Hər şeyin şüursuz, idarəsiz və başıboş təsadüflərlə meydana gəldiyini iddia edən Darvinistlər, insanları “itkin halqa”, “insanın atası” kimi axmaqlıqlarla aldatmaq əvəzinə HƏR BİR insanın, HƏR BİR hüceyrəsinin içindəki gözlə görülməyən kiçik bir nöqtəsində HƏR SANİYƏ reallaşan DNT köçürülməsindəki yalnız bir neçə detalla əlaqədar bu suallara cavab verməlidirlər:
- DNT-dən nüsxə çıxarılması ərzində vəzifə alan hər bir parça və fermentlər hansı əmrlə emal edilir? Hüceyrədə, bu parçaların DNT köçürülməsi üçün lazım olduğunu bilən kimdir?
- Çıxarılan bu parçalar, DNT-də köçürülmənin reallaşacağı nöqtəni mütləq tapar və oraya çıxararlar. Bu parçalar, hara getməli olduğunu və nə etməli olduğunu kimdən öyrəniblər?
- Qapqaranlıq mühitdə, bir milyon səhifə içində yalnız bir neçə sətirlik məlumatı tam doğru yerdə necə taparlar?
- Köçürməni reallaşdırmaq üçün lazım olan 7 təməl parça (zülal parçaları, ferment və ATP – bu əməliyyatda iştirak edən çox sayda parça vardır, lakin burada yalnız təməl xüsusiyyətdəki parçaları ələ alacağıq), fərqli yerlərdə çıxarılarlar və fərqli yerlərdən gəlirlər. Buna baxmayaraq, DNT-dəki bu bir neçə sətirlik qisimdə bir araya gəlmələri lazım olduğunu haradan bilərlər?
- Bu parçaların hamısının niyə ayrı birləşmə şəkli vardır? Hamısı niyə açar kilid uyğunlaşmasındakı kimi bir-birlərinə birləşməyə uyğun bir şəkildə çıxarılmışlar? Bu uyğunlaşmanıı təyin edən kimdir?
- Bu parçaların hər biri, bir başqasına birləşəcəyi yeri haradan bilir? Biri yuxarıdan, digəri sağdan, digəri isə aşağıdan yaxınlaşaraq əlaqədar yerə yapışması lazım olduğunu haradan bilir? Niyə bu mövzuda heç bir zaman çaşmırlar? Niyə biri bir gün aşağıdan yaxınlaşması lazım olarkən yuxarıdan gəlmir, məsələn sağ tərəfə heç bir zaman yönəlmir?
- Fərqli istiqamətdən yaxınlaşdıqlarında kilidə uyğunlaşa bilməyəcəklərini haradan bilirlər?
- Köçürülmə əməliyyatını sürətləndirəcək olan ferment niyə bütün parçaların yerli yerində yerləşməsini gözlədikdən sonra gəlir? Onu oraya tam zamanında kim göndərir? Doğru bölgəni haradan tapır?
- Ferment necə sürət təyin edir? Niyə daha sürətli və ya daha yavaş deyil, bu köçürülmə sistemi üçün ən uyğun sürətdə reaksiyanı reallaşdırar?
- Köçürülməni başladacaq olan enerji daşıyan ATP, niyə mütləq bütün parçalar bir araya gəldikdən sonra əlaqədar yerə gəlir? Niyə daha əvvəl gəlib bütün parçaları gözləmir? Köçürülmənin ancaq bütün parçalar birləşdiyində və sürətləndirici ferment oraya çatdığında reallaşması lazım olduğunu haradan bilir?
- ATP yalnız köçürülmənin reallaşacağı o bir neçə sətirlik sahəyə enerji verməsi lazım olduğunu haradan bilir?
- Köçürülmənin bitmə xətti haradan bilinir? ATP niyə yalnız bu bitmə xəttinə qədər enerji verir? Yalnız bu qədərlik bir parçanın köçürülməli olduğunu haradan hesablaya bilir?
- ATP bu enerjini haradan tapır? Nə qədər batareyalıq enerji saxlamalı olduğunu haradan bilir? Bu enerjini haranda mühafizə edir? Kim ona bu enerjini yükləyir?
- Sahib olduğu batareya enerjisinin nə qədərini harada istifadə edəcəyini necə hesab edir? Nə qədər az, ya da nə qədər çox istifadə etsə, DNT-yə necə bir zərər gələcəyini necə hesablaya bilir?
- Zülmət qaranlıqda hər parçaya “sən bura getməlisən” deyə əmr verən kimdir? Və niyə bu parçalar ondan əmr alırlar? Deyiləni necə dərhal tətbiq edirlər? Bu əmr zənciri necə olur ki, hər saniyə hər insanın bədənində qüsursuz, mükəmməl və heyrətamiz şəkildə işləyir?
- Bu parçalar bir DNT nüsxəsi çıxarmalı olduğunu haradan bilir? Necə DNT-nin eynisinin nüsxəsini çıxarır? Səhv olduğu zaman bunu necə təsbit edir? Səhv qismi çıxarmalı olduğunu, onun yerinə yenisini yerləşdirməli olduğunu necə hesab edir? Doğru parçanı necə təsbit edir və bunu haradan tapır?
- Bu möcüzəvi sistemdə tək bir atomun əskik olması, bütün sistemi ortadan qaldırar. Niyə belə bir axsama heç yoxdur? Niyə hər parçanın bütün atomları tam olaraq yerindədir?
- Hər insanın, 100 trilyon hüceyrəsinin hər birində, hər saniyə 60 hərflik DNT silsiləsi köçürülür. Bu böyük köçürülmə əməliyyatı təsadüfən necə idarə olunar?
- Necə olub ki, dünyada yaşayan təxminən 7 milyard insanın hər birində bütün sistemlər belə böyük şəkildə işləyir?
- Bütün kiçik parçalar necə olub ki, köçürüləcək kiçik parçanı təsbit edib nə etməli olduğunu qüsursuz şəkildə bilirlər? Niyə tək birində belə tək bir ədəd atom əskik deyil?
Əgər darvinistlər nəzəriyyələrini isbat etmək istəyirlərsə, yalnız tək bir DNT parçasının köçürülməsi əsnasında hər saniyə heç dayanmadan reallaşan bu fövqəladə sistemdəki yalnız bir neçə detalın şərhini gətirməlidirlər. Bu suallara dərhal cavab verməlidirlər. Bütün bunları, iddialarına uyğun şəkildə təsadüflərlə şərh edirlər.
Amma edə bilməzlər və heç bir zaman da edə bilməyəcəklər. Əsla və əsla bu böyük sistemin TƏK BİR PARÇASINI BELƏ TƏKAMÜL HEKAYƏLƏRİYLƏ AÇIQLAYA BİLMƏZLƏR. Darvinistlər yalnız bütün bu sistemlər üçün yaradılmış qanunları təsbit edib öyrənə bilərlər. Ki, o qanunlar da heyrətamizdir və yaradılmışdır. Darvinistlər çox alçalıblar, çox çarəsiz vəziyyətdədirlər. Təsadüflər bir tərəfə, bütün dünyanı bir araya gətirsələr və üzərində cəhd etsələr belə, bu böyük detallı sistemin TƏK BİR PARÇASINI da meydana gətirə bilməzlər.
Darvinistlər, Allahın Uca Qüdrətinə istəsələr də, istəməsələr də təslimdirlər. Hər yerdə Uca Rəbbimiz Allahın qanunu və yaratması qarşılarına çıxacaq. Hər yerdə Yaradılışın ehtişamına şahid olacaqlar. Müraciət etdikləri yalanlar, onları hörmətdən salmağa davam edəcək.
Haqq çağırış yalnız Onadır. Müşriklərin Ondan başqa çağırdıqları isə, onlara heç bir şeylə cavab vermirlər. Onlar ağzına su çatsın deyə uzaqdan iki ovcunu suya açan kimsəyə bənzəyirlər. Halbuki o kimsə suyu ovuclayıb içməyincə su onun ağzına çatan deyildir. Doğrusu, kafirlərin duası azğınlıqdan başqa bir şey deyildir. Göylərdə və yerdə olan məxluqlar da, onların kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edir. (Rad surəsi, 14-15)