmlərin yenidən inşası mövzusundakı qabiliyyətimiz üçün əhəmiyyətli kəşfdir. Lakin sıfırdan yeni bir həyat ortaya çıxarma mövzusunu açıqlamır.” [1]
Nəticə:
Darvinistlərin xüsusiyyəti, yaradılışın möhtəşəmliyini göstərən quruluşları təqlid etmə mövzusundakı səylərini, böyük şriftlərlə, əldəki bütün darvinist nəşrlərin başlıqlarından istifadə edərək darvinist yalana daxil etməkdir. Darvinist yalan, xüsusilə elmin təkamülü rədd etdiyinin bütün dünyaya göstərildiyi bu son vaxtlarda sıxca istifadə edilməyə başlamışdır. Deməli, darvinistlər çox böyük darboğazdadırlar.
Həyatı çox sadə izah etməyə çalışan təkamül nəzəriyyəsi üçün, həyatın quruluş daşları da o nisbətdə sadə olmalıdır. Belə ki, canlılığa dair hər şeyi təsadüflərlə açıqlayan darvinistlərin bu saxta və sadə iddialarına uyğun gəlməlidir. Bu səbəbdən, əgər darvinistlərin iddiası doğru olsaydı, palçıqlı suda meydana gəldiyini müdafiə etdikləri xəyali ilk hüceyrənin, eynilə Darvinin sandığı kimi su dolu bir şardan başqa bir şey olmamalı idi. Halbuki, vəziyyət heç də belə deyil. Canlılığı meydana gətirən zülallardan tək biri də son dərəcə kompleks quruluşa malikdir. Bütün dünyada darvinist elm adamları tam 150 ildir eyni şey üçün çalışır və qətili olaraq müvəffəqiyyətli ola bilmirlər: TƏK BİR ZÜLALI ÇIXARA BİLMƏK ÜÇÜN.
Məhz bu səbəblə DNT-nin klonlanmasını təkamülə dəlil kimi göstərərək bu yalanı davam etdirmək istəyən darvinistlərin çarəsiz çırpınışları əhəmiyyətli bir gerçəyi dəyişdirmir və insanları aldada bilmir. Bu əhəmiyyətli gerçək, həyatın fövqəladə kompleksliyidir. Bu kompleks həyatın tək bir parçasının aydın ola bilməsi, bir nüsxəsinin əldə edilə bilməsi üçün göstərilən səyin böyüklüyü bunu ortaya qoyur.
Halbuki bu insanlar, laboratoriyalarda illərlə tək bir DNT-ni anlamağa çalışarlarkən, onların hər birinin 100 trilyon hüceyrəsində möhtəşəm DNT molekulları fövqəladə sistem və nizam içində onsuz da özlərinə ilham edilmiş olan vəzifələrini edirlər. Çünki onları yaradan Allahdır. Onları yoxluqdan var edən Allahdır. Uca Allah bütün varlıqların Hakimi, yerlərin və göylərin Yaradıcısıdır. Elm, hər ötən gün Uca Rəbbimizin Şanını ucaldan dəlillər təqdim etməyə davam edəcək. Elmdə reallaşan hər yeni görüş, bu görkəmli yaradılışın ehtişamlı dəlillərini təqdim etməyi davam etdirəcək. Uca Allah bir ayəsində belə buyurur:
Xəbərin olsun, göydəkilərin və yerdəkilərin hamısı həqiqətən, Allahındır. Xəbərin olsun; şübhəsiz, Allahın vədi haqqdır; ancaq onların əksəriyyəti bilməzlər. (Yunis surəsi, 55)
[1]”Artificial life? Synthetic genes “boot up” cell,
Reuters,http://www.reuters.com/article/idUSTRE64J5RY20100520?feedType=nl&feedName=usmorningdigest