İslam ilə təkamülü əlaqələndirməyə çalışmaq passiv, aciz, təslimiyətçi səmərəsiz təşəbbüsdür.
SUDAN YARATMANIN TƏKAMÜLÜ İFADƏ EDƏN YARADILIŞA İŞARƏ ETMƏSİ YANLIŞI
İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik. (İnsan surəsi, 2)
Təkamülçü yaradılışı iddia edənlər bir çox ayədə keçən “insanın sudan yaradıldığı” formasındakı ifadələri də öz iddialarına guya bir dəlil kimi göstərməyə çalışırlar. Sudan hərəkətlə bütün canlıların meydana gəldiyini iddia edirlər. İnsanın yaradılış mərhələlərinin izah edildiyi digər bir ayə də diqqətli araşdırılarkən bu şərhlərdə köklü yanlışlıq nümayiş etdirilir. Ayədə belə buyurulur:
Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, bilin ki, həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, qüdrətimizi sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi oradan uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi yetkinlik yaşına çatmamış vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, vaxtilə bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir. (Həcc surəsi, 5)
Ayədə bir insanın yaradılış mərhələləri təsvir edilir.
Birinci mərhələ olan torpaq, insandakı əsas mineralları və elementləri ehtiva edən xammaldır.
İkinci mərhələ isə bu elementlərin, ana bətnindəki yumurtanı mayalandırmaq üçün lazımlı quruluşa və genetik məlumata malik olan spermaları ehtiva edən və Quranda mürəkkəb bir su sözüylə təsvir edilən mənidə bir araya gəlməsidir. Bir sözlə insanın əsas xammalı torpaqdır. Torpağın özü, bir damcı mənidə o insanı meydana gətirəcək şəkildə toplanmışdır. Ayədə bu “su” mərhələsinin dərhal sonra insanın ana bətnindəki inkişaf mərhələləri göstərilmişdir. Lakin təkamül nəzəriyyəsi həyatın guya öz-özünə suda başlamasından insanın ortaya çıxması arasında milyonlarla təxmini mərhələ (ilk hüceyrə, tək hüceyrələr, çox hüceyrələr, onurğasızlar, onurğalılar, sürünənlər, məməlilər, primatlar və s. və bunların saysız-hesabsız ara mərhələləri kimi) olduğunu var sayır. Ayədəki sıralamada isə heç bir şəkildə belə bir məntiq və tərif olmadığı aydındır. İnsanın bir damcı su halından sonra ələq halına gəldiyi bildirilir.
Beləliklə, aydındır ki, ayədə, insan növünün keçirdiyi təkamül mərhələləri deyil, tək bir insanın ana bətnindən əvvəlki, ana bətnindəki və dünyaya gəldikdən sonra qocalığa qədər davam edən yaradılış mərhələləri təsvir edilir.
Bəzi analitiklər bu ayələrdəki “canlıların sudan yaradılması” ifadəsində, təkamül nəzəriyyəsinə paralel məna var deyə zənn edir. Halbuki bu, çox yanlış şərhdir. Ayələrdə canlıların sudan yaradıldığı bildirilərək, canlıların əsas materialının su olduğu xəbər verilir. Belə ki, müasir biologiya ortaya qoymuşdur ki su, dünyadakı hər bir canlının bədəninin ən əsas faktorudur. İnsan bədəninin təxminən 70%-i sudur. Hər canlı, bədənindəki su sayəsində hüceyrə daxili, hüceyrