İllərlə davamlı olaraq yalanları ortaya çıxmış və buna görə ciddi şəkildə alçaldılıb rəzil olmuş darvinistləri, eyni yalanları təkrar etməyə təhrik edən səbəb nə ola bilər? Bu səbəb, əlbəttə, çarəsizlik, məğlubiyyət və çıxış yolunun olmamasıdır. Darvinistlərin çarəsizliyinin bir başqa əhəmiyyətli göstəricisi isə, bir neçə ay əvvəl təbliğatın apardıqları saxtakarlıqları, heç bir şey olmamış və sanki heç inkar edilməmiş kimi təkrar-təkrar gündəmə gətirmələridir. Məhz bu darvinizmin necə çökdüyünün əsaslı dəlilidir. Çünki darvinistlərin əlində fərziyyə vəsaiti edəcəkləri, insanları aldadacaqlar bir vəsait artıq qalmamışdır.

Bu xəbərlərin və darvinist yalanlara ölkəmizdə ən böyük müdafiəçisi olan NTV və digər yayımlar və əlbəttə, xarici darvinist mətbuat, Denisovan adlandırdıqları və xəyali insanın təkamülündə üçüncü növ deyə başlıqla tanıtdığı bu fosili heç bir şey olmamış kimi yenidən gündəmə gətirərək insanları aldatmağa çalışırlar. Aradan zaman keçməsini gözləyib, bu mövzuda daha əvvəl verdiyimiz cavabı unutdurmağa çalışırlar. Halbuki daha əvvəl bu iddianı gündəmə gətirdiklərində bunun saxta olmasına dair çox əhatəli cavab vermiş və buradakı böyük yalanı olduqca izahlı şəkildə açıb göstərmişdik.

 

Qısaca yekunlaşdırmaq lazım olsa;

  • Sibirdə Altay dağlarında 30.000 illik barmaq fosili parçası və bir diş tapıldı.
  • Dişin və barmaq sümüyünün eyni dövrdə yaşamış iki fərqli insana aid olduğu aydın oldu.
  • Darvinistlər, barmaq sümüyü və dişin Neandertallarla, hətta homo Erectuslarla bənzərlik təşkil etdiyini söylədilər.
  • Barmaq sümüyünə üzərində aparılan DNT analizləri nəticəsində isə bu canlıların indiki Malayziya (Yeni Qvineya və bəzi ətraf ölkələr) insanları ilə eyni genetik xüsusiyyətlərə sahib olduğu aydın oldu.
  • Əldə edilən bu nəticələrdən çıxış edərək və fosilin Sibirdə tapılması yəni təkamülçülərin iddia etdikləri xəyali Afrikadan çıxış ssenarisinə uyğun gəlmədiyi üçün darvinistlər bu canlının orada xəyali şəkildə təkamül keçirmiş “üçüncü növ” olduğunu iddia etdilər.
  • Halbuki onsuz da homo Erektuslar da, Neandertallar də normal insan irqləridir. Müasir vaxtda bu irqlərin xüsusiyyətlərini daşıyan bir çox insan var. Buna görə insan fosilinin bu insan irqlərinə aid xüsusiyyətlərə sahib olması son dərəcə normaldır.
  • Afrikadan köç isə tamamilə təkamülçülərin öz uydurma ssenariləridir. (Darvinistlər meymunların ilk olaraq Afrikada insana doğru təkamül keçirməyə başladıqlarını və təkamülünü tamamlayaraq, buradan Avrasiyaya köç etdiklərini iddia edirlər.) Darvinistlərin iddiasına görə, Sibirdə olan bu canlının bütün Neandertal və daha qədim insan irqlərinin xüsusiyyətlərini itirməsi lazımdır. Buna görə bu fosil darvinistlərin bu saxta ssenarisinə uyğun gəlmir.
  • Buna görə darvinistlər, çarəsiz qalanda və fosil öz iddialarını tamamilə alt-üst etdiyindən, bu fosili “Neandertal insanın qohumu” adı ilə fərqli yerdə təkamül keçirən üçüncü növ olaraq adlandırdılar. Halbuki genetik araşdırmaların verdiyi nəticələrdən da aydın olduğu kimi, fosilin müasir insanlardan heç bir fərqi yoxdur. Təkamülə dəlil kimi göstərilən bu fosil, açıqca təkamülə meydan oxuyur.

 

Daha əvvəl dəfələrlə dediyimiz kimi darvinistlərin bir çox təbliğat üsulu vardır. Elmi dəlillərlə və elmlə ortaya çıxa bilmədikləri üçün, elmi istifadə edərək təbliğat aparar və açıqca insanlara yalan söyləyərlər. İndi aydın olduğu kimi darvinistlərin yeni üsulu, saxtalığı sübut edilmiş təbliğat vəsaitlərini, təkrar-təkrar gündəmə gətirməkdir. Üstündən vaxt keçməsini, insanların buna verilmiş cavabı unutmalarını gözləyirlər.

Darvinistlərin 150 ildir yalnız saxtakarlıqlarla yaşamağa çalışdıqları düşünüldüyündə bu saxtakarlıq cəhdi də təəccüblü olmamışdır. Darvinistlər bunu anlaya bilmədilər və ya anlamazlığa vurdular: Bağlı bir otaqda bir insana çöldə havanın qaranlıq olduğu deyildiyində buna, bəlkə, inana bilər. Amma pərdəni yalnız bir saniyəliyinə qaldırıb çöldəki Günəşi gördüyündə, hansı üsuldan istifadə edilsə də, artıq bu insan çölün qaranlıq olduğuna inanmayacaqdır. Onu inandırmağa çalışmaq fayda verməyəcək.

Çünki sözlə təlqin, qəti dəlil qarşısında faydasızdır. Hal-hazırda insanların vəziyyəti belədir. Dünyadakı bütün insanlar darvinizmin bir yalan olduğu barədə oyanmışlar. Nə zaman təkamül xəbəri görsələr, onlara yalan deyildiyini bilirlər. İllərdir darvinistlərin istifadə etdikləri tək aldatma metodu, yəni “kəsilməz təlqin” bir işə yaramır. Çünki insanlar Günəşi görmüşlər. Darvinistlər artıq düşdükləri zavallı vəziyyətin fərqinə varıb göstərdikləri boş səyə son qoymalıdırlar. Aləmlərin Rəbbi olan Allahın uca, üstün və qüsursuz yaratması, davamlı olaraq qarşılarında olacaqdır. Darvinizm çox böyük məğlubiyyətə uğramışdır. Onu xilas etmək səyləri artıq darvinistlər baxımından çox alçaldıcı olmaqdadır.