Hər tərəfi qapalı bir otaqdakı insana “çöldə hava qaranlıqdır” deyəndə, buna 50% ehtimal verər və inana bilər. Amma pəncərənin yalnız kiçik hissəsindən kənardakı günəşi görəndə, artıq bu insanı çöldə havanın qaranlıq olduğuna dair inandırmağın heç bir yolu yoxdur. Darvinistlərin vəziyyəti də eynilə bu şəkildə olmuşdur. 150 il ərzində darvinistlər, elm adı altında, hətta hər cür saxtakarlığı çəkinmədən etmişlər. Bundan heç utanmamışlar.
Çünki bu yalan xəbərlərlə insanları aldatmasına özlərini inandırmışlar. İntensiv təlqin, vizual sehr və hipnoz təsiri ilə bir yalanı təkrar etmiş və beləliklə də heyrət ediləcək şəkildə tərəfdar toplamışlar. Lakin, hər şey tam darvinistlər planlaşdırdığı şəkildə gedərkən, insanlar hipnozun təsirinə az qala tam olaraq girmişkən, dünyada təkamülü inkar etmək sanki cinayət halına gəlmişkən, insanlar anidən günəşi görmüşlər. Bu günəş, Yaradılış Atlası olmuşdur.
Yaradılış Atlasının bir anda bütün dünyaya yayılması ilə artıq insanları təkamülün var olduğuna inandırmaq mümkün deyildir. Yaradılış Atlasında toplanan minlərlə yaşayan fosil, bircə darvinistin də inkar edə biləcəyi kimi deyil. Üstəlik bu möhtəşəm kitabdakı bircə fosil belə təkamülü əzib keçməyə kifayətdir. Elə bu səbəbdən,
Yaradılış Atlası qarşısında darvinizmin qalası olan Fransa mətbuatı qorxuya qapılmış; “Fransa tarixinin ən böyük fəlakəti”, “göydən fəlakət yağdı”, “yüzlərlə illik mədəniyyətimiz yerlə bir oldu” kimi ifadələrlə Atlasa yer vermişdir.
Darvinist Avropa Parlamenti bu möhtəşəm kitabı təkamül təhsilinə ən böyük maneə olaraq görərək, təlaş içində gündəmə gətirmiş; yüzlərlə darvinist mətbuat yayım qurumu çaşqınlıq içində Atlasın dünyadakı müdhiş təsirini dilə gətirmək məcburiyyətində qalmışdır.
Yaradılış Atlası bütün iman edənlərin imanlarının güclənməsinə vəsilə olmuşdur
Hörmətli Adnan Oktarın, tək bir proteinin belə təsadüfən meydana gələ bilməyəcəyi həqiqətini dünyaya yayması və Yaradılış Atlası adlı əsəri ilə milyonlarla canlının dəyişmədiyini sübut etməsi, bu gün dünyada təkamülü bitirən ən təsirli işdir. Dünyada dindar müsəlmanlar da, dindar xristianlar da və dindar yəhudilər də, bu yüksək nailiyyət nəticəsində rahat hərəkət edər hala gəliblər, özlərinə inamlarını qazanmışlar.
Daha əvvəl darvinistlərə qarşı son dərəcə aciz olan və sanki heç bir fəaliyyət göstərməyən bir qisim dindarlar, bu mühüm işlərin ardından güclənməyə başlamışdılar. Cənab Adnan Oktar təkamülü dağıdan, dəyərli və əzmli işlərinin ardından AMERİKA ƏSGƏRİ ÜSTLƏRİNDƏ TƏKAMÜL SAXTAKARLIĞINI İZAH EDƏN VƏ ALLAHIN BİRLİYİNƏ ÇAĞIRAN KONFRANSLAR HƏYATA KEÇİRİLƏ BİLMİŞDİR; İNGİLTƏRƏDƏ ŞƏHƏR İÇİ AVTOBUSLARI, ÜSTLƏRİNDƏ “ALLAH VAR” YAZISI İLƏ LONDON KÜÇƏLƏRİNDƏ HƏRƏKƏT EDƏ BİLMİŞDİR.
Bu mühüm işlərin ardından Kanadada, Amerikada, İsveçrədə, Belçikada, Almaniyada, Avstraliya və Yeni Zelandiyada, Fransada, Danimarka və İsveçdə, İndoneziya və Malayziyada, Sinqapur və Dubayda və daha bir çox ölkədə minlərlə adamın iştirak etdiyi YARADILIŞ KONFRANSLARI həyata keçirilmiş, bütün dünyada televiziyalar və mətbuat bu üstün işlərdən bəhs edər olmuşdur.
Bu üstün uğurdan dərhal sonra darvinistlər bu batil dinə olan inamlarını itirmişlər. Uğrunda illərdir əzmlə fəaliyyət apardıqları bu yalanı müdafiə edəcək, yeni saxtakarlıqlar istehsal edəcək gücləri qalmamışdır. DARVİNİST JURNALLAR MADDİ ÇƏTİNLİKLƏRDƏN DOLAYI DEYİL, SIRF İNANCLARINI İTİRDİKLƏRİ ÜÇÜN BİR-BİR BAĞLANIR, NƏŞRLƏRİNƏ SON VERİRLƏR. Hər həftə yeni bir saxtakarlıq iddiası ilə gündəmə gələn dünyaca tanınmış darvinist KİV-lər artıq TƏK BİR SAXTAKARLIQ XƏBƏRİ BELƏ VERƏ BİLMİRLƏR. Darvinizmin tək güc qaynağı olan darvinist təbliğat səssiz-sədasız sona çatmışdır. Darvinistlər hər fürsətdə müxtəlif təbliğat üsulları ilə təkamülü gündəmə gətirərkən, bir anda süst-duman olublar, daha çox rəzil olmağı nəzərə ala bilməmişdirlər.
Darvinizm bəlasından qurtuluş qapısı hər zaman açıqdır
Hz. Mehdi (ə.s) və hz. İsa (ə.s)-in zühur edəcəyi Axırzamanda, bütün batil dinlər, dəhşətli və böyük çöküş ilə çökürlər. Bu çöküşü heç kimsə durdura bilməyəcəkdir. Bu, Allahın Adətullahı, qəti qanunudur. Allah bu dövrdə, bu böyük və hərtərəfli süquta, cənab Adnan Oktarın işlərini vəsilə edir. Çox yaxın bir zamanda darvinizmə kor-koranə inanmış olan insanların hamısı, necə belə aldadıldıqlarını təəccüblə fərq edəcək, darvinistlər isə saxtakar vəziyyətə düşdükləri üçün peşman olacaqlar. Amma əlbəttə ki, heç bir şey üçün gec deyil, məğlubiyyətin və səhvin fərqinə vararaq həqiqəti tapmaq və həqiqətin müdafiəsini etmək ləyaqətdir. Bu səbəbdən darvinizm bəlasının fərqinə varan hər darvinist üçün, bu dünya həyatı boyu həyatını qoyduğu bu nəhəng səhvdən dönmək imkanı əlbəttə ki vardır.