25 yanvar 2011-ci ildə NTV-dəki təkamül proqramı əsnasında bir natiq “mükəmməl yaradılış” anlayışını öz aləmində tənqid edərkən, digəri də indiyə qədər yer üzündəki növlərin 99.9%-nin soyunun tükəndiyini, bir çox canlının həyat müddətinin çox az olduğunu səbəbindən burada bir “mükəmməllikdən” söz edilə bilməyəcəğini iddia etdi.

Canlı varlıqlardakı əskiklikləri və acizlikləri, Yaradılış həqiqətinə qarşı dəlil olaraq təqdim etməyə çalışmaq ümumiyyətlə, darvinistlərin ən diqqətə çarpan üsullarındandır. Nəzəriyyələrini elmi yollarla isbat edə bilmədikləri üçün, milyonlarla elmi dəlil ilə isbat edilmiş olan “Yaradılış”a qarşı, bu şəkildə bir dəlil qarşıya qoyduqlarını zənn edirlər. Halbuki, bu çox aciz və son dərəcə məntiqsiz iddiadır.

Canlı varlıqlardakı mükəmməllikdə məqsəd, canlının sahib olduğu sistemlərdəki, fizioloji, metabolik, hücrəsəl, anatomik və molekulyar səviyyədəki detallı strukturların mübahisəsiz mükəmməlliyidir. Həm də canlının həyatını davam etdirə bilməsi üçün sahib olduğu xüsusiyyətlər və davranışlar da darvinistlərin heç bir şəkildə izahını edə bilmədikləri mükəmməlliklərdir.

Canlılardakı hər hansı bir xüsusiyyət belə daha əvvəl verdiyimiz cavablarda da toxunduğumuz kimi, insan ağlınının sərhədlərini aşar. Hamısı insanın qəbul etmə və kəşf etmə, hətta bənzərini edə bilmə qabiliyyətlərinin uzağındadır. Bu vəziyyətdə burada çox üstün ağıl və bir “mükəmməllik” olduğu açıqdır.

Bir az elmlə əlaqəsi olan heç bir darvinist, xromosomun içində qablaşdırılmış olan və nəhəng kitabxananı saxlayan DNT-dəki fövqəladə mexanizmin üstünlüyünü inkar edə bilməz. Məhz nəzərdə tutulan mükəmməllik budur. Bu nümunə, canlı strukturlarının hamısında mövcuddur və hər biri ayrı istiqamətdə möcüzələr nümayiş etdirirlər.

 

DNT-dən daha kiçik quruluş olan tək bir zülalı belə açıqlaya bilməyən darvinistlərin, yalnız bir zülalı ələ alaraq da nəzərdə tutulan mükəmməlliyin nə olduğunu anlamaları son dərəcə asan olacaq.

Mükəmməlliyi göstərən tək nümunə, möcüzənin başa düşülməsi üçün kifayətdir. Tək bir DNT və ya zülal təkbaşına, onu var edən Rəbbimizin Uca Ağlının üstünlüyünü və böyüklüyünü anlamaq üçün kifayətdir.

 

Dünyadakı bütün acizlikləri Allah xüsusi olaraq yaradır

Mükəmməlliyi belə fövqəladə görkəm ilə sərgiləyən Uca Allah, şübhəsiz, hər şeyi eyni mükəmməllikdə yaratmağa qadirdir. Əgər, hər şey eyni mükəmməllikdə deyilsə, dünyada acizliklər və əskikliklər də varsa, bu vəziyyətdə bunların varlığının xüsusi məqsədi olmalıdır.

Bu məqsəd, bizə Quranda bildirilmişdir. Uca Allah, bir çox ayədə “bu dünyanın keçici məkan olduğunu”, insanların xəstəliklər, çətinliklər, acizliklərlə sınanılacaqlarını, bu səbəbdən dünyanın da buna uyğun olaraq yaradılmış olduğunu, əsl həyatın isə axirət olduğunu xatırladır.

Canlıların həyat müddətlərinin qısa olması, insan daxil bir çox canlının müəyyən xəstəliklərə açıq olması və bu dünyanın fani məkan olması, dünyadakı həyatın keçici olduğunun dəlillərindəndir. Allah bu həqiqəti ayəsində bildirmişdir:

 

Səndən əvvəl də heç bir bəşərə ölümsüzlük nəsib etmədik. Məgər sən öləcəksən, onlar həmişəlik qalacaqlar?! Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız! (Ənbiya surəsi, 34-35)

 

Bu səbəbdən Allah, acizlikləri də, xəstəlikləri də, çətinlikləri də, ölümü də insanların dünyanın yaradılma hikmətini anlaya bilmələri üçün yaratmışdır. Allah diləsə, dünyanı hər istiqamətdən mükəmməl və sonsuz yarada bilərdi, lakin elə yaratmamışdır.

Çünki bu dünyadakı həyat sona çatacaq, yalnız imtahan yeridir. Əsl həyat isə axirətdədir. Bu dünyanın yaradılış məqsədini anlamayanlar, buna görə böyük bir qəflətə düşə bilərlər, lakin anlayan üçün bunda çox böyük sirr vardır.

Bəzi darvinistlər, axirətdəki yaradılışı bilmədikləri və ya anlamaq istəmədikləri üçün, mükəmməl yaradılışın orada reallaşacağını da qavraya bilməməkdədirlər. Bu əskiklik, Allahı gərəyi kimi qavraya bilməməkdən, Allahın qədrini gərəyi kimi təqdir edə bilməməkdən qaynaqlanar.

 

İndiyə qədər bir xəyalı yaşatmağa çalışan darvinistlər üçün hələ gec deyil

Allah bu dünyada mükəmməllikləri bir xatırlatma olaraq yaradır. Cənnətdə, bu dünyada və canlılarda var olan heç bir acizlik və əskiklik olmayacaq. Orada hər şey, Allahın gücünə və qüdrətinə yaraşar şəkildə qüsursuz olacaq.

Dünyada əskiklikləri bilən bir insan üçün cənnət, qüsursuzluqlarla təchiz edilmiş, çox böyük nemət olacaq. Çünki əgər əskikliklər bilinməsə, insanın cənnəti də, cənnətdəki nemətləri də tam olaraq anlaması mümkün olmayacaq. Dünyada əskiklik və acizliklərin yaradılma səbəbi budur.

Darvinistlər, axirətdə Allahın mükəmməl yaratması ilə nə nəzərdə tutulduğunu cənnətdəki qüsursuzluğu gördüklərində çox yaxşı anlayacaqlar. Təsadüfən var olacaq bir dünyanın necə dəhşətli bir yer olduğunu isə, Allah onlara cəhənnəm ilə göstərəcək.

Bu səbəbdən dünya həyatı, axirətdəki sonsuz həyata keçid üçün bir imtahan yeridir. Darvinistlərə xəbərdarlığımız bu səbəblə əhəmiyyət daşıyır. Onlar üçün, bu dünyada imtahana tabe olduqları yəni yaşadıqları müddət boyunca səhvlərindən dönmək üçün çox gec deyil. Allahı gərəyi kimi təqdir etmək, yalnız Ona yönəlib dönmək, darvinizmin çirkli və azğın ideologiyasından xilas olub nemət, gözəllik və hüzur içində həyat sürmək və sonsuz gözəllikdəki cənnətə qovuşmaq üçün, hər an səhvlərindən dönmə imkanına və nemətinə sahibdirlər.