Canlılar aləmi, bioloqlar tərəfindən bitkilər, heyvanlar, göbələklər kimi əsas “aləmlərə” ayrılır. Bunlar da öz içlərində ilk olaraq fərqli “filumlara” bölünürlər. Bu siniflər müəyyən edilərkən, hər birinin tamamilə fərqli bədən quruluşlarına malik olduğu aşkar olur.

Məsələn, artropodlar özlərinə xas sinifdir (buğumayaqlılar) və sinfə aid edilən bütün canlılar bənzər bədən quruluşuna malikdir. Chordata olaraq adlandırılan sinif isə, mərkəzi sinir sisteminə malik olan canlıları saxlayır. Bizim üçün tanış olan balıqlar, quşlar, sürünənlər, məməlilər kimi heyvanların hamısı, Chordatanın bir alt sinifi olan onurğalılar kateqoriyasına daxildir.

 

Bəs bu canlılar necə ortaya çıxmışdır?

Əvvəl təkamül nəzəriyyəsinin bu barədə fərziyyəsini nəzərdən keçirək. Məlum olduğu kimi, nəzəriyyə, həyatın tək bir ortaq əcdaddan gəldiyini və kiçik dəyişikliklərlə fərqləndiyini irəli sürür. Bu halda, həyatın, ilk başda bir-birinə çox bənzər və sadə formalarda ortaya çıxmış, sonra zaman keçdikcə inkişaf edib şaxələnməsi lazımdır.

Yəni təkamül nəzəriyyəsinə görə, həyat tək bir kökdən gələn, ancaq sonra budaqlara bölünən ağac kimi olmalıdır. Belə ki, bu fərziyyə darvinist mənbələrdə təkidlə vurğulanır və “həyat ağacı” anlayışı tez-tez istifadə edilir. Təkamül nəzəriyyəsinin iddiası budur. Bəs həqiqətən belə olmuşdur?

Qətiyyən yox. Əksinə, heyvanlar, ilk ortaya çıxdıqları dövrdən çox fərqli və mürəkkəb quruluşa malikdirlər. Bu gün məlum olan bütün heyvan sinifləri, yer üzündə eyni anda, Kembri dövrü kimi tanınan geoloji dövrdə ortaya çıxmışdılar. Kembri dövrü, yaşı 530-520 milyon il hesablanan 10 milyon illik geoloji dövrdür.

Bu dövrdən əvvəlki fosil qeydlərində, tək hüceyrəli canlılar və çox bəsit bir neçə çox hüceyrəli başqa heç bir canlının izinə rast gəlinmir. Kembri dövrü kimi son dərəcə qısa dövr ərzində isə bütün heyvan (10 milyon il, geoloji baxımdan çox qısa zaman kəsiyidir) sinifləri, tək nöqsan belə olmadan bir anda ortaya çıxmışlar!

Kembri qayalıqlarında tapılan fosillər, ilbizlər, trilobitlər, süngərlər, soxulcanlar, meduzalar, dəniz ulduzları, molyusklar, dəniz zanbaqları kimi çox fərqli canlılara aiddir. Bu təbəqə canlıların çoxunda müasir nümunələrdən heç bir fərqi olmayan, göz, qəlsəmə, qan dövranı kimi kompleks sistemlər, gələcək fizioloji quruluşlar yerləşir.

Bu quruluşlar həm çox mürəkkəb, həm də çox fərqlidir. Darvinizmin dünya miqyasında ən böyük tənqidçilərindən biri olan Berkli Universitetinin professoru Filip Conson, paleontologiyasının ortaya qoyduğu bu həqiqətin, darvinizm ilə açıq ziddiyyətini belə açıqlayır:

Darvinist nəzəriyyə, həyatın bir növ “getdikcə genişlənən bir fərqlilik üçbucağı” içində inkişaf etdiyini nəzərdə tutur. Buna görə canlılıq, ilk canlı orqanizmdən və ya ilk heyvan növündən başlayaraq, getdikcə fərqlənməli və bioloji təsnifatın daha yüksək kateqoriyalarını yaratmış olmalıdır. Amma heyvan fosilləri bizlərə bu üçbucağın həqiqətdə başıaşağı dayandığını göstərir: Siniflər hələ ilk anda hamısı birlikdə vardır, sonra getdikcə sayları azalır.

Filip Consonun qeyd etdiyi kimi, siniflərin mərhələli olaraq formalaşması bir yana, bütün siniflər bir anda mövcud olublar, hətta sonrakı dövrlərdə bəzilərinin nəsli kəsilmişdir. Çox fərqli canlıların bir anda və qüsursuz şəkildə ortaya çıxmalarının mənası isə, təkamülçü Futuymanın da qəbul etdiyi kimi, yaradılışdır.

Göründüyü kimi, əldə olan bütün elmi tapıntılar təkamül nəzəriyyəsinin iddialarını əsassız olduğunu və yaradılış həqiqətini gözlər önünə sərir.