Antibiotik müqaviməti və bəzi böcəklərin böcək dərmanlarına qarşı müqavimət mövzusunun təkamülə dəlil kimi göstərilməsi, dəfələrlə təkzib olmasına və dəfələrlə açıqlanmasına baxmayaraq, yenə darvinistlər tərəfindən təkidlə gündəmə gətirilir. 25 yanvar 2011-ci il tarixli NTV təkamül proqramında da yenə gündəmə gətirilən bu iddia, həmin darvinistlərin bu mövzuda və elmi həqiqətlər mövzusunda nə qədər məlumatsız olduqlarını bir daha ortaya çıxarmışdır.

Elmi olaraq təkamül ilə heç bir əlaqəsinin olmadığı isbat edilmiş belə bir mövzunun davamlı gündəmə gəlməsi, darvinistlərin əllərində heç bir elmi dəlil olmamasından qaynaqlanır. Nə var ki, darvinistlər insanların üzərindəki cadunu və kütləvi hipnozunu davam etdirə bilmək üçün belə saxtakarlıqları təkrar gündəmə gətirmək lazım olduğunu düşünürlər.

 

Darvinistlərin ört-basdır etməyə çalışdıqları həqiqət: Bakteriyalardakı antibiotik müqaviməti penisillinin icadından əvvəl də mövcud olan xüsusiyyətdir.

Meydana gələn antibiotikə qarşı müqavimət, onların mutasiya nəticəsində sonradan inkişaf etdirdikləri bir xüsusiyyət deyil. Bakteriyalar bu xüsusiyyətə antibiotikə məruz qalmadan əvvəl də sahib idilər. Bu növ müqavimət xüsusiyyətlərinin penisillinin icadından əvvəl də bir çox bakteriya növündə mövcud olduğu tibb dünyasına məlum həqiqətdir. Amma, ümumiyyətlə, darvinistlər bunu bilməzliyə vururlar və ya həqiqətən, bu mövzuda ciddi şəkildə elmsizdirlər.

Medikal Tribune jurnalında mövzuyla əlaqədar bir hadisə belə əks olunur:

1986-cı ildə aparılan bir tədqiqatda, 1845-ci ildə qütb kəşfi əsnasında xəstələnərək həyatını itirən dənizçilərin buzda qorunmuş cəsədləri tapılmışdır. Bu cəsədlərin üzərində XIX əsrdə məşhur olan bəzi bakteriya növləri müəyyən edilmiş və bunlar test zamanı, XX əsrdə yaradılan bir çox müasir antibiotikə qarşı müqavimət xüsusiyyətləri daşıdıqları heyrətlə müəyyən olunmuşdur. (Medical Tribune, 29 dekabr 1988, səh. 1, 23)

 

Bakteriyaların öz növləri içində saysız variasiyaları (növləri ) vardır. Bu variasiyaların bir qismi, bəzi dərmanlara qarşı müqavimət təmin edəcək genetik məlumata sahibdirlər.

Bakteriyalar müəyyən bir dərmanın təsirinə məruz qalanda, dərmana dözümsüz variasiyalar yox olar; müqavimətlilər isə həyatda qalır və daha çox çoxalma imkanına qovuşarlar. Müəyyən bir zaman sonra tamamilə yox olan müqavimətsiz bakteriyaların yerini, sürətlə çoxalan bu müqavimətli bakteriyalar doldurur.

Bir müddət sonra, eyni bakteriya növü yalnız bu antibiotikə müqavimətli olan fərdlərdən yaranmış koloniya halına gəlir və artıq eyni antibiotik o bakteriya növünə qarşı təsirsiz olur. Ancaq BAKTERİYA YENƏ EYNİ BAKTERİYA, NÖVÜ YENƏ EYNİ NÖVDÜR. HƏR HANSI TƏKAMÜL YAŞANMAMIŞDIR.

Həmçinin, bu, bakteriyaların əslində çox böyük bir Yaradılış möcüzəsi olduğuna bir dəlildir.

DDT və bənzər dərmanlara qarşı həşəratlarda formalaşan immunitet üçün də eyni vəziyyət keçərlidir. Bu immunitet nümunələrinin çoxunda, onsuz da daha əvvəldən mövcud olan immunitet genləri istifadə edilir.

Təkamülçü bioloq Fransisko Ayala;

 

“Böcək zəhərlərinin ən geniş növlərinə qarşı göstərilən immunitet, insan istehsalı maddələr həşəratlara tətbiq olunduqda, həmin böcək növünün müxtəlif genetik variasiyalarında açıq formada var idi” deyərək bu həqiqəti qəbul edir. (Francisco J. Ayala, “The Mechanisms of Evolution”, Scientific American, cild 239, sentyabr 1978, səh. 64)

 

Buna görə darvinistlər davamlı bu mövzunu təkamülə dəlil kimi göstərərək saxtakarlıq edirlər. Bu cür saxtakarlıqlarla insanların beyinlərini hipnoz altına almağı və onları ovsunlamağı hədəfə alıblar.

Xalqımız bu saxta tələyə qarşı çıxmalıdır. Darvinistlərə bu tip hekayələr qarşısında tək bir zülalın təsadüfən meydana gəlib-gəlməyəcəyi sualını yönəltməlidir. Hələ bu suala belə cavab verə bilməyən köhnə nəzəriyyənin dəhşətli məğlubiyyətə uğradığ