Hörmətli Adnan Oktarın Temp TV reportajından (24 sentyabr 2008)

 

MÜXBİR: Təkamül nəzəriyyəsinin yalan olduğunu iddia edirsiniz və dünyada ilk dəfə 2006-cı ildə Yaradılış Muzeyi açıldı və bu muzeydə 2957 fosil göstərildi. Bu mövzuda bir az məlumat verərsinizmi?

 

ADNAN OKTAR: Darvinistlər dünyada darvinist diktatorluğu qurmuşlar. Darvinizm əleyhinə kim danışsa onu dərhal aradan götürürlər. Əgər bir yerdə çalışırsa işindən atırlar. Əgər başqa bir peşə sahibidirsə bütün mətbuat üstünə gedir. Adamın müflisləşməsini və yaxud işdə təcrid edilməsini təmin edirdilər. Onun üçün indi darvinistlərin bu dəhşət siyasətinə görə darvinizmə insanlar rahatlıqla qarşı çıxa bilmir. Nə qədər həqiqəti bilirsə bilsin, kimsə “kral çılpaqdır” deyə bilmir. Yəni susurlar. Məsələn, İngiltərədə Krallıq Akademiyasını da tanıyırsınız, son olaraq bir şəxsin vəzifəsinə son verildi. Adamın günahı darvinizm yalan, darvinizm uydurmadır, darvinizm hiylədir imicini verdiyi üçün dolayı yoldan. Dolayı imic verməsinə belə dözə bilmədilər.

Bu diktatorluq, bu şiddət siyasətiylə darvinizmə indiyə qədər dəstək oldu. Amma gümbür-gümbür təpələrinə yıxacağıq darvinizmi, yıxırıq və yıxdıq. Hər şeydən öncə 100 milyon fosil var. Heç bir şəkildə dəyişməmiş, yəni eynisi kimi. Allah yerin altını doldurmuş. Dinsizlərə, ateistlərə bir yumruqdur, Allahdan bir şillədir. Qayalar sanki köçürülmüş kimi heyvanlardan köçürülmüş kimi eynisiylə dayanır. 100 milyon fosildən biz bəhs edincə bunlar çaxnaşmaya düşdülər. Xüsusilə, fosil sərgilərində “aman bağlayın, aman bağlayın fosil sərgilərini”. Niyə qorxursan, qardaşım? Qayalardanmı qorxursan? Daşlardanmı qorxursan? Nə var millət görsün? Baxdılar ki, bacarmayacaqlar. İndi susqunluq dövründədirlər, lakin bu üslubdur, yəni vəzifənizə son verərik. İşinizdən qovarıq kimi milləti qorxudaraq dayandırmağa çalışırlar.

Bunlar bir yol deyil. Bunların hamısı darvinizmin ölüm xəbərləridir, yəni indi dağıntıya girdi. Komaya girdi darvinizm. Koma əlamətləridir, yəni bu tündxasiyyətlik, təcavüzkarlıq, susdurmaq. Yaxın gələcəkdə darvinizm deyilincə insanlar ya deyəcəklər biz necə inandıq deyə özlərinə güləcəklər, təəccüblənəcəklər. Möcüzədir, yəni bu. Çox böyük möcüzədir. Şeytanın dünya tarixindəki ən böyük yalanı, ən böyük oyunu və insanlara ən böyük hiyləsidir. Və belə bir rüsvayçılıq dünya tarixində görünməmişdir, ilk dəfə görünür.