Adnan Oktarın Hatay TV reportajından (7 sentyabr 2008)

 

ADNAN OKTAR: Yəni şeytan insanlarla lağ edər, amma bu qədər geniş əhatəli universitet professorları, ziyalıları milyonlarla insanla belə lağ etməsi çox böyük möcüzədir.

APARICI: Yəni illərdir bizə bunlar məktəblərdə hələ də tədris edilir.

ADNAN OKTAR: Açıq-aşkar əylənir şeytan. Deyir ki, qardaşım sən təsadüfən yarandın deyir, ha eləmi deyir, həqiqətən, mən təsadüfən yarandım deyir. Haşa, yəni inanılmazdır. Məsələn, mən sizi indi tam rəngli görürəm üç ölçülü, beynimin içində mənim pencəyim ilə sizin pencəyiniz eyni yerdə görünür. Lakin mükəmməl dərinlik qəbulu var, həqiqətən, qarşımdamısınız kimi görünür. Bu heç bir televizorda, heç bir kinoda indiyə qədər əldə edilən keyfiyyət deyil. Beyini açırıq qanlı ət parçasıdır, bu qədər. Biz normal beyinin içini görürüksə əgər, qan və ət görməmiz lazımdır. Elə bir qaranlığı görməyimiz lazımdır.

Qapqara qaranlığı. Qan və ya ət çox işıqlandırılsa belə. Amma təmiz, təmiz bir aləm var içimizdə. Bax televizor göstərir Allah, radio göstərir, texniki alətlər göstərir, sizləri göstərir. Və tam rəngli, üç ölçülü görürük. Heç bir televizorun edə bilmədiyini beyindəki bu qədər ət parçası edir, Allahın diləməsiylə. Sırf bu Allahın varlığı üçün kifayətdir. Yəni bunun üstünə başqa heç bir şeyə ehtiyac yoxdur normal insan üçün. Darvin deyir ki, bunlar təsadüfən oldu. Qoxu, hiss etmə təsadüfən oldu. Biz gül, qərənfil qoxusunu təsadüfən öyrənmiş oluruq guya. Ən keyfiyyətli səs sistemi qulağımızdadır. Məsələn, sizin danışığınızı mən üç ölçülü götürürəm. Stereo və üç ölçülü. Amma ən keyfiyyətli səs alətlərini mən dinlədim. Heç birində bu keyfiyyət yoxdur. Yaxşı, qardaşım, bunu bir belə ət parçası edir, onu minlərlə, on minlərlə mühəndis edir.

Elm adamı edir, minlərlə parçadan ibarətdir. Bura da bir parça ətdir. Yəni heç bir texniki alətlər yoxdur, heç bir şey yoxdur. Birdə bu görünüşü seyr edən var, bax bu çox əhəmiyyətlidir. Çünki insanın ətdən olan gözü kordur. İçəridəki görən bir göz var. Əsl göz odur. Bu ət göz bir şey görməz. Bu bir kameradır, məsələn qulaq da eşitməz. Qulaq kardır, qulaq bir ət parçasıdır. İçəridə bunu eşidən biri var. Məhz bu Darvinin, təkamülün, onun, bunun heç də izah edə bilməyəcəyi bir şeydir. Onsuz da heç bir şeyi açıqlaya bilmirlər, amma bunu heç açıqlaya bilməzlər.