İçeriğe geç

“Təkamül, inancsız olmağı tələb etməz” iddiasına cavab

25 yanvar 2011-ci il tarixli NTV təkamül proqramında darvinistlər uzun zamandır müdafiə etdikləri “bir insanın dindar olub eyni zamanda təkamülçü də ola biləcəyi” demaqoqluğunu yenidən gündəmə gətirdilər. Onsuz da proqramın həyata keçirilməsinin ən böyük məqsədlərindən biri, bu saxtakarlığı mümkün olduğu qədər çox insan arasında yaya bilməkdir.

Daha əvvəl də açıqladığımız kimi darvinistlərin bu iddiası böyük bir yalandır. TƏKAMÜL İNANCSIZLIĞI TƏLƏB EDİR. Təkamül insanları Allah inancından uzaqlaşdırmaq və kütlələr içində inancsızlığı yaya bilmək üçün ortaya atılmış bir bütpərəst inancıdır. Hər bütpərəst dinində olduğu kimi, darvinizm dinində də, Allah inancına qarşı mübarizə fikri hakimdir (Allahı tənzih edirik).

Bir saxtakarlıq olan təkamül nəzəriyyəsi tam 150 ildir, heç bir elmi dəlillə dəstəklənməməsinə baxmayaraq darvinist diktatorluq tərəfindən qorunmasının, bir qisminin böyük mətbuat tərəfindən dəstəklənməsinin, ölkələrdə qanunlarla qorunmasının və elmi dəlillərlə deyil, xuliqan üsullarla, təcavüzkarlıqla və saxtakarlıqla yaşadılmasının tək səbəbi təkamülün Allah inancına qarşı formalaşdırılmış batil din olmasıdır. (Allahı tənzih edirik).

Təkamül, bütün varlıqların təsadüfən meydana gəldiyi fikrini insanlara yaymağa çalışır. Bu cadunun təsiri ilə insanlar zaman keçdikcə təsadüfən meydana gəldiklərini, bir heyvan növü olduqlarını və bu dünya üzərində məqsədsiz və məsuliyyətsiz olaraq yalnız yaşamağa meylli varlıq olduqlarını qəbul edəcək vəziyyətə düşürlər. Materialist və darvinist dünyagörüşüylə yanaşı, təsadüfi varlıqlar olduqlarına inanmaları onları get-gedə dinsizliyə sürüyər. Təsadüfləri saxta ilahlaşdıran bu bütpərəst dini, cəmiyyətləri pozğunlaşdırmaq, onları get-gedə Allah inancından uzaqlaşdırmaq və qaranlıq bəla, zülm birlikləri meydana gətirməkdən başqa məqsəd güdmür.

Darvinistlərin hipnozu insanlar üzərində bu şəkildə təsirini göstərər.

Buna görə təkamülü Allah inancı ilə uyğunlaşdırmağa çalışmaq saxtakarca və faydasız səydir. Təkamül yaradılışcılar tərəfindən mütləq əzilməsi və elmi şəkildə yox edilməsi lazım olan bütpərəst dinidir. Bu məsələdə bütün inananların öhdəsinə böyük vəzifə düşür.

Müsəlmanlar dünyadakı əsl fikri qarşıdurmanın ateizmin təməl fəlsəfəsi olan darvinizm ilə iman arasında olduğunu heç unutmamalıdırlar. Məqsəd, darvinizmi tamamilə yıxaraq, darvinist ateist ideologiyanın pəncəsinə düşmüş insanları da qurtara bilmək və bütün dünyaya imanın gözəlliyini, Quranın sülh və sevgi dolu ruhunu gətirə bilməkdir.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz