25 yanvar 2011-ci ildə NTV-dəki təkamül proqramında, darvinistlərin ən böyük aldatmalarından biri olan “təkamül elm deməkdir” saxtakarlığı bir daha gündəmə gətirilmişdir. Dəfələrlə ifşa etdiyimiz bu yalan, darvinistlərin təbliğatlarını əsaslandırdığı tək dayaq olduğu üçün yenidən darvinistlərin sığınacağı olmuşdur.

Bu iddia, darvinistlərin Darvindən bu günümüzə qədər 150 ildir təkrarladıqları ən saxtakar iddialarıdır. Darvinistlər təkamülü mümkün olduqca elm kimi göstərərək, təkamülün elmin ayrılmaz parçası olduğunu iddia edərək nəzəriyyələrinə dəstək olmağa çalışarlar. Mövzu haqqındakı məlumatsız insanları, bu təlqin ilə elmin həqiqətən təkamülə işarə etdiyi yalanına inandırmağa çalışarlar.

Halbuki, TƏKAMÜLÜN ELM İLƏ ƏLAQƏSİ YOXDUR. ELM, TƏKAMÜLƏ ƏN BÖYÜK ZƏRBƏNİ VURMUŞDUR. ELM TƏKAMÜLÜ YERLƏ BİR ETMİŞ, BÜTÜN İDDİALARINI ETİBARSIZ ETMİŞDİR. Təkamül, xüsusilə 21-ci əsrdə DARVİNİZMİN ƏN BÖYÜK DÜŞMƏNİ OLMUŞDUR. Təkamül, elm ilə əlaqəsi olmayan, təsadüfləri saxta ilah əldə etmiş PAGAN DİNİDİR.

ELM; ANTİ-DARWİNİSTDİR, ANTİ-ATEİSTDİR, ANTİ-PAQANDIR, ANTİ-MATERİALİSTDİR, ANTİ-KOMMUNİSTDİR. ELMİN HƏR NÖVÜ, TƏKAMÜLÜ ÇOX BÖYÜK DƏLİLLƏRLƏ ORTADAN QALDIRMIŞDIR. Onsuz da darvinistlər, bu böyük məğlubiyyət səbəbiylə müdafiə etmə mexanizmi olaraq elmi qalxan olaraq istifadə etməkdə və insanları aldatmaqdadırlar. Ancaq bu səyləri heç bir nəticə vermir, çünki elm, Allahın icazəsiylə, İslama xidmət edir.

 

Elmin hər növü təkamülü qəti olaraq yalanlayır

Genetik və molekulyar biologiya, TƏK BİR ZÜLALIN BELƏ TƏSADÜFƏN MEYDANA GƏLƏ BİLMƏYƏCƏYİNİ SÜBUT ETMİŞ və təkamülü təməlindən yıxmışdır. Eyni zamanda, canlı varlıqlardakı KOMPLEKS STRUKTURLARDA ƏSLA TƏKAMÜLÜN TƏLƏB ETDİYİ DƏYİŞİKLİKLƏRİN REALLAŞMAYACAĞINI isbat etmiş və təkamül iddialarını yerlə bir etmişdir.

Paleontologiya elmi 350 milyondan çox fosil ilə təkamülü ortadan qaldırmışdır. 350 milyondan çox fosil arasından TƏKCƏ BİRİ BELƏ ARA FOSİL DEYİL.

Darvinistlərin ən böyük şoklarından biri, 21-ci əsrdə, ELMİN HƏR NÖVÜNÜN TƏKAMÜL NƏZƏRİYYƏSİNİ ORTADAN QALDIRMASI OLMUŞDUR. Darvinizm müdafiəçiləri bu şokdan çıxa bilmirlər.

Darvinistlərin ən böyük şoklarından biri də, ELMİN YARADILIŞ GERÇƏYİNİ İSBAT ETMƏSİ olmuşdur.

Darvinistlər, elmin İslama xidmət etdiyini gördükcə böyük narahatlıqlara qapılmaqda, gözlədiklərinin boşa getməsinə görə xəyal qırıqlığına məruz qalırlar. Məhz bu səbəblə “Yaradılış elm deyil, məktəblərdə tədris olunmamalıdır” yalanına sığınmaqda, saxtakarlıqla bu vəziyyəti aradan qaldırmağa çalışmaqdadırlar. Halbuki, əslində özləri də, BÜTÜN ELMİ İNKİŞAFLARIN ALƏMLƏRİN RƏBBİ OLAN, RƏHMAN, RƏHİM VƏ UCA OLAN ALLAHIN GÜCÜNƏ VƏ QÜDRƏTİNƏ İŞARƏ ETDİYİNİ, UCA RƏBBİMİZİN VARLIĞINI SÜBUT ETDİYİNİ çox yaxşı bilməkdədirlər.

Uca Allah hər şeyin hakimi və sahibi olduğunu ayələrində belə söyləyir:

 

Göylərdə və yerdə nə varsa, Onundur. Buna aid sizdə heç bir dəlil yoxdur. Niyə Allaha qarşı bilmədiklərinizi söyləyirsiniz? (Yunis surəsi, 68)

Bu belədir. Çünki Allah Haqdır. Kafirlərin Ondan başqa yalvardıqları isə batildir. Həqiqətən, Allah Ucadır, Böyükdür. Məgər Allahın göydən yağış yağdırdığını və onunla yer üzünü yaşıllığa bürüdüyünü görmürsənmi? Həqiqətən, Allah Lütfkardır, Xəbərdardır. Göylərdə və yerdə nə varsa, Onundur. Həqiqətən, Allah Zəngindir, Tərifəlayiqdir. (Həcc surəsi, 62- 64)