NTV televiziya kanalında 25 yanvar 2011-ci il tarixində “NTV soruşur” proqramında təkamül mövzusu müzakirə edildi. Bu proqrama qatılan Ergin Deniz Özsoy, Meral Kenci, İnan Aran təkamülü müdafiə edərkən, proqrama əks fikirli kimi dəvət edilən prof. Dr. Kamal Solak olmuşdu. İlk baxışda Yaradılış gerçəyini müdafiə etdiyi düşünülən Kamal Solak, əslində canlıları Allahın yaratdığına inanan təkamülçü idi. Buna görə bütün proqram, təkamülü müdafiə edən 4 iştirakçı və təkamül müdafiəçisi olan aparıcı ilə birlikdə darvinistlərin yaratdığı bir təkamül təbliğatı yayını idi.

Bu proqramda yer alan iddiaların hamısına saytlarımızda və kitablarımızda olduqca əhatəli şəkildə və elmi dəlillərlə izahlar verilmişdir. Lakin darvinist hipnoz üsulunun bir gərəyi olaraq bu proqramda bu iddialar təkrar edildi. Bu vəziyyət, əlbəttə, bizlərə bu iddialara təkrar və daha çox elmi dəlillə cavab vermə imkanı verir. Beləliklə, daha çox insana həqiqətləri anlatmaq imkanı yaranmışdır. Buna görə bu iddialar, əhatəli olaraq təkrar cavablanmışdır.

Fəqət bundan əvvəl, bu NTV yayımındakı həqiqi məqsədin xalqımıza açıqlanması və NTV-də bu və bunun kimi proqramların nədən israrla təşkil edildiyi və bu proqramlarla nəyin qarşıya qoyulmasının gizlədilməsi yerində olacaqdır.

 

NTV-nin əsl məqsədi

NTV son dövrlərdə təkamülün dəhşətli məğlubiyyətə uğradığını anlayan və buna görə böyük çaxnaşmaya düşən darvinist yayımlardan biridir. Xüsusilə, Yaradılış Atlasından sonra bütün dünyada darvinist kütlələrdə başlayan və kəsilmədən davam edən ciddi çöküntü, ölkəmizdə, xüsusilə, NTV kimi idxal darvinist yayımlarla gündəmdə qalmağa çalışan darvinizm tərəfdarı mətbuat orqanlarını dəhşətə salmışdı. O zamandan bu zamana NTV, ən məşhur darvinist hipnoz üsullarından birinə sığınmış və böyük təlaş və çaxnaşma içində darvinizm təbliğatını intensivləşdirmişdir.

25 yanvar 2011-ci il axşamı baş tutan proqram, NTV-də bu çırpınışlarından biridir. Lakin əslində bu proqramın həmişəkindən daha fərqli bir məqsədi də vardır. Proqramda ümumi olaraq müsəlman sinfi hədəfə alınmışdır. Onlara, “Təkamül ilə müsəlmanlıq tutmaz” mesajı verməyə çalışırlar. Daha da irəli gedərək müsəlmanlara; “Yaradılışçı xristianların tələsinə düşdükləri, təkamülə sahib çıxmaları lazım ikən xristianların fikirlərini Türkiyəyə gətirdikləri, onların təlqinlərinin təsirində qaldıqları, bütün bunlardan ayrılıb müsəlmanlığın əslinə dönmələri lazım olduğu, müsəlmanlığın özündə də təkamül və materializm olduğu” kimi saxta şüur altı təbliğ edilməkdədir .

“Təkamül ilə müsəlmanlığın iç-içə olduğu və xristianların təlqinlərinə aldanıb müsəlmanların təkamüllə əsla uyğunlaşmamaları” yalanı təlqin edilir. Mükəmməl kütlə hipnozu edilməyə çalışılır, bu üsulla müsəlmanları aldatma və təkamül ideologiyasına təhrik siyasəti yeridilir.

