25 yanvar 2011-ci il tarixli NTV təkamül proqramında yer alan bu iddia da darvinistlərin insanlara etməyə çalışdıqları kütləvi hipnozunun bir hissəsidir. Darvinistlər “təkamül elmin bir parçasıdır” yalanını yaymaq və bu yalanı istifadə edib təkamülü məktəb proqramlarında saxlamaq üçün təkamülü bilməyən bir insanın təbiətdəki canlıları da bilməyəcəyi yalanını yayarlar.
Halbuki insanları təbiətdəki fövqəladə quruluşu və böyük müxtəlifliyi təqdir etməkdən və anlamaqdan saxlayan şey təkamüldür. Hər şeyin məqsədsiz olaraq və təsadüfən yarandığını təlqin edən saxta bir dinin cadusu altında gözəlliklərin fərqinə varmaq, bunların təqdir edə bilmək qeyri-mümkündür. Təqdir edilmədiyi müddətcə isə bir gözəlliyi gözəllik olaraq görə bilmək, onu anlamaq, ondan təsirlənmək və ona heyranlıq duymaq isə, şübhəsiz ki, mümkün deyil.
Buna görə də, təkamül, yer üzündəki ehtişamlı və görkəmli müxtəliflik, gözəllikləri görüb anlayıb, insanları onları təqdir etməkdən uzaqlaşdıran vəba kimidir.
Özünün bir heyvandan törədiyinə inanan, boş və məqsədsiz dünyanın içində ruhsuz və məqsədsiz yaşayan kəslərin, bütün ehtişamına baxmayaraq təsadüfən meydana gəldiyinə, qəzaların və səhvlərin nəticəsi olduğuna inandığı bir təbiətdən zövq alması, ondan həyəcan duyması, onun gözəlliyini təqdir edə bilməsi qeyri-mümkündür. Təbiətin gözəlliyini tərifləsə, o tərifi kimə yönəldəcək? Belə kəslərin saxta ilahı; şüursuz, məqsədsiz, başıboş təsadüflərdir. Buna görə təkamülə inanan bir insanın təbiəti görüb ona sevgi bəsləməsi, ondan bir məna çıxarması qeyri-mümkündür.
Təbiətdəki möhtəşəmliyi anlamaq, ancaq onun Yaradıcısı olan bütün gözəlliklərin tək sahibi Uca Allahı təqdir etməklə mümkün olur. İnsan, ancaq o zaman qarşısındakı sənəti təqdir edə bilər, ona heyranlıq duya bilər. Ancaq o zaman bu gözəlliklərin əsl Sahibini tanıya və bütün tərifi Uca Allaha yönəltməsi lazım olduğunu anlayır. Bu gözəlliklərin yox olmayacağını, ən mükəmməl və ən gözəl hallarının axirətdə sonsuza qədər olacağını düşünərək sevinc duyar. Gözəllik, ancaq bu şəkildə məna qazanır və təqdir edilir.
Hər varlığı Allah yaratmışdır. Hər varlıq Allahın elmi və qoruması daxilindədir. Yer üzündəki müxtəliflik, Qüdrət Sahibi Uca Allahın sənətidir. Hər incəlik Uca Allahı təqdir edə bilmək üçün möhtəşəm gözəlliklər nümayiş etdirir. Bu səbəbdən təbiətdəki fövqəladə gözəllikləri təqdir edib anlamaq da, Allahı təqdir edib anlayanlara, yəni iman edənlərə verilmiş üstünlükdür.
Nəticə olaraq, bir uşağa təkamülün öyrədilməsi, bir çox cəhətdən olduğu kimi bu istiqamətdən üzrlüdür. Bir uşağın da təbiətdəki möhtəşəmliyi görüb anlaması və təqdir edə bilməsi ancaq Uca Allahın böyüklüyünü anlayıb təqdir edə bilməsi ilə olur. Allah, ancaq Rəbbimizin üstün Ucalığını təqdir edib anlayanlar və iman gözüylə baxanlar üçün yer üzündə yaradılan hər incəlikdə “ayələr”, yəni dəlillər olduğunu ifadə etmişdir:
Gördüyünüz göyləri dirəksiz yüksəldən, sonra da Ərşə ucalan, müəyyən vaxta qədər göydə hərəkət edən günəşi və ayı əmrinə tabe edən Allahdır. O, işləri yoluna qoyur və ayələrini belə izah edir ki, bəlkə Rəbbinizlə qarşılaşacağınıza yəqinliklə inanasınız.
Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yetişdirən də Odur. O, gündüzü gecə ilə örtüb bürüyür. Həqiqətən də, bunda dərin düşünən adamlar üçün dəlillər vardır.
Yer üzündə bir-birinə yaxın müxtəlif münbitli torpaq sahələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. Lakin Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik. Doğrudan da, bunda başa düşən adamlar üçün dəlillər vardır. (Rad surəsi, 2-4)
Göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Odur. O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Siz harada olsanız belə, O sizinlədir. Allah sizin nə etdiklərinizi görür. (Hədid surəsi, 4)