Header

Darvinistlər niyə uzun müddətdir susublar?

Aa4a

Yaşadığımız onlarla il boyunca heç dayanmadan saxta təkamül xəbərləri verən, davamlı olaraq yeni xəyali fosillər çıxarıb “itkin halqa tapıldı” deyə ortaya çıxan, hüceyrənin necə öz-özünə meydana gələ biləcəyinə dair saysız nəzəriyyə çıxaran və bunların hamısı sanki reallaşmış kimi nağıllar izah edən darvinistlərdən və darvinist mətbuatdan bir müddətdir səs-səmir çıxmır. İtkin halqa xəbərləri dayandı, qəzetlərə verilən uzun təkamül xəbərləri sona çatdı, hər həftə ayrı bir televiziya proqramını gəzən darvinistlər ortalarda görünməz hala gəldi. Görəsən, bu ciddi dəyişikliyin səbəbi nə idi?

BUNUN SƏBƏBİ DARVİNİSTLƏRİN UĞRADIĞI BÖYÜK MƏĞLUBİYYƏTDİR.

Darvinistlər, Darvindən bəri 150 ildir çox əhatəli kütlə hipnozunu sistemli olaraq davam etdirməkdə idilər. Qarşılarına çıxan hər əleyhinə səsi susdurmuşdular. Məktəblərə, universitetlərə girmişdilər. Mətbuatın böyük hissəsi əmrləri altında idi. Darvinist təbliğatın lazım olduğu hər an mətbuatı ələ alıb və “xəyali itkin halqanın” dərhal gündəmə girməsi təmin edilirdi. Sistem son dərəcə sistematik və müvəffəqiyyətli işləyirdi. Kütlə hipnozu tam hazırlandığı şəkildə davam edirdi. Dəccal 150 il boyunca vəzifə başında idi. İnsanlar darvinist, materialist və hətta dinsiz olana qədər dəccal etdiyi bu dərin hipnoza davam etdi. “Sən darvinistsən, sən təsadüfən meydana gəldin” deyərək insanlara çox böyük cadu etdi. İnsanlar bu dəccal cadusunun təsiri altında illərlə təsadüfən meydana gəldiklərinə inandılar, şüursuzca darvinizmin doğru olduğunu zənn etdilər.

Bu kütlə hipnozunun açıqlanması isə darvinistlər üçün gözlənilməz bir şey idi.

Yaradılış Atlası darvinistlər üçün ən böyük məhvi hazırladı

Yaradılış Atlası, darvinistlər üçün çox böyük zərbə oldu. Yaradılış Atlasından sonra nə edəcəklərini bilməyən, bu ani zərbəni heç gözləməyən darvinistlər, illərdir insanlara etdikləri cadunun təsirinin ani bir şəkildə yox olmağa başladığını gördülər. 300 milyondan çox fosilin varlığının ifşa edilməsiylə şoka girdilər. İllərdir etina ilə saxlamağa çalışdıqları Yaradılış dəlilləri bütün dünyaya açıq şəkildə göstərildi. Bir dənə belə ara fosil olmadığını insanlar heyrətlə öyrəndilər. Üstəlik həyatın, darvinistlərin iddia etdiyi şəkildə təsadüflərlə başlaya bilməyəcəyi, bir zülalın belə təsadüfən meydana gələ bilməyəcəyinin izah edilməsi, darvinistlər üçün ən böyük məhvi hazırladı.

İllərdir əzəmətli şəkildə bütün saxtakarlıqları çəkinmədən edə bilən, istədikləri hər yerdə istədikləri qədər saxta və yalan xəbəri nəşr edən və heç çəkinmədən bu saxtakarlıqları insanlara sırıyan darvinistlər, indi saxtakar olaraq tanınırlar. Daha əvvəldən saxta imperatorluqlarının aydın olmadığını bildikləri üçün rahat hərəkət edərkən, indi girdikləri hər mühitdə saxtakar olduqlarını qarşı tərəfin anlayıb anlamadığı mövzusunda narahat olurlar. Artıq jurnallarda, qəzetlərdə etdikləri bir yalan xəbərin mütləq reaksiya ilə qarşılaşacağını və eynilə İda və Ardı saxtakarlığında olduğu kimi üzr istəyib bütün iddialarını geri götürmək məcburiyyətində qalacaqlarını çox yaxşı bilirlər. Əvvəllər cadunu yaymağa yarayan bir təkamül xəbərinin, indi özlərini hörmətdən salacağının və lağ olunacağının fərqindədirlər.

Məhz bütün bunlara görə darvinistlər susqundurlar. Artıq yalan söyləyə bilmirlər. Darvinist təbliğat üsulları artıq onlara fayda vermir. Darvinizmi kütlələrə yayan dəccal, ən böyük zərbələrindən birini almış vəziyyətdədir. Darvinistlər ən böyük silahları olan bir qisim mətbuatı, yalan xəbərləri üçün istifadə edə bilmirlər. Yalanı təkrar-təkrar söyləmək artıq heç bir işlərinə yaramır.

Darvinistlər, əlbəttə, belə olacağını təxmin edə bilməmişdilər. Halbuki bu, müsəlmanların çox uzun zamandır bildiyi və gözlədiyi nəticədir. Çünki bu, Quranda Uca Rəbbimizin böyük vədidir. Uca Allah, “Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. (Ənbiya surəsi, 18)” ayəsiylə ifadə etdiyi kimi, Allah inancına qarşı qurulan hər azğın baxış və batil dini mütləq dəhşətli məğlubiyyətə uğradacaq və bu batil inancların hamısı məhv olub gedəcək. Darvinistlər zəfər və gücün yalnız Allaha və Allahı sevib ucaldanlara aid olduğunu görəcəklər. Aləmlərin Rəbbi olan Allah, Baqi və Əzim olandır.

Uca Rəbbimiz, bir ayəsində belə buyurur:

De ki: “Ey mülkün sahibi Allahım, dilədiyinə mülkü verərsən və dilədiyindən mülkü çəkib-alırsan, dilədiyini əziz edər, dilədiyini alçaldarsan; xeyir Sənin əlindədir. Həqiqətən Sən, hər şeyə güc yetirənsən.” (Ali İmran surəsi, 26)

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313