Uzun illərdir darvinistlər tərəfindən fərziyyə edilən Tiktaalik Roseae haqqındakı darvinist yalan bir çox yöndən yenidən gün işiğına çıxdı. Dəfələrlə gündəmdə tutduğumuz darvinist saxtakarlıq, yeni yönüylə bir daha ortaya çıxarıldı. Yenidən aydın oldu ki, insanlar darvinistlər tərəfindən aldadılır; TİKTAALİK ROSEAE, BİR TİMSAH NÖVÜNDƏN BAŞQA BİR ŞEY DEYİL:

 

  • Tiktaalik Roseae ilə əlaqədar bilinməli olan çox əhəmiyyətli gerçəklər vardır. İndiyə qədər qəribə görünüşlü qolları və bütün bədəni ilə olduqca əhatəli şəkildə təsvir edilən, yenidən konstruksiya edilən və bu xəyal məhsulu yenidən konstruksiyaları muzeylərdə sərgilənən, illərlə kitablarda ara fosil olaraq tanıdılan Tiktaalik Roseae fosili əslində YALNIZ KƏLLƏ SÜMÜYÜNDƏN İBARƏTDİR.
  • Kəllə sümüyünə əlavə olunan digər sümüklərin heç biri bu canlıya aid deyil və fosil tərəfindən zəngin olan eyni laylarda tapılmış BAŞQA CANLILARA AİD SÜMÜKLƏRDƏN İBARƏTDİR.
  • Bu canlı ilə uyğunlaşdırılmağa çalışılan üzgəc parçaları da eyni laylarda yaşayan digər balıq fosillərinə aiddir. BUNLAR BİLƏRƏKDƏN KƏLLƏ SÜMÜYÜ İLƏ ƏLAQƏLİ KİMİ GÖSTƏRİLMƏYƏ ÇALIŞILMIŞDIR. Bu yolla Tiktaalik Roseae saxta ara fosil halına gətirilmişdir.
  • Bu səbəbdən canlının kəllə sümüyü və ona yerləşdirilən digər parçalar haqqında edilən fərziyyələrin hamısı SAXTADIR.
  • Kəllə sümüyünə aid bütün xüsusiyyətlər TİMSAHA AİD XÜSUSİYYƏTLƏRDİR: Gözlər bir-birinə yaxın və üstdədir, kəllə yastıdır, kəllə gövdədən ayrı hərəkət edir, iti dişlər və ümumi görünüş tam mənasıyla timsaha xasdır. Canlının görünüşü, indiki vaxtda Çində yaşayan ALLİGATOR SİNANSİS NÖVÜ TİMSAH İLƏ EYNİDİR.
  • Necə ki, buradakı saxtakarlığı Tiktaalik Roseaenin yenidən konstruksiyasını hazırlayan sənətçinin izahlarından da anlamaq mümkündür. Bu sənətçi, fosilin yenidən konstruksiyasını hazırlayarkən, canlını TAMAMİLƏ TƏXƏYYÜLLƏ YENİDƏN MEYDANA GƏTİRDİYİNİ açıqca ifadə etməkdədir.
  • Həm də eyni sənətçi bu canlının toxumalarını da özünün təyin etdiyini ifadə etmiş, tək bir fosil qalığından bir canlı görünüşü meydana gətirə bilmək üçün çoxlu fərziyyəyə ehtiyac olduğunu da rahatlıqla ifadə etmişdir.
  • Tamamilə timsah xüsusiyyətləri göstərən bir kəllə sümüyünü, darvinist sənətçinin təkamül ideologiyası istiqamətində qəribə görünüşlü saxta bir ara forma halına gətirməsi, görüldüyü kimi darvinistlər üçün heç də çətin deyil. İllərdir davam edən Tiktaalik Roseae yalanı, məhz bu sadə aldatma üsulu yoluyla milyonlara çatdırılmışdır.
  • Mövzu haqqında çox məlumatı olmayan bəzi insanlar, darvinistlərin elmi yollarla hərəkət etdiyi yanılmasına düşərək, həqiqətən də, bir ara fosilin olduğu və canlının gerçək görünüşü ilə sərgiləndiyi təəssüratına qapılmışlar. Halbuki, əldə yalnız bir timsah kəllə sümüyü, bu kəllə sümüyünün yaxınlarında tapılmış müxtəlif balıqlara və digər canlılara aid sümük və üzgəc parçaları və bir sənətçinin təkamül hekayələrinə görə istiqamətləndirilən təxəyyül vardır. Qisaca, insanlar bir daha darvinistlər tərəfindən aldadılmışlar.
  • Tiktaalik Roseae, darvinistlərin ən çarəsiz qaldıqları və məğlub olmağa başladıqları bir dövrdə təcili ehtiyacdan ön plana çıxarılmış bir saxta ara fosildir. Eynilə, son vaxtlarda darvinistlər baxımından böyük bir utanc vəsiləsi olan İda, Ardı ve Austrolapithecus Sediba saxtakarlıqlarında olduğu kimi.
  • Gerçəkdə, Tiktaalik Roseae, indiki vaxtda da nümunələri olan mükəmməl timsah növüdür. 375 milyon il əvvəl yaşamışdır və GÜNÜMÜZDƏKİ TİMSAH NÖVLƏRİ İLƏ TAMAMİLƏ EYNİDİR.
  • Bu canlı gerçəkdə, DARVİNİZMİ YERLƏ BİR EDƏN YAŞAYAN FOSİLDİR.
  • Darvinist fərziyyələr davam etdikcə, əlbəttə, ara fosil saxtakarlıqları üzərinə şərhlərimiz də davam edəcək. Lakin əsas olan darvinistlərin hələ TƏK BİR ZÜLALIN TƏSADÜFƏN ORTAYA ÇIXIŞINI DA AÇIQLAYA BİLMƏMƏLƏRİDİR. Təkamül, hələ həyatın başlanğıcı mərhələsində yerlə bir olmuşdur.
  • HƏLƏ ORTADA TƏK BİR ZÜLALIN NECƏ ORTAYA ÇIXDIĞINI AÇIQLAYA BİLMƏMİŞKƏN, HƏYATIN BAŞLANĞICI MƏRHƏLƏSİNDƏ DARVİNİSTLƏR TAMAMİLƏ MƏĞLUB OLMUŞKƏN, qəlsəməni qollara çevrilən canlı yalanlarını qarşıya qoymaları darvinistləri gerçək mənada yazıq mövqeyinə salır.
  • Darvinist saxtakarlığın iç üzü bir daha ortaya çıxmışdır. Yalanın üsulu bütün yönləriylə gün işığına çıxmışdır. Darvinistlər üçün artıq çıxış yolu qalmayıb. Nə vaxt bir yalanla ortaya çıxsalar, mütləq o yalan yerlə bir ediləcək. Və mütləq tək bir zülal qarşısında şərhsiz qaldıqları xalqımıza yenidən xatırladılacaq.
  • Bu, Allahın dəyişməyən adətullahıdır. Rəbbimiz bir ayədə batilin həmişə məğlub olacağını belə bildirməkdədir:

 

Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18)