Ölkəmizdə Darvinist KİV-lər bir-bir yayımlarına son verməyə başladılar. Böyük bir hay-küy ilə nəşrə başlayan həmin jurnallar, indi səssiz-səmirsiz geri çəkilirlər. Bu vəziyyət dünyada da eyni şəkildə baş verir. Darvinist diktatorluq tərəfindən bütün maliyyə mənbələri onlara verilsə də, hər cür maddi baza onlara təmin olunsa da yayına davam edə bilmirlər. Çünki problem maddiyyat deyil, problem artıq güc və inamlarının qalmamış olmasıdır.
Darvinizmin əsassızlığını sübut edən elmi dəlillər darvinizm təbliğatçılarının bütün əməllərini bir anda alt-üst edib. Əvvəlcə bütün dünyaya Yaradılış Atlası ilə fosillər təqdim edildi. Bunlar, dünya üzərində Yaradılışın bir həqiqət, təkamülün isə saxtakarlıq olduğunu sübut edən 300 milyondan çox fosil yalnız bir hissəsi idi. Ancaq bu qədər məbləğ də bütün dünyanın həyəcana keçməsinə, darvinizmin qalası olan ölkələrin şoka girməsinə və təkamülün ayaqlar altına alınmasına çatdı. Bu dəlillərin ardından həyatın başlanğıcı mövzusunda əhəmiyyətli həqiqət insanlara xəbər verildi. Bütün dünyada insanlar bu həqiqəti öyrəndilər:
BİR PROTEİN BAŞQA PROTEİNLƏR VAR OLMADAN YARANA BİLMƏZ.
Məhz bu həqiqət, gəlmiş və gələcək bütün təkamülçü spekulyasiyalara bir anda son qoydu. Darvinistlər üçün bu sarsıdıcı həqiqət, təkamül nəzəriyyəsinin tamamilə ortadan qalxmasına səbəb oldu.
Bu iki mühüm elmi dəlildən başqa, təkamülə qarşı təqdim olunacaq, əlbəttə, çox sarsıdıcı elmi həqiqətlər də var: Məsələn, mutasiyaların heç vaxt canlılara fayda verməyəcəyi, DNT-nin möhtəşəmliyi, canlılardakı mükəmməl komplekslik, Kembri dövrü, təbii seleksiyanın heç vaxt təkmilləşdirici bir təsirinin olmayacağı, canlıların bir-birinə dönüşüm ssenarisinin elmi mümkünsüzlüyü, darvinist saxtakarlıqlar və s. məsələlər də burada uzun-uzun izah edilə bilər. Bunların hamısı eyni şəkildə təkamülə çox böyük qılınc zərbəsidir. Amma anlaşıla biləcəyi kimi tək bir proteinin açıqlana bilməməsi və fosillərin Yaradılışı isbat etməsi, həqiqətləri öyrənmək istəyən insanlarımız üçün də, darvinistlər üçün də məsələni tam bitirmiş vəziyyətdədir.
Proteinlərin təsadüfən yarana bilməyəcəyi həqiqəti səbəbi ilə indiyə qədər darvinist jurnallara pul ayıran təşkilatlar, ARTIQ PULUN BOŞA GETDİYİNƏ İNANIRLAR. Çünki nə qədər jurnal çıxarsalar çıxarsınlar, nə qədər darvinist təbliğat materialı saxtalaşdırsalar uydursunlar məğlub olduqlarının fərqindədirlər. İnsanların da onları məğlub gördüklərini, yazdıqlarının heç birinə inanmadığını bilirlər. Təbliğat metodlarının artıq insanlara təsir etmədiyini anlamış vəziyyətdədirlər. Qədimdən təbliğat materialları ilə insanları aldatmaq onlar üçün asan ikən darvinist jurnalların da, bunda təsiri olduğuna inanırdılar. AMMA İNDİ YAYINLARININ DƏYƏRİNİN QALMADIĞINI BAŞA DÜŞDÜLƏR. BİR-BİR JURNALLARIN YAYININI DAYANDIRMALARININ, TƏKAMÜL ADINA TƏK BİR XƏBƏR BELƏ ÇIXARA BİLMƏMƏLƏRİNİN, PROVOKASİYA EDƏ BİLMƏMƏLƏRİNİN TƏK SƏBƏBİ BUDUR. Darvinistlər artıq insanları aldada biləcəklərinə, saxtakarlıqların təsirli ola biləcəyinə və darvinizm yalanını genişləndirəcəklərinə dair bütün inamlarını itirmiş vəziyyətdədirlər.
Bütün bunlar daha da inkişaf edərək davam edəcəkdir. Darvinist təbliğat resursları bir-bir geri çəkiləcəkdir. Keçən zaman, heç bir şəkildə darvinistlərə qələbə və qazanc gətirməyəcək. Darvinistlər heç vaxt keçmişdə insanları asanlıqla aldatdığı o təəccüblü dövrlərinə geri qayıda bilməyəcəkdir. Allahın izni ilə içində yaşadığımız dövr Mehdiyyət dövrdür. Və Allahın vədi mütləq baş tutacaq, yer üzünə Quran əxlaqı hakim olacaq və insanların hamısı darvinist cəfəngiyyatlardan təmizlənib Allaha üz tutacaqlar. Rəbbimiz ayələrində belə buyurur:
Allahın köməyi və qələbə gəldiyi zaman, insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir. (Nəsr surəsi, 1-3)