25 yanvar 2011-ci il tarixdə NTV təkamül proqramı əsnasında davamlı xəyali bir “ortaq ata”ya işarə edilmiş və canlılardakı xüsusilə genetik bənzərliklərin, bənzər DNT quruluşunun təkamülə və xəyali “ortaq ata”ya bir dəlil olduğu vurğulanmışdır. Halbuki, daha əvvəl dəfələrlə açıqlamış olduğumuz kimi bu bir yalandır.
Darvinistlərin, “ortaq ata”dan bəhs edə bilmələri üçün, əvvəl hər şeyin təməlini meydana gətirməli olan “xəyali ilk zülalın” necə ortaya çıxdığını izah etmələri lazımdır. Bu isə qeyri-mümkündür.
Bütün qeyri-mümkünlüyünə baxmayaraq, bunu açıqladıqlarını fərz etsək belə, darvinistlərin problemi bununla bitməməkdədir. Darvinistlərin, canlı növlərinin necə meydana gəldiyini, canlıların necə olub bir-birlərinə dəyişmə və çevrilmə göstərdiklərini izah etməlidirlər.
Darvinistlərin izah edə bilmədikləri elmi gerçəklər
Hal-hazırda bütün elm adamlarının açıqca bildikləri və ifadə etdikləri kimi mutasiyaların 99.9%-i zərərlidir. İndiyə qədər hər hansı faydalı mutasiya müşahidə edilməmişdir.
Bu səbəbdən canlılarda MUTASİYALARIN MÖCÜZƏLƏR REALLAŞDIRMASI, YOXDAN STRUKTURLAR VƏ ORQANLAR VAR ETMƏSİ VƏ BUNLARIN MÜKƏMMƏL ŞƏKİLDƏ FUNKSİONAL OLMASI QEYRİ-MÜMKÜNDÜR.
Bunun yanında darvinistlərin canlı varlıqlardakı NİZAM, SİMMETRİYA, UYĞUNLAŞMA VƏ SİSTEMLİ İŞ kimi fövqəladə detalları da izah edə bilmələri qeyri-mümkündür.
CANLI NÖVLƏRİ MÜSTƏQİLDİR VƏ HEÇ BİRİ, BİR-BİRİNƏ ÇEVRİLMƏMİŞDİR. Belə saxta bir çevrilməni, molekulyar biologiya və genetik elmləri qeyri-mümkün hesab edir.
Bu mövzudakı ən böyük dəlili bizə paleontologiya elmi verməkdədir. 350 MİLYONDAN ÇOX FOSİL ƏLDƏ EDİLMİŞDİR VƏ BUNLARIN TƏK BİRİ BELƏ ARA FOSİL DEYİL. Yəni darvinistlərin canlıların bir-birinə çevrildiyinə dair saxta iddialarını sübut edəcək TƏK BİR ARA FOSİL YOXDUR.
Bu səbəbdən “ortaq ata” iddiası çox böyük yanılmadır.
Canlılardakı ortaq-bənzər strukturlar Yaradılışın dəlilidir
Canlılar, əlbəttə, bir-birlərinə bənzər genetik strukturlara sahibdirlər. Çünki eyni molekullardan meydana gəlməkdə, eyni sudan və atmosferdən istifadə etməkdə, eyni molekullardan ibarət olan qidaları istehlak etməkdədirlər. Əlbəttə ki, maddələr mübadilələri və dolayısilə genetik strukturları bir-birinə bənzəyəcək.
Bu “ortaq vəsait”, bir təkamülün deyil “ortaq yaradılmanın”, yəni hamısının eyni plan üzərinə var edilmənin nəticəsidir.
Bir nümunə mövzunu açıqlaya bilər: Dünya üzərindəki bütün inşaatlar da bənzər vəsaitlərlə (kərpic, dəmir, sement və s.) tikilir. Amma bu vəziyyət bu binaların bir-birlərindən “təkamülləşdikləri” mənasını verməz. Ortaq bir vəsait istifadə edilərək, ayrı-ayrı tikilərlər. Canlıların vəziyyəti də belədir.
Darvinistlər, elmi mövzularda məlumatsız olan insanları aldada bilmək üçün hər şeyi sadə göstərmə meylindədirlər “İki canlı bir-birinə bənzəyir, deməli bir-birlərindən törədilər” məntiqi bu saxtakarlığın bir təzahürüdür. Canlı strukturların bir-birinə çevriləcək qədər sadə və sıravi olduqlarına insanları inandırmağa çalışırlar. Beləliklə, Darvinizmin fövqəladə məntiqsizlikdəki “hər şey təsadüfən oldu” aldatması da, onlara görə insanların zehinlərində bir yer tapacaqdır. Halbuki, Darvinistlərin “primitiv” olaraq tanıtmağa çalışdıqları tək bir bakteriya hüceyrəsi belə təsadüfən var olması qeyri-mümkün olan son dərəcə kompleks strukturlara malikdir.
Canlı varlıqlar, fövqəladə dərəcədə kompleksdirlər. Bunu, tək bir zülalın fövqəladə kompleksliyi və darvinistləri çarəsiz vəziyyətə salması isbat etməkdədir. Bu səbəbdən bənzərliklərdən istifadə edərək darvinistlərin etdikləri izahların hamısı saxtakarlıqdır.