Natinoal Geographic Türkiyə jurnalı, iyul 2010-ci il tarixli nəşrini, darvinistlərin böyük hüsranlarından biri olan Ardıya ayırdı. Ardının böyük bir saxtakarlıq olduğu indi bütün dünya tərəfindən bilinməsinə baxmayaraq, National Geographic tərəfindən təkamül adına göstərilən bu səy, əlbəttə, söz mövzusu saxtakarlıqla əlaqədar müxtəlif nöqtələrin yenidən gündəmə gəlməsinə səbəb oldu:

 

  • Böyük ehtimalla National Geographic jurnalı da, təkamülün şiddətli çökməsinə görə darvinistlərin yaşadıqları böyük böhranı yaşamaqdadır. Jurnalda təkamülçü çarəsizliyin göstəricisi olaraq klassik darvinist üsul izlənilmiş və etibarsızlığı isbat edilmiş olan saxta fosillər yenidən gündəmə gətirilməyə çalışılmışdır.
  • Artıq bütün dünya, darvinistlərin tək bir zülalı da açıqlaya bilmədiklərinin, yəni nəzəriyyənin çökmüş olduğunun fərqindədir. National Geographic jurnalı da, bu gerçəyin aydınlaşmasının şokunu yaşamaqdadır.
  • İkinci ən böyük şok, 300 milyondan çox fosilin təkamül nəzəriyyəsini tamamilə məhvə məhkum etməsidir. National Geographic jurnalı, ağır məğlubiyyətlərinə baxmayaraq, özlərinə görə dəlil olduğunu düşündükləri tək bir fosili təkamül adına fərziyyələrlə dəstək olaraq böyük ehtimalla bu məğlubiyyəti gizlətməyə çalışmaqdadır.
  • Jurnal yazıçıları, jurnalın etibarını itirməmə qayğısı içində kimi görünürlər. İllərdir etdikləri darvinist təbliğatdan geri addım atmamağa çalışırlar. Məhz bu səbəblə darvinizmi çürüdən gerçəklərdən “təsirlənmədik” təəssüratı verməyə çalışırlar. Halbuki, bir saxtakarlığı yalanlarla və nağıllarla dəstək olmağa çalışmaq deyil, gec də olsa, haqqı müdafiə etmək əsl ərdəmdir.
  • Darvinistlər indiyə qədər israrla davam etdirdikləri səhvdən döndüklərində və canlıları Allahın yaratdığı gerçəyini görüb, təkamül kimi bir müddətin reallaşmadığını, belə bir şeyin mümkün olmadığını qəbul etdiklərində böyük bir rahatlama , elmi baxımdan əhəmiyyətli bir irəliləyiş yaşayacaqlar.
  • National Geographic jurnalının etdiyi, çox yaxşı bilinən darvinist taktikadır. Təkamülün çöküşünün iztirabı darvinistlər arasında yayıldıqca, saxta fosillər, mütləq yenidən gündəmə gətirilir və ya yeni bir saxta fosil çıxarılır. National Geographic jurnalı da eyni səhvə yol vermiş kimi görünür.

 

National Geographic jurnalı yazıçıları, jurnalın üz qabığına bir meymun kəlləsi qoyub buna “4 milyon yaşındakı qadın” başlığı atacaqlarına, bu üsulların artıq etibarlılığının qalmadığına diqqət verməlidirlər. Daha diqqətli baxdıqlarında, artıq insanları təkamül yalanına inandıra bilmədiklərini çox yaxşı görəcəklər.

 

Ardı saxtakarlığı ilə əlaqədar xatırlanmalı olanlar 

Darvinist təbliğatlarla gündəmə gətirilməyə çalışılan Ardı saxtakarlığı ilə əlaqədar daha əvvəl bütün dəlilləri ilə açıqladığımız bəzi əhəmiyyətli mövzuları yenidən xatırlatmaqda fayda vardır:

 

  • Ardı fosili əl və ayaq sümükləri, qaval sümüyü, kəllə parçaları və bir il əvvəl eyni laylarda tapılmış olan dişlərdən ibarətdir. Dişlər darvinistlər tərəfindən Ardıya aid olaraq qəbul edilmiş, onsuz da əvvəlcədən bu qəbulla hərəkət edilmişdir.
  • Bu sümüklərin hamısı, canlının bir meymun növü olduğunu açıqca göstərir. Canlının ayaq sümükləri ilə əlaqədar edilən fərziyyələrin tamamilə saxta olduğu isə daha əvvəl bir çox məqaləmizdə olduqca əhatəli və elmi olaraq açıqlanmışdır.
  • Darvinistlərin Ardı saxtakarlığında istifadə etdikləri əsl fərziyyə vəsaiti isə ləyən sümüyünə aid parçalar olmuşdur. Darvinistlər ləyən sümüyünə aid parçaları bir araya gətirib bu meymunun “dik dayandığı” və dolayısilə bir ara forma olduğu yalanını yaymışlar.
  • Halbuki, Ardı fosilinə aid olduğu iddia edilən ləyən sümüyünə aid parçalar ilk dəfə tapılanda sanki gil şəklində idi, toxunulduğu anda dağılan kiçik parçalardan ibarət idi. Toplanıb bir araya gətirilmələri və gətirilsələr belə gerçək ləyən sümüyü görünüşünün anlaşılması QEYRİ-MÜMKÜNDÜR.
  • Darvinistlər bu parçaları TAM 15 İLLİK İŞİN ARDINDAN TAMAMİLƏ ÖZ İSTƏDİKLƏRİ ŞƏKİLDƏ BİR ARAYA GƏTİRMİŞLƏR. Bir başqa deyişlə ləyən sümüyü, darvinist fərziyyələrə ən uyğun olacaq kimi şəkilləndirilmişdir.
  • Ləyən sümüyünə istədikləri şəkli vermiş, bu quruluşun insanabənzər olduğunu iddia etmiş və darvinist sənətçilərin təxəyyül ilə insandan da dik dayanan qəribə bir meymun ortaya çıxarmışlar.
  • Darvinistlər bununla da kifayətlənməmiş, Ardı və ailəsinin bir maralı parçalarkən ictimai həyatda şəkillərini da çəkmişlər. Təəccüblü şəkildə dik dayanan bu meymun ailəsi şəkili ilə Ardı saxtakarlığını yaymağa çalışmışlar.
  • Halbuki ARDI, SOYU TÜKƏNMİŞ BİR BONOBO MEYMUNUNDAN BAŞQA BİR ŞEY DEYİL. Eynilə bütün digər meymunlar kimi onun da dik getdiyinə dair bütün iddialar yalandır.
  • Qısacası ARDI, ÇOX BÖYÜK DARVİNİST SAXTAKARLIĞIDIR.

 

National Geographic kimi darvinist jurnalların sıxıntısı məhz bu gerçəklərin gün işığına çıxmasından qaynaqlanır. Darvinist məğlubiyyətin əziyyəti təkamülçülər üçün böyük olmuşdur.

 

Darvinistlər bu tip nəşrlər etdiklərində bunu mütləq xatırlamalıdırlar: Belə fərziyyələrə həmişə lazımi cavab təkrarən veriləcək. Verilən hər cavab, Allahın icazəsiylə daha çox adamın təkamül yalanını anlamasına vəsilə olacaq. Bu səbəblə darvinistlər, saxta fosilləri gündəm etmənin öz xeyirlərinə olacağını düşünməməlidirlər. Darvinist məğlubiyyət daha da geniş diametrə yayılacaq, daha çox adam tərəfindən aydınlanacaq və dünyada darvinizm yalanı artıq heç bir şəkildə yer almayacaq. Allahın icazəsiylə hər şey Rəbbimizin üstün planına görə reallaşar. Rəbbimiz, vədi gərəyi batil olan bütün inancları ortadan qaldıracaq və haqq olanı sağlamlaşdırıb gücləndirəcək. Allah bir ayəsində belə buyurur:

 

…Allah batili silib yox edər və haqqı Öz sözləri ilə bərqərar edər. Şübhəsiz ki, O, kökslərdə olanları Biləndir. (Şura surəsi, 24)