ELM DARVİNİZMİN DÜŞMƏNİDİR. ELM, ATEİZMİN QARŞISINDADIR. ELM ANTİ-KOMMUNİSTDİR, ANTİ-MARKSİSDİR. ELM; MARKSİST, ATEİST VƏ DARVİNİST DÜŞÜNCƏNİ PARÇA-PARÇA EDƏN BİR QURULUŞDUR. Elm ilə darvinist yalanı yıxılmışdır. Elm ilə darvinist təbliğat ən böyük zərbəsini almışdır. Elm, kütlələrə illərlə təlqin edilən təkamül saxtakarlığını təxribata uğratmışdır. Elm, ateist fəlsəfənin təməllərini yıxmışdır. Elm, hara getsə, harada gündəmə gəlsə, harada özünü göstərsə darvinizmi parçalayar, yox edər. Buna görə ELM, ANTİ-BÜTPƏRƏSTDİR. Elm; bütpərəst düşüncələri, batil dinləri, saxta ideologiyaları aradan qaldırar. Məhz buna görə ELM, DARVİNİSTLƏRİN ƏN BÖYÜK AĞRILARINDAN BİRİDİR.

 

Darvinizmi elm kimi göstərmək, bütün dünya üzərində oynanan çirkin oyunun bir parçasıdır. Allah inancını yer üzündən qaldıra bilmək üçün (Allahı tənzih edərik) yeni bir dinə ehtiyac duyan dəccal sistemi, illər əvvəl ən təsirli hipnoz üsulunu təsbit etmiş və dərhal elmə sarılmışdır. Elmdən istifadə edərək insanları aldada biləcəyini, bütün dünyaya çata biləcəyini və ən açar yerləri əlinə keçirə biləcəyini, elm adı altında bütün saxtakarlıqları rahatlıqla həyata keçirə biləcəyinin fərqinə varmışdır. Dəccal sisteminin dünya səviyyəsində reallaşdırdığı kütlə hipnozu elm adı altında yayılmışdır.

 

Darvinistlər elmi saxtakarlığı açıq-aşkar tətbiq edərkən, elmin özlərinə bu qədər böyük ağrılar çəkdirəcəyini heç təxmin etməmişdilər. Elmin yalnız dinə xidmət etdiyini görüncə şoka girdilər. Tarixin ən böyük elm adamlarının Allaha iman etdikləri bütün dünyaya elan ediləndə dəhşətə qapıldılar. Elm boş sözünə təkrar sarılmağa çalışdılar, lakin bacara bilmədilər. Çarəsizcə, səslərini kəsdilər. Elmin ateizmi, darvinizmi, marksizmi, kommunizmi, materializmi və digər bütün batil ideologiyaları boğub yerlə-yeksan etdiyini öz gözləriylə gördülər. Darvinistlər elm qarşısında ən böyük məğlubiyyətə uğradılar. Dost bildikləri elm, onları yıxıb darmadağın etdi.

Elmin inkişafı ilə XXI əsrdə ortaya çıxan ən böyük həqiqətlərdən biri budur: Elm Allaha iman edənlər üçündür. Elm səmimi dindarlara fayda gətirər. Allah Quranda ağcaqanada (Bəqərə surəsi, 26), bal arısına (Nəhl surəsi, 68) diqqət çəkər. Bir orbit üzərində hərəkət edən ulduzlara (Zariyat surəsi, 7), suyun üzündə gəzən gəmilərə (Həcc surəsi, 65) diqqət çəkər. Allah Quranda, yaşıllaşan yarpaqlara (Ənam surəsi, 59), yeddi qat səmaya (İsra surəsi, 44) diqqət çəkər. Allah Quranda iman edənlərin bu iman dəlillərinə qarşı diqqətli olmalarını istəyir. İnsan elm ilə araşdırdıqca bu diqqət çəkən strukturların dərinliklərini kəşf edər.

Bir ağcaqanadın borusunu necə bir anesteziya üsulu ilə yerləşdirdiyini, o lokal anesteziyanın meydana gəldiyi yerdəki maddənin molekulyar quruluşunu bizə elm verir. Yaşıl yarpağın reallaşdırdığı fotosintez möcüzəsi, gəmiləri üzdürən sularda olan fizika qanunları, səmada asılı dayanan və Allahın diləməsi xaricində əsla tarazlığını pozmayan nəhəng göy cisimləri elmin bizə göstərdiyi həqiqətlərdir. Quranda xəbər verilən hər şeyi elm bizə sübut edər. Buna görə vicdanıyla və ağlıyla düşünə bilən bir insan Qurandakı tək bir nümunədən, Allahın Uca Varlığını dərhal qavrayar. Məhz buna görə Quranda nümunə verilən tək bir ağcaqanad, Uca Rəbbimizə iman etmək üçün kifayətdir. Allah ayələrində belə bildirir:

 

Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən gələn haqdır. Küfr edənlər isə deyirlər: “Bu məsəllə Allah nə demək istədi?” Halbuki O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır. (Bəqərə Surəsi, 26)

 

Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. Bunu etmək istəyən də aciz qalar, istənilən də! (Həcc Surəsi, 73)

 

İman həqiqətləri, elmin bizə göstərdiyi hədiyyələrdir. Allahın möhtəşəm nemətidir. Allah üstünlüyünü, böyüklüyünü, ucalığını göstərmək üçün elmi vəsilə edər. Elmi də, elmin kəşf etdiklərini də yaradan aləmlərin Rəbbi olan Allahdır.

Darvinistlər indi dəhşət içindədirlər. Elmin anti-bütpərəst, anti-darvinist olduğunu heyrətlə fərq etdilər. Bu əzab darvinistlərin 150 ildir yaşadığı ən böyük əzablardan üstündür. Elmi anlayanların, elmin içində olanların darvinizmi kütlələr halında tərk etməsi bu əzabı artırmışdır. Elmin İslama xidmət etməsi, bu əzabı qatlamışdır. Belə ki, darvinistlər utanc içində yadplanetliləri xilaskar elan etmişlər. Məhz 150 ildir kütləni hipnoz edən dəccal sisteminin son olaraq düşdüyü vəziyyət budur.

Elm hər istiqaməti ilə Allahın Uca Varlığını göstərir. XXI əsr bu kəşfin və dəhşətli darvinist məğlubiyyətin əsri olacaqdır