Daha əvvəllər də üzərində çox dayandığımız kimi, darvinistlər ideologiyalarını yaşatmaq üçün insanları aldatmalıdırlar. Çünki təkamül nəzəriyyəsi, əsla elmi olaraq sübut edilməyən və sübut edilməyəcək böyük yalandır. Buna görə 150 illik iqtidarını davam etdirmək üçün hiyləyə və yalana ehtiyac duymuşdur.

150 il əvvəlki inkişaf etməmiş elm səviyyəsi darvinistlər üçün primitiv yalan metodlarına kifayət edirdi. İbtidai elmin təsiriylə insanlar, həqiqətən də, palçıqlı suda hüceyrənin meydana gələ biləcəyinə, cansızdan canlının meydana gələ biləcəyinə, meymunların bir az öyrədilsə insana çevrilə biləcəklərinə inanmışdılar.

Sonra meydana elmi həqiqətlər girdi. Bir hüceyrənin deyil, bir zülalın belə təsadüfən öz-özünə meydana gələ bilməyəcəyini isbat etdi. Cansızdan canlının meydana gələ bilməyəcəyini ortaya çıxardı. Meymunlar da daxil bütün canlıların öz növlərinə xas xüsusiyyətləri saxladıqlarını və heç bir genetik dəyişikliklə “əsla” bir-birlərinə çevrilə bilməyəcəklərini göstərdi. Təkamülün bütün iddiaları mikrobiologiya, molekulyar biologiya, genetika, paleontologiya kimi mövcud bütün elm sahələri tərəfindən də təkzib edilincə və bir ara fosil olmadığı həqiqəti meydana çıxınca, vəziyyət darvinistlər üçün ürək ağrıdan hal almağa başladı.

Primitiv üsullarla insanları artıq aldada bilməyəcəklərini anlayan darvinistlər, saxtakarlıqlarına bir az “elmi görünüş” əlavə etdiklərində bu təbliğatı davam etdirəcəklərini düşündülər. Ona görə, qətiyyən təkamülə dəlil olmayan elmi mövzuları, elmi kəşfləri, elmi tapıntıları götürüb bunu təkamülmüş kimi göstərməyə çalışdılar. İzahat tərzlərini, başqa sözlə, aldatmaq tərzlərini dəyişdirdilər. Təkamül tamamilə təsadüf üzərində qurulmasına baxmayaraq, təsadüf deməməyə başladılar. Özləri çıxardıqları “meymundan yarandıq” ifadəsindən qorxdular, “meymuna bənzər canlıdan” deyərək sözlərini dəyişdirdilər. Sonra yenə son dərəcə primitiv olmaqla bərabər elmi terminlərlə bəzədikləri aşağıdakı başlıqlarla izah etdiyimiz saxtakarlıqları gündəmə gətirdilər. Məqsədləri 150 ildir davam edən dəccaliyyətin hiyləgər cadusunun, insanlar üzərindəki hipnozunun aradan qalxmasına mane ola bilmək idi.

Aşağıdakı mövzular darvinistlərin ən qısa yolla gizlin şəkildə sığındığı mövzulardır. Bir yerdə təkamül xəbəri ilə qarşılaşsanız, darvinistlər mütləq aşağıdakılardan birindən istifadə etmişlər. Bir saxtakar nəzəriyyələrinə aşağıdakı bu şərhlərə əsaslanaraq dəstək olmağa çalışırlar. 150 ildir etdikləri kimi yalan danışırlar. Darvinistlərin əsaslandıqları bu yalanlar da, bütün digərləri kimi saxta və uydurmadır.

 

Variasiyalar

Elmi həqiqətləri fərqli şərh etmək və təhrif etmək darvinistlərin taktikasıdır. Variasiyaları təkamülmüş kimi göstərməyə çalışarlar. Çünki variasiyalar, canlıların öz növləri daxilində baş verən müxtəlif dəyişikləri ifadə edir. Buna görə darvinistlər üçün mükəmməl bir vəsaitdir.

Məsələn, Türkiyədə yaşayan bir inək cinsi İngiltərədə olan inək cinslərindən fərqlidir. Görünüşü, böyüklüyü, tükü, rəng çaları, qulaq böyüklüyü, burun uzunluğu və s. fərqlərə malikdir. Yaşadıqları iqlimə, aldıqları qidalara, yaşadıqları bölgənin quruluşuna görə bir sıra xüsusiyyətlərə sahib olmuşlar (daha soyuq iqlimdə yaşayan inəklərin daha uzun tüklü olmaları kimi). Lakin burada əsl mahiyyət budur: Bu canlıların hər ikisi də inəkdir. Bu dəyişiklər, inəyin gen quruluşunda mövcud xüsusiyyətlər daxilindədir. Canlı, yenə öz genlərində mövcud olan xüsusiyyətlər daxilində dəyişmişdir. Hər iki cinsdə də genlər eynidir. Lakin birində qabarıq olan genlər, digərində az inkişaf etmişdir. Aralarındakı tək fərq budur.

Bu, insanlar üçün də keçərlidir. Dünyadakı fərqli irqlər, rəng, boy, baş şəkli, göz forması kimi fərqlər yalnız genlərdəki aktiv və passiv xüsusiyyətlərdən qaynaqlanır. Nəsillər boyu üzə çıxan xüsusiyyətlər kimi irqlərdə ön plana çıxmış, kimilərində isə az inkişaf etmişdir. Amma hər insan, öz genlərində başqa insanların da sahib olduğu bütün xüsusiyyətlərlə birlikdə yaradılmışdır.

Bu dəyişiklər də məhduddur. Genlərdəki xüsusiyyətlər bir yerə qədər canlıda dəyişikliyə səbəb olar. Bunlar, əsla o canlıya yeni xüsusiyyət qazandırmaz.

Buna görə canlılar, yalnız öz genlərində Allah tərəfindən kodlaşdırılmış məlumat qədər dəyişə bilərlər. Özlərində olmayan bir xüsusiyyəti inkişaf etdirmələri, fərqli növlərin genlərinə sahib olmaları qeyri-mümkündür.

Variasiya təkamül demək deyil. Darvinistlər nə etsələr də, variasiyalar yoluyla bir növ və ya o növə aid olmayan yeni xüsusiyyət meydana gətirə bilməzlər. Bu böyük uydurmadır. İnəklər nə qədər variasiyaya uğrasa da, yenə inəkdirlər. İnsanlar nə qədər variasiya keçirsələr də yenə insandırlar.

Eynilə Darvinin alacəhrə quşları kimi, indi növlər içində müxtəliflik göstərən nümunələr də məhz bu yalandan istifadə edilərək təkamül kimi göstərilməyə çalışılır. Darvinistlər eyni növdən iki canlını yan-yana gətirərək, “baxın nə qədər fərqlidirlər, təkamül bunu bu hala gətirdi” deməkdə və saxtakarlıq etməkdədirlər. Buna görə bu cür xəbərləri oxuyanlar darvinistlər tərəfindən aldadıldıqlarını bilməlidirlər.

 

Bənzərliklər

Darvinistlərdə olduqca sadə məntiq vardır: Meymun insana bənzəyir, deməli, ondan törəmişdir, yaxud timsah balığa bənzəyir, deməli, ondan törəmişdir kimi. Darvinist ideologiyanın bütün məntiqi məhz bu primitiv iddiaya əsaslanır. Bu, Darvinin nəzəriyyəsini ortaya qoyarkən əsaslandığı tək dayaqdır. İndiki vaxtda jurnallarda elmi terminlərlə, kompleks izahlarla təkamül adına izah edilməyə çalışılan hər şey də yenə bu primitiv məntiqə əsaslanır.

Canlılar, əlbəttə, bir-birlərinə bənzəyirlər. Dünyaya xas, olduqca məhdud həyat şərtləri içində, karbon əsaslı, müəyyən atmosfer qazlarından və müəyyən qidalardan istifadə edərək yaşayır və müəyyən yer üzü şərtlərində inkişaf edirlər. Hər bir canlı, eyni atmosferdə tənəffüs etməkdə, oxşar qidaları qəbul etməkdə, eyni su və azot dövründən faydalanmaqda, eyni iqlim şərtlərində iştirak etməkdədir. Dünyadakı həyatın meydana gəlməsini təmin edəcək bu məhdud şərtlər, canlıların bənzər olmalarının əsas səbəbidir. Lakin eyni zamanda canlılar, fizioloji və anatomik cəhətlərdən bir-birlərindən bir o qədər də fərqlidirlər. Məsələn, genlərə baxdığımızda, yalnız fizioloji olaraq, meymunlarla aramızda mövcud olan sırf iki xromosom fərqi darvinistlərin əsla aşa bilməyəcəkləri böyük maneədir.

Bir DNT qarşısında yox olub gedən təkamül nəzəriyyəsi bu DNT üzərində vəzifəsini yerinə yetirən bir zülalın belə izahını verə bilmir. Buna görə darvinistlərin bənzərlik əsasında irəli sürdükləri fərziyyə, yalnız cahil və məlumatsız insanları aldatmaq və tələyə salmaq üçündür.

Üstəlik darvinistlər, əslində “ruh”un varlığı qarşısında acizdirlər. İnsanı insan edən xüsusiyyət, yəni ruh mövzusunda çarəsiz və laldırlar.

Heç bir bənzərlik təkamülün dəlili deyil. Təkamülçülərin, iddialarını sübut etmək üçün, həqiqətən, elmi dəlil gətirmələri lazımdır. Məsələn, bənzər canlıların fərqli üzvlərinin bir-birinə çevrildiyini mutasiyalarla göstərmələri və ən əhəmiyyətlisi, bu çevrilməni göstərən və milyardlarla lazımlı qalıqları və ara fosilləri sərgiləmələri lazımdır. Bundan da əhəmiyyətlisi, molekulyar səviyyədə bu çevrilməyə bir izah vermələri lazımdır. Lakin daha əvvəl dəfələrlə təkrar etdiyimiz kimi darvinistlər TƏK BİR ZÜLALI DA AÇIQLAYA BİLMİRLƏR.

 

Nəsli kəsilmiş canlılara aid fosillər

Üçüncü saxtakarca taktika, nəsli kəsilmiş canlılara aid fosillərdən istifadə edilməsidir. Darvinist hiyləsinin davamı üçün nəsli kəsilmiş canlıların fosilləri darvinistlərə saxtakarlıq üçün istifadə edəcəkləri vəsait olar. Darvinistlər, məsələn, insanların heç tanımadıqları balıq fosilini götürər və onun üzərindəki daşlaşmış strukturlar haqqında əlaqəsiz izahlar edərək, “bura ağciyər kisəsi, bura ayaq çıxıntıları, bura tənəffüs borusunun başlanğıcı… Deməli, quruya çıxırmış” deyərək çaşdırıcı aldatmaq üsulundan istifadə edərlər. Fosilin üzərində istədikləri qədər fərziyyələr irəli sürərlər. Məqsəd, dəccalın 150 illik davam edən cadusunu yaya bilmək, mövzu haqqında məlumatsız insanların düşüncələrini şübhəyə salmaqdır.

Darvinizmin saxtakarca tarixi həmişə bu nəsli kəsilmiş fosillərə əsaslanmışdır. Halbuki bütün elmi araşdırmalar bu canlıların hamısının, milyonlarla il əvvəl yaşamış mükəmməl xüsusiyyətlərə sahib canlılar olduğunu göstərmişdir. Bu həqiqət zatən fosillərə baxılanda dərhal aydın olur. Tək birinin belə üzərində canlının təkamülləşdiyini göstərən xüsusiyyət tapılmamışdır. Darvinistlər dəfələrlə, etdikləri bu saxtakarlığa görə üzr istəmək məcburiyyətində qalmışlar. Necə ki, indi mövcud olan və aralarında soyu tükənmiş canlıların da olduğu 350 milyondan çox fosilin hamısı mükəmməl canlılardır. Təkamülün tələb etdiyi əyri-üyrü canlılardan, təkamülləşməkdə olanlardan birinin belə tapılmaması təkamülü aradan qaldıran tutarlı dəlildir.

 

Nöqsanlı dizayn iddiaları

Məğlubiyyət və böyük çarəsizlik, darvinistləri, xüsusilə, son günlərdə başqa həll yolları axtarmağa vadar etmişdir. Bunun üçün yadplanetlilərə sığınan, “əslində biz təsadüf demədik” deyə ortaya çıxan darvinistlər, son vaxtlarda iddialarına dəlil gətirməyə çalışmaqdansa “Yaradılış gerçəyinə nə dəlil olmaya bilər” xəyalının arxasına düşdülər. İstifadə etdikləri bu üsul da elə primitiv və axmaqcadır ki, artıq bütün hiyləgər üsulların təkamülçülər üçün tükəndiyini göstərir.

Darvinistlər yer üzündə “nöqsanlı dizaynlar” olduğunu iddia edirlər. Və bunların nöqsanlı olduğunu düşündüklərindən, Yaradılış gerçəyini də bu axmaq iddia ilə etibarsız edəcəkləri kimi yalana inanarlar.

Darvinistlərin bu yanılmalarının səbəbi, əlbəttə, Uca Yaradıcımız Allahın yaratma sənətini qavraya bilməmələri, son dərəcə cılız dünyagörüşünə sahib olmalarıdır.

Canlılarda əskikliklər, nöqsanlar və qüsurlar, əlbəttə, vardır, məsələn bir insan xəstəliklərə olduqca açıq şəkildə yaradılmışdır. Bir çox canlı isə belə deyil. Məsələn, insanın balası doğulduğu andan etibarən çox xüsusi qulluğa möhtacdır. Halbuki bir çox canlı doğulduğu anda balasını tərk edər. Bala, bir palçığın içində də olsa, ovçularla da qarşılaşsa əksəriyyəti öz həyatını davam etdirə bilir. Canlılar bir-birlərindən çox fərqli xüsusiyyətlərlə yaradılmışlar və bu xüsusiyyətlərin bəziləri digərlərinə görə onlara üstünlüklər verir.

Allah belə yaradar, çünki dünya cənnət deyil. Dünya əskikliklər və qüsurlarla yaradılmış imtahan yeridir. Cənnətə həsrət yaradacaq keçici məkandır. Əskiksizlik və qüsursuzluq yalnız cənnətə xas yaradılıb. Bu dünyada əskiklərin olmasının əhəmiyyətli səbəbi və hikməti vardır. Acizlikləri, çətinlikləri, xəstəlikləri insanın görməsi lazımdır. İnsan nəfsi özünü (Allahı tənzih edirik) Allaha qarşı öyünmə əzmi ilə yaradılmışdır, buna görə Allaha qarşı acizliyinə və çarəsizliyinə özünün şahid olması lazımdır. Təkəbbürlənməmək, özünü və bütün varlıqları yaradan Allaha qarşı üsyankar olmamaq üçün Uca Yaradıcının üstün Qüdrətinə qarşı heç bir gücü olmadığını görməsi lazımdır. Allaha möhtac olduğunu anlaması lazımdır. Dünyada yaradılmış əskikliklərin, qüsurların bir hikməti də budur.

 

Allah dilədiyi hər şeyi ən gözəliylə yaratmağa qadir olan Yaradıcımızdır

Allah, əlbəttə, qüsursuz yaratmağa qadirdir. Bunu dünyada saysız nümunə ilə bizə sərgiləmişdir. Tək bir zülal belə bu qüsursuz və fövqəladə yaradılışın mükəmməl dəlilidir. Əlbəttə, Allah istəsə, bütün dünya, sonsuz həyatın yaşandığı, heç bir qüsurun və əskikliklərin olmadığı bir yer ola bilərdi. Lakin elə deyil, dünya bir imtahan mühitidir. Rəbbimiz bizi əskiklər və qüsurlarla sınayar. Bütün acizliyimizi görüb ONA yönələcəyikmi, yoxsa görməzlikdən gəlib baş qaldıracağıqmı, bunu sınayar. Allahın üstün yaratma sənətini və nemətlərini insanlar görüb təqdir edəcəklərmi, yoxsa baş qaldırıb saxta ilahları, təsadüflərəmi ibadət edəcəklər bunu görmək istəyər. Məhz dünyanın bir imtahan mühiti olaraq yaradılmasının və imtahana uyğun olaraq da əskik və qüsurların olmasının səbəbi budur.

Qüsursuzluqların məkanı cənnətdir. Allah, burada dəlillərini verdiyi qüsursuz yaradılışı, orada başdan sona var edəcək. Cənnət, heç bir qüsurun, xəstəliyin, əskikliyin, acizliyin, çətinlik və ehtiyacın olmadığı və sonsuzluğun yaşandığı məkandır. Dünyada şübhəyə düşənlər, Uca Rəbbimizin üstün Qüdrəti ilə hər şeyi qüsursuz və əskiksiz yaratmağa qadir olduğunu cənnətdə görəcəklər. Lakin onlara bu görünüşlər, əbədi olaraq içində olacaqları cəhənnəmdən göstəriləcək. Və axirətdə onlar bu qüsursuz nemətlərə əsla çata bilməyəcəklər. Allah bir ayəsində belə buyurur:

 

Atəş xalqı ilə cənnət xalqı bir olmaz. Cənnət xalqı “ümid etdiklərinə qovuşub xoşbəxtlik içində olanlardır.” (Həşr surəsi, 20)

 

Dünyada xüsusi olaraq yaradılmış olan qüsurları “səhv” olaraq xarakterizə etmək və bunları “təkamülün dəlili” olaraq təqdim etməyə çalışmaq, 150 illik saxtakarlığa damğa vurmuş darvinistlərin edəcəyi bir işdir. Bu səbəbdən, yaradılışdakı hikmətləri anlamayan, Uca Rəbbimizin Qüdrətini heç bir şəkildə qavraya bilməyən olduqca dar düşünə bilən beyinlərin belə bir iddia ilə ortaya çıxdığını görmək, əlbəttə, təəccüblü deyil. Darvinistlər bu məntiqsiz iddialarla insanları aldatmağa çalışsınlar, insanlar hələ onlardan bir zülalın açıqlamasını gözləyirlər. Hələ həyatın başlanğıcını açıqlaya bilməzkən, incə mövzular üzərində etdikləri bütün fərziyyələrin etibarsız olduğunu bütün dünya bilir. Darvinistlər üçün bu böyük məğlubiyyət, məyusluq, çıxılmaz vəziyyətdədir. Yazıq, çırpınışları da nəticə vermir.

 

Elmi inkişaflardan istifadə etmələri

Darvinistlərin ən məşhur saxtakarlıq taktikalarından biri də, bir elmi inkişafı götürüb dərhal nəzəriyyələrinə uyğunlaşdırmağa çalışmalarıdır. Əhəmiyyətli elmi inkişaflar və müvəffəqiyyətlər, axtarışda olan darvinistlər tərəfindən alınar və bir anda təkamül təbliğatına çevrilər. Halbuki bu iş, təkamülə heç bir dəlil gətirmədiyi kimi, əksinə, təkamülü ortadan qaldıracaq əhəmiyyətli elmi inkişafın başında durur.

Məsələn, süni hüceyrə ilə bağlı axtarışlar bildiyimiz kimi darvinistlərin ən böyük fərziyyə mövzularından birinə çevrilmişdir. Halbuki bu işdə, yoxdan bir hüceyrə çıxarılmamış, var olan bir DNT-nin yenə mövcud bir hüceyrə içində surətinin köçürülməsi təmin edilmişdir. Bu iş əhəmiyyətli elmi tədqiqatlara yol göstərəcək gözəl bir inkişaf olması ilə yanaşı, DNT-dəki kompleksliyin sərgilənməsi baxımından təkamülü yerlə-yeksan edən əhəmiyyətli dəlildir.

Bununla belə klonlama işləri, süni qan yaratma müvəffəqiyyətləri də təkamüllə heç bir əlaqəsi olmayan, lakin təkamül adına deyilən elmi inkişaflardandır. Əslində, bu işlərin hamısı, cansızdan canlının meydana gələ bilməyəcəyini, darvinistlərin hüceyrə içindəki kompleks strukturlardan tək birini belə yarada bilməyəcəklərini, hüceyrə içində öz ağıllarını, bacarıqlarını, məlumatlarını da aşan fövqəladə kompleksliyin olduğunu və bunun əsla təsadüflərlə mövcud ola bilməyəcəyini göstərir. Yəni bu işlərin hamısı təkamülə zərbə vuran çox əhəmiyyətli dəlillərdir. Darvinistlər tərəfindən tələm-tələsik istifadə edilmələrinin səbəbi, “ən yaxşı müdafiə hücumdur” metodunun istifadə edilməsindən irəli gəlir. Darvinistlər nəzəriyyələrini çürüdən bu həqiqətlər qarşısında müdafiə etməyə keçməkdənsə, bu bizim nəzəriyyəmizi isbat edir yalanını istifadə edirlər. Dünyanı bürüyən və təkamül adlanan cadugər hiyləsini yaya bilmək üçün istifadə edilən üsul yenə “yalan”dır.

 

Bu əsr Allaha inancın əsri olacaqdır

Əgər bu və bunun kimi iddialarla qarşılaşsanız, darvinistlərin yenə sizi aldatmağa çalışdığından əmin olmalısınız. Darvinistlər bir zülalın belə meydana gəlməsini izah edə bilmədiklərini unutmamalısınız. 150 ildir dünyanı bir cadu ilə aldadan dəccal hipnozu, hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın çıxışını görəcəyimiz bu əsrdə də təsirli olmağa çalışır. Lakin Allahın ədaləti və qanununun təsir ilə davam etdirə bilməyəcək. İnsanları aldatmağa davam edə bilməyəcək. Darvinistlərin 150 illik müvəffəqiyyəti yalnız bu cadunun tez-tez təkrar edilməsi və hipnozun dayanmadan gözlərə verilmiş olmasından qaynaqlanır. İndi bu hipnozdan insanların böyük bir qismi xilas olmuş vəziyyətdədir. Geri qalan qismini də qurtarmaq üçün təkamül saxtakarlığının əsl üzünü dayanmadan insanlara göstərmək, davamlı təkrarlarla izah etmək lazımdır. Allahın icazəsiylə bu əsr, Allaha inanan, Uca Rəbbimizi Bir və Tək İlah olaraq xatırlayıb ucaldan və Onun əsərlərini heyranlıqla görüb iman edənlərin qalib gələcəyi bir əsr olacaq. Başda dəccal dini darvinizm olmaqla bütün batil dinlər, tək-tək hüsrana uğrayıb yox olacaqlar.

 

De ki: “Haqq gəldi, batil yox oldu. Heç, şübhəsiz, batil yoxluğa məhkumdur.” (İsra surəsi, 81)

 

Kim Allahı, Rəsulunu və iman edənləri dost (vəli) hesab etsə, heç şübhə yox, qalib gələnlər Allahın tərəfdarlarıdır. (Maidə surəsi, 56)