NTV yayımları (NTV televiziyası, internet saytı və NTV elm jurnalı), bildiyimiz kimi uzun müddətdir təkamül təbliğatı aparır. Çökmüş, bitmiş, alçaq olan təkamül nəzəriyyəsi aparılan bu nəşrlərlə qurtarılmağa çalışılır. Məhz buna görə illərdir dəfələrlə məntiqsizliyini izah etdiyimiz, elmi cəhətdən çökdürdüyümüz iddialar təkrar-təkrar gündəmə gətirilməyə çalışılır.
Bütün darvinistlər kimi NTV yayımları da çarəsiz vəziyyətdədir. Köhnə təkamül xəbərləriylə müvəffəqiyyət əldə ediləcəyini zənn etmələrindən çarəsizlik duyulur. NTV-nin bir müddətdir gündəmdə saxlamağa çalışdığı bütün təkamül saxtakarlıqlarına saytlarımızda daha əvvəl əhatəli cavab verilmişdir. Lakin bu cavablar birbaşa NTV-yə yönəldilmədiyi üçün bəhs olunan yayımlar təkamül təbliğatı edə bilmək üçün uyğun mühit olduğunu düşünə bilər. Bu yanlışlığa son vermək, təkamül saxtakarlıqlarının heç vaxt cavabsız qoyulmadığını, buna görə NTV-nin də səylərinin boş olduğunu göstərmək üçün aşağıda NTV-nin iddialarına cavablar təkrar verilmişdir. Ümid edirik, NTV yayımları da dünyadakı bir çox darvinist yayım kimi darvinist iddialarla nəticə əldə edə bilməyəcəyini qısa zamanda anlayar və bu nəticəsiz səyə son qoyar.
NTV-nin “İsti havada təkamül daha sürətli olur” xəbərinə cavab
Bəhs olunan xəbərdə NTVMSNBC saytı isti havaların canlılarda daha sürətli təkamülə gətirib çıxardığına dair bir yazı yayımlamışdır. Bu yazıdakı iddia heç bir elmi məlumat və ya izahla dəstəklənilmədiyi kimi (dəstəklənilməsi onsuz da mümkün deyil) bu iddianın necə reallaşa biləcəyinə dair də heç bir izah verilməmişdir. Sanki ortada bir təkamül varmış kimi, ənənəvi darvinist taktika tətbiq olunmuş və son dərəcə məntiqsiz izahlarla “xəyali təkamülün necə sürətləndiyi”nə dair hekayələr izah edilmişdir. Bu saxtakarlıqla bağlı şərhlərimiz belədir:
Canlılarda maddələr mübadilələrində, əlbəttə, havanın isti olmasına görə dəyişikliklər olur. İsti havada orqanizmdə meydana gələn hücreyrəvi reaksiyalar sürətləndiyi üçün maddələr mübadiləsi də sürətlənər. Reaksiyaların istidən təsirlənərək bu şəkildə sürətlənməsi elmi həqiqətdir və elm adamlarının hamısı bunu bilir.
Darvinistlər iddia edir ki, bu reaksiyanın artması nəticəsində hüceyrə daxilində baş verməsi mutasiyaların da sayını artıracaq və bu da təkamül yaradacaq.
Canlılarda hər hüceyrənin bölünərək öz surətini çoxaldarkən DNT-nin mutasiyaya uğraması ehtimalıyla qarşılaşdığı doğrudur. Lakin bu mutasiyalar bu darvinist yayımlarda da etiraf edildiyi kimi, 99% nisbətində DNT-də qarışıqlığa gətirib çıxarar. Yerdə qalan 1% isə təsirsizdir, yəni belə sürətləndirici təsirin DNT-yə zərərdən başqa bir şey verməyəcəyi ortadadır.
İstinin təsiriylə meydana gələn mutasiya artımı, əslində daha çox təsadüfi müdaxiləyə və daha çox dağıntı və pozulmaya səbəb olacaq.
Sperma və yumurta hüceyrələrinin isti havada daha sürətli bölünməsi, canlı maddələr mübadiləsinin istidən təsirlənən sürətli reaksiyalar nəticəsində sürətlənməsi, yalnız canlıda variasiyaların tezliyini təmin edəcək.
Darvinistlərin fərziyyələrinin səbəbləri həmişə genom içində reallaşan kiçik dəyişiklər, yəni variasiyalar olmuşdur. Darvinistlər buna “mikro-təkamül” adını vermişlər. Halbuki variasiyaların təkamüllə, təkamülləşməklə heç bir əlaqəsi yoxdur.
Canlının tükünün rəngi dəyişə bilər, dimdiyi bir az genişlənə bilər, bədəni böyüyə bilər. Lakin bunların hamısı canlının genlərində kodlaşdırılıb. Bundan əlavə, variasiyalar vasitəsilə darvinistlərin gözlədikləri tərzdə növlərarası bir dəyişiklik, heç vaxt olmayıb və olmayacaq.
Darvinistlərin ən məşhur taktikaları belədir ki, guya darvinizm tamamilə isbat edilmiş nəzəriyyədir, yalnız açıqlanmamış bir neçə xüsusiyyəti qalıbmış kimi davranırlar. İsti havalarda təkamülün sürətləndiyi yalanı, məhz bu taktikadan yaranan bir yalandır .
Mövzuyla əlaqədar ətraflı məlumat üçün baxın.
NTV-nin “Təkamül müddətində daha bir halqa” yazısına cavab
NTV Cənubi Afrikada tapılmış iki canlı fosil haqqında dünya miqyasında aparılmış təbliğata sahib çıxmaqda gecikmədi. Lakin insanın xəyali atası olaraq göstərilməyə çalışılan bu sümüklərlə əlaqədar gətirdiyimiz elmi dəlillər bu iddiaları aradan qaldırdı. Buna görə NTV-nin bu mövzudakı səyləri də nəticəsiz qaldı. Mövzu ilə əlaqədar şərhlər belədir:
Cənubi Afrikada Malapa mağarasında 2008-ci ildə tapılan fosil, iki canlıya aid hissələrdən ibarət idi. Darvinistlər mövcud hissələrin “bütöv bir skelet” meydana gətirdiyini iddia etdilər. Lakin bu qalıqlar əslində bir kəllədən və iki canlıya aid bir neçə sümükdən ibarət idi.
Ancaq bir metrə çatan boyları, 420-450 sm. böyüklüyündəki beyinləri, ağaclara dırmaşmalarını təmin edən oranqutanlardan fərqli olmayan uzun qolları, qısa ayaqları, qısası bütün xüsusiyyətləriylə bir meymun növü olduğu aydın olan bu iki canlı fosili, bütün bu dəlillərə baxmayaraq darvinistlər tərəfindən “dik yeriyən canlılar” olaraq elan edildi.
Eynilə, “Ardı”dakı kimi buradakı dik yerimə iddiasına da darvinistlər hər hansı bir dəlil gətirə bilmədilər. “Dik yeridiyini düşünürük” düşüncəsində müxtəlif iddialar irəli sürməklə kifayətləndilər. Necə ki, əslində canlının dik yeriməsi hekayəsi tamamilə saxtakarlıq idi.
Darvinistlər dik yerimə hekayələrini dəstəkləməkdən ötrü bu sümüklərin insanın atası hekayələrinə dəlil olduğunu göstərmək üçün Homo Habilisə aid olduğunu iddia etdilər.
Halbuki H.Habilis növünün yalnız bir meymun növü olduğu illərdir ki, darvinist mətbuat orqanları tərəfindən qəbul edilmiş, Associated Press kimi mətbuat orqanları bunu açıq şəkildə yazılarında qeyd etmişlər.
Əslində darvinistlərin əllərindəki fosillər mükəmməl meymun növlərinə aiddir. Fosillərdəki bu mükəmməllik əslində təkamül nəzəriyyəsinə meydan oxumaqdadır. Sözü gedən fosillərin təkamülə dəlil kimi göstərilməyə çalışılması məhz bu səbəbdəndir. Darvinistlər həmişəki kimi Yaradılışı isbat edən fosilləri, məntiqsiz və saxtakar izahlarla ört-basdır etməyə, öz lehlərinə çevirməyə çalışırlar. Lakin həmişəki kimi bu dəfə də müvəffəqiyyət əldə edə bilmədilər.
Bu iddianı eşidən tanınmış darvinist elm adamı Karl Zimmer bu iddiaları İda haqqındakı saxtakarlığa aid edərək, “lütfən, lütfən yenəmi?” deyə şikayətlənərək reaksiya vermiş və belə davam etmişdir:
“Bu fosillər bir çox cəhətdən olduqca əhəmiyyətlidirlər, lakin bir şey var ki, itkin halqa deyillər.” (Carl Zimmer, Yet Another “Missing Link”, Slate, Posted Thursday, 8 aprel, 2010)
Nyu-Yorkdakı Stony Brook Universitetindən Bil Cunqers də bu fosilin Homo-habilis adlandırılması ilə əlaqəsi olmadığını ifadə edərək, bunu bir başqa mükəmməl meymun olaraq təqdim etmişdir.
NTV-nin “DNT-dəki kiçik dəyişiklik təkamül səbəbidir” iddiasına cavab
İki fərqli ağcaqanad yeyən quş arasındakı rəng fərqini darvinistlər bir yazıda təəccüblü şəkildə təkamülə dəlil göstərməyə çalışmışlar.
Canlılar eyni bədən quruluşuna sahib olan eyni növə mənsubdurlar. Lakin fərqli oxumaları və fərqli rəngləri olduğu üçün darvinistlərin əlində alətə çevrilmişlər. Darvinistlər, eynilə 1500 il əvvəlki elm anlayışı ilə Darvinin alacəhrə dimdiklərini təkamülə dəlil göstərməsi fikrini dəstəkləyirlər. Alacəhrələrin dimdiklərini bir-birindən fərqləndirən şey o dövrdə də təkamül olmadığı kimi ağcaqanad yeyən quşlarının fərqli rənglərdə və xüsusiyyətlərdə olmasını təmin edən də yenə təkamül deyil. Burada böyük saxtakarlıq vardır.
Burada əsas məsələ darvinistlərin təkidlə öz azğın ideologiyalarına alət olaraq istifadə etmək istədikləri müxtəlifliklərdir. Növdə bir dəyişiklik yoxdur. Genlərdə bir dəyişiklik yoxdur. Növün DNT-nə yeni bir şey əlavə olunmamışdır. Canlı, öz növünün, DNT-də onsuz da qeyd olunan fərqli xüsusiyyətlərini göstərir, bu qədər.
Bu yazıda da yenə variasiyalar darvinistlər tərəfindən az məlumatlı insanları aldatmaq məqsədiylə təkamül kimi göstərilməyə çalışılmışdır.
NTV-in “Təkamüldən qalanlar!” yazısına cavab
NTV bu yazıda, dəfələrlə elmə zidd izah edilən və etibarsız olduğu üçün artıq bir çox darvinist yayımı tərəfindən də istifadə edilməyən xəyali “funksiyasız orqanlar” iddiasını gündəmə gətirmişdir. Burada yenə bu məntiqsiz iddianın etibarsızlığına yer verilir.
Funksiyasız orqanlar iddiası Darvin dövründəki ibtidai elm səviyyəsinin ortaya çıxardığı düşüncəsiz iddiadır. Hüceyrənin su dolu şar olduğu zənn edildiyi Darvin dövründə, funksiyası bilinməyən bütün orqanlar “funksiyasız” elan edilmiş və bunlar, xəyali təkamül müddətində istifadə edilməyib artıq qalan orqanlar kimi təqdim edilmişdir. Təəccüblüsü ondadır ki, bu iddianın XXI əsrdə NTV, oxşar bəzi darvinist yayımlarda hələ də dəlil kimi göstərilir.
Bu iddiaya dəlil olaraq göstərilən bütün orqanların öz funksiyaları vardır. Bu orqanların çox incə və əhəmiyyətli funksiyaları olduğu elmi inkişaflarla, insan bədəni haqqındakı məlumatlar artdıqca meydana çıxmışdır. Və bu təkamülçü iddianın cəhalətdən qaynaqlandığı isbat edilmişdir.
Korlaşmış olduğu iddia edilən orqanlardan biri olan apendisitin mikroskopik səviyyədə araşdırılması, bunun olduqca əhəmiyyətli dərəcədə limfa toxuması əhatə etdiyini göstərir. Oxşar limfa toxuması təcrübələri (bunlara GALT, yəni həzm sistemiylə əlaqəli limfa toxumaları deyilir) bağırsaq sisteminin digər sahələrində də görünür. Bunlar bədənin udulan maddələrdəki xarici anti-genləri tanıma qabiliyyətiylə əlaqədardırlar.
Badamcıqların da sonrakı yaşlarda boğazı, xüsusən də yetkinlik yaşlarına qədər infeksiyalara qarşı müdafiədə vacib rol oynadığı kəşf edilmişdir
Onurğanın sonundakı büzdüm sümüyünün isə, çanaq sümüyünün ətrafındakı sümükləri saxladığı, buna görə də büzdüm sümüyü olmadan rahat oturmağın mümkün olmadığı aydın olmuşdur. Həmçinin bu sümüyün çanaq bölgəsindəki orqanların və buradakı müxtəlif əzələlərin də birləşmə nöqtəsi olduğu müəyyən edilmişdir.
Sonrakı illərdə yenə “korlaşmış orqanlar”dan sayılan timus vəzinin T hüceyrələrini hərəkətə gətirərək orqanizmin müdafiə etmə sistemini aktivləşdirdiyi; Pineal vəzin, lüteinik hormonuna təzyiq göstərərək melatonin kimi əhəmiyyətli hormonların istehsal edilməsinə cavabdeh olduğu kəşf edilmişdir.
20 yaş dişinin “faydasız” olduğu barədə inancın heç bir elmi biliyə əsaslanmadığı və bu dişin dişləmə funksiyasında digər dişlər kimi funksiya yerinə yetirdiyi, bu gün tibb dünyasının ortaq fikridir.
Tüklərin təhlükə zamanı gərilməsini təmin edən erector batareyası əzələlərinin isə, saçların sağlam bir şəkildə qalmasında əhəmiyyətli rol oynadıqları kəşf edilmişdir.
NTV-nin “400 milyon il əvvəl sudan çıxmış” yazısına cavab
Darvinistlər ayaqları olan ilk onurğalı quru canlıların (dördayaqlıların) 397 milyon il əvvəl meydana çıxdıqlarını iddia etdilər. Buna görə də Polşada olan bəzi ayaq izlərini dəlil olaraq göstərməyə çalışdılar.
Halbuki bu ayaq izləri 397 milyon il əvvəl yaşamış təxminən 2.5 metr böyüklükdə olan bir timsah növünə aiddir. Bu izlər bu mükəmməl canlının 400 milyon il əvvəl də bugünkü xüsusiyyətləriylə yaşadığını sübut edir.
Ehtimal ki, bu ayaq izləri təkamül nəzəriyyəsini çox böyük çətinliyə salacağı və o dövrdə mükəmməl timsah növlərinin yaşadığını aşkara çıxaracağı üçün darvinistlər tərəfindən dərhal fərziyyə alətinə çevrilmişdir.
Bu izlər darvinistlərin Kolekant yanılmasından sonra sığındıqları ikinci fosil olan Tiktalik üzərindəki darvinist iddiaları da tamamilə ortadan qaldırır. Çünki izlər darvinistlərin ara fosil olduğunu iddia etdikləri Tiktalikdən 18 milyon il daha yaşlıdır. Lakin buna baxmayaraq izlər, olduqca mükəmməl düzülüşdədir, fosilləşmiş qüsursuz ayaqlara aiddir.
NTV-nin “160 milyon yaşında uçan sürünən fosili” yazısına cavab
Darvinistlər uçan sürünən adını verdikləri 160 milyon illik Darvinopterusu “modular təkamül”ə dəlil olaraq təqdim etməyə çalışdılar. NTV yayımları da bu hiyləgər məlumatdan istifadə etməkdə gecikmədi.
Modular təkamül saxtakarlığı təbii seleksiyanın yalnız bir xüsusiyyəti deyil, bütün xüsusiyyətləri bir anda dəyişdirmək iddiasıdır. Bu elə məntiqsiz bir iddiadır ki, “canlıların təkamülləşdikləri iddiamıza izah tapa bilmədik, ona görə “bütün strukturlar eyni anda təkamülləşmişdir, amma necə olduğunu bilmirik” izahını qəbul edək” deməyin saxtakarca “elmiləşdirilməyə çalışılan” halıdır.
Bu orqanların necə ortaya çıxdığından, burada hansı növ bioloji, fizioloji, anatomik mərhələlərin baş verdiyindən, əlbəttə, bəhs edilmir. İddiaya elmi dəlil isə heç yoxdur. Modular təkamül iddiasıyla bu canlını ara forma kimi göstərmək darvinistlərin çarəsiz vəziyyətini əks etdirir.
Bu canlı indi də bir çox nümunəsi olan mozaik canlılar qrupunun mükəmməl nümunəsidir. Mozaik canlı isə əvvəllər müəyyənləşdirilmiş əsas canlı bölgüsünə (ehtimal ki, hələ kəşf edilmədiyi üçün) daxil edilməmiş canlılardır.
Biologiya elmi inkişaf etdikcə canlıların hamısı, insanların müəyyənləşdirdiyi qruplara görə dəqiq ayırmaq mümkün olmamışdır. Çünki bəzi canlılar insanların müəyyən etdiyi bir çox qrupun xüsusiyyətini daşıyır. Bu tip canlılara isə “mozaik canlılar” adı verilmişdir. Mozaik canlılar birdən çox qrupun, cinsin ya da fəsilənin xüsusiyyətlərinə sahib ola bilərlər. Sahib olduqları xüsusiyyətlərlə yenə tam, inkişaf etmiş və mükəmməl canlıları təmsil edərlər.
Daha əvvəl də Darvinopterusun daxil edildiyi pterosaur fosili tapılmış və bu fosil də darvinistlər tərəfindən müxtəlif fərziyyələrin alətinə çevrilmişdir. Ancaq fosil üzərində üç universitetdən gələn alimlər qrupunun apardığı araşdırmada canlının bədən quruluşu bir “şah əsər” olaraq qiymətləndirilmişdir. Canlı, mükəmməl və qüsursuz mozaik quruluşuna görə həm rahat quruda gedə bilir, həm mükəmməl şəkildə uça bilir, həm də rahatlıqla dənizdə üzə bilirdi.
Buna görə modular təkamül yalanlarıyla ara forma adlandırılmağa çalışılan Darvinopterus, bir başqa darvinist saxtakarlıqdır.
NTV-nin “İşlər yolundadırsa təkamül qarışmır!” yazısına cavab
Darvinistlər eşşək arısı növünün 34 milyon ildə dəyişmədiyinin fərqinə varınca, “mükəmməl quruluşa çatınca təkamül baş vermir” dedilər.
Bu iddia fosil izlərinin təkamülə meydan oxumasından qaynaqlanan narahatlığın nəticəsidir. Darvinistlər fosillərin təkamülü rədd etdiyini görüncə, “təkamül baş vermir” kimi axmaq iddia ilə ortaya çıxmaqdan çəkinmirlər.
Leeds Universitetinin tədqiqatçıları fosil arının bütün xüsusiyyətlərinin, yumurtlama yolunun uzunluğunun və evi kimi istifadə edəcəyi əncir ağacının tamamilə indiki ilə eyni olduğunu anlamışlar. Yəni milyonlarla ildir nə arı, nə də əncir ağacı heç bir dəyişikliyə uğramamışdır. Əncir növlərinin arıları aldadaraq istifadə etdikləri döllənmə yolları milyon il əvvəlki ilə eynidir. Yəni heç bir təkamülləşmə olmamışdır.
Necə ki, darvinistlər yuxarıdakına bənzər şəkildə başlıq qoyub yazının davamında eşşək arısı ilə əncir arasındakı bu əlaqənin iman həqiqətini izah edən bir yazı yazmışlar, iddia etdikləri kimi xəyali təkamülün o mərhələyə qədər bunları necə inkişaf etdirdiyini və bundan sonra “niyə təkamülün baş vermədiyini” izah edə bilməmişlər. İzah etmələri mümkün deyil, çünki etdikləri şey yalnız saxtakarlıqdır.
Darvinistlər 300 milyondan çox fosilin dəyişmədiyini inkar etməyi bacarmayacaq mövqedədirlər. Buna görə yeni çıxış yolları axtarırlar.
Lakin hər nə olursa olsun, nə qədər fərziyyə irəli sürsələr də, darvinistlər zatən ilk zülalın necə meydana gəldiyi mövzusuna hələ cavab verə bilmir və təkamül nəzəriyyəsi həyatın başlanğıcı mərhələsində çökür.
Darvinist iddialar, həmişə mütləq cavabını alır. Bu saxtakarlığın qarşısının alınması, insanlara göstərilməsi vacibdir. Darvinistlər meydanın boş olduğunu, keçmiş iddiaları təkrar-təkrar gündəmə gətirməyin onlara fayda verəcəyini sanmamalıdırlar. Bu iddiaların etibarsızlığını hər dəfə qarşısı alınacaq, hər dəfə gəldiyi yerə geri dönəcək.
Hər nə qədər təkamüllə əlaqədar iddiaların hamısı qəti və elmi dəlillərlə yalan çıxarılsa da, əsl vacib olan darvinizmin bir zülalı belə açıqlaya bilməməsidir. Darvinizm zatən təməlindən çökmüş nəzəriyyədir. NTV yayımlarının da bu həqiqəti artıq hər kəsin gördüyünü anlaması lazımdır. NTV yayımlarına artıq kimsənin inanmadığı təkamüllə bağlı boş sözləri müdafiə etməyi dayandırmağı, ağılın, elmin və dəlillərin göstərdiyi həqiqətlərə uyğun gəlməsini tövsiyə edirik