Bu, uzun müddətdir davam edən, “təkamül ilə Allah inancı ziddiyyət təşkil etməz” yalanını davam etdirmək üçün istifadə edilən yeni taktikadır. Müsəlmanları belə taktikalarla aldatmağa çalışılırlar. Darvinistlər bu saxta üsul ilə, guya bir qisim müsəlmanları öz sıralarına çəkəcəklərini, onları darvinist edəcəklərini və beləliklə, Allah inancının dünya üzərindəki qəti və sürətlə yayılmasının qarşısını kəsə biləcəklərini düşünürlər.

Necə ki, bu məqsədlə daha əvvəl ibni-Miskeveyh deyə saxta bir alimi önə çəkmiş və İslamın təkamül ilə tam olduğu yalanını yaymağa çalışmışlar. Adı müsəlman olan alimləri istifadə etmək darvinistlərin son yollarıdır. Lakin ibni-Miskeveyhin bütpərəst dininə inanan saxtakar və “atamız xurma” iddiasının da saxtakarlıq olduğunu ortaya çıxarmamız ilə birlikdə bu oyun da sona çatdırılmış oldu.

 

Təkamülü, hörmətli Adnan Oktarın qurandan və elmdən gətirdiyi dəlillər çürütmüşdür

İlk öncə xristianların Yaradılışı müdafiə edərkən tutduqları metod onsuz da başdan məğlubiyyətə uğramış üsuldur. Xristianlar kainatın yaşının 6000 il olduğunu iddia edərək ortaya çıxar və milyonlarla illik fosilləri buna görə rədd edirlər. Buna görə heç bir darvinist tərəfindən ciddi qəbul edilməzlər, lap əvvəldən məğlub olmuş vəziyyətdədirlər.

Bir çox yəhudi də eyni fikri bildirir. İlk başdan məğlubiyyət ilə ortaya çıxan belə iddianın darvinizmə qarşı təhlükə yaratması mümkün deyil. Necə ki, bu yanlış anlayışın bir nəticəsi olaraq belə insanlar darvinistlərə məğlub olmuşlar, sanki onlara təslim olmuşlar, ingilis kilsələri Darvindən üzr istəmək məcburiyyətində qalmış, Papa öz evində təkamül konfransları təşkil etməyə məcbur edilmişdir. Xristian Yaradılışçıların təkamül qarşısında düşdükləri vəziyyəti bu həqiqət açıq şəkildə ümumiləşdirir.

Xristiyan Yaradılışçıların “Yaradılış” iddialarını ayaqda tutan, onları dəccalın təsirindən qurtaran və darvinizmi əzən dəlillər və fəaliyyətlərlə yerlə yeksan edən, dünyanın yaşının milyardlarla il olduğunu milyonlarla illik fosil dəlillərlə göstərən hörmətli Adnan Oktar olmuşdur. Darvinistlər daha əvvəl çox rahat ikən, elm adına saxtakarlıqları istədikləri kimi yayarkən, bu qəti və dağıdıcı dəlillərin ortaya çıxmasının ardınca çaxnaşmaya düşmüşlər.

Necə ki, bu proqramda da bunun 1985-ci ildə başladığı ifadə edilmişdir. Bu il, hörmətli Adnan Oktarın anti-təkamül fəaliyyətlərini başlatdığı və genişləndirdiyi illərdir. Türkiyədə darvinizmi məhv edən ən təsirli şey, hörmətli Adnan Oktarın Qurandan və elmdən gətirdiyi dəlilərdir. Darvinizm, məhz o zaman əzilmişdir. Milyonlarla illik fosil dəlillər bütün darvinist iddiaları yerlə yeksan etmişdir.

Necə ki, Vatikanda Papa təkamülçüləri öz evinə dəvət edərkən, orada yalnız Harun Yəhya adının eşidilməsi çox böyük çaxnaşma və kinə səbəb olmuş, qabaqcıl darvinist Duqlas Futuyma kürsüdən qaçmaq məcburiyyətində qalmışdır.

Türkiyədəki darvinistlər qədər dünyadakı darvinistlər də bütün dünyada təkamülü bitirən ən təsirli adın hörmətli Adnan Oktar olduğunu çox yaxşı bilirlər. Buna görə NTV-də, “Müsəlmanlıq ilə təkamül uyğun gələr, buna görə də müsəlmanlar təkamülə sahib çıxsınlar” yalanı çox aciz cəhddir. Darvinizmin elmi dəlillərlə çökdürülməsi, dünyada İslamın yayılması və Quran əxlaqının hakim edilməsi ilə darvinist diktatorluq sona çatdırılacaq. Bütün aləmlərin Rəbbi və Yaradıcısı olan Uca Allah, darvinizmin çökməsinə; XXI əsrdə İslamı və Hz. Mehdi (ə.s)-ı vəsilə edəcəkdir.

 

Darvinistlərin, hörmətli Adnan Oktarın qarşısına çıxa bilməmələri, məğlubiyyətin əhəmiyyətli təzahürüdür

Hörmətli Adnan Oktarın həyata keçirdiyi bu güclü fəaliyyətlərin dünya səviyyəsində darvinizmi yıxması, əlbəttə, darvinistləri təşvişə salmışdır. Daha əvvəl yuxarıda bəhs etdiyimiz Yaradılış müdafiəçisi xristian qurumlara qarşı müzakirələrə rahatlıqla girən darvinistlər, birdən-birə hörmətli Adnan Oktarın qarşısına çıxa bilməz olmuşlar. NTV-də və digər darvinist kanallardakı yayımlarda məhz buna görə hörmətli Adnan Oktar və yoldaşları dəvət edilmir. Daha əvvəl buna bənzər bir darvinist kanalda, içində NTV-dəki bu proqrama qatılan bəzi kəslərin də olduğu bir qrup darvinist, hörmətli Adnan Oktarın yoldaşlarının proqrama qatılacaqlarını eşitdiklərində çəkiliş studiyasından qaçmış və qarşılarına çıxmaq istəmədiklərini açıq şəkildə bildirmişdilər.

Bu vəziyyət dünyanda da eyni şəkildə genişlənməkdədir. Darvinizmin və ateizmin indi dünyadakı ən məşhur müdafiəçisi Richard Daukinsə indiyə qədər dəfələrlə qarşılıqlı görüş təklif edilmiş, burada, Türkiyədə onun ən yaxşı otellərdə qalacağı ifadə edilmiş, bunun üçün İngiltərənin “The Times” qəzetinə bir elan da verilmişdir.

Buna baxmayaraq Daukins, qaçmağı üstün tutmuşdur. O da, əlbəttə, Türk Darvinistlərin yaşadığı eyni qorxunu yaşayır. Hörmətli Adnan Oktarın və həqiqi elmi Yaradılış dəlillərinin qarşısında məğlubiyyətə uğrayacağından əmindir.

Buna görə darvinistlər, yalnız öz aralarında bir-birilərini təsdiqləyən danışıqlar edərək, “sən də haqlısan, mən də haqlıyam” deyə bir olduqları proqramlarla ancaq içlərindəki məğlubiyyətin acısını dindirməyə çalışırlar. Elmin İslama xidmət etdiyi, bütün elmi dəlillərin aləmlərin Rəbbi olan Uca Allahın Quranda bildirdiyi kimi, yoxdan yaradılışı isbat etdiyi gerçəyini bu yolla guya insanlardan gizlətməyə çalışırlar. Halbuki istəsələr sabaha qədər, hətta günlərlə danışsınlar, ora hörmətli Adnan Oktarın və ya tək bir yoldaşının gəlişi ilə birlikdə mövzunun həmin an bağlanacağını, məğlubiyyətlərinin çox açıq şəkildə ortaya çıxacağını və ciddi şəkildə alçaldılacaqlarını çox yaxşı bilirlər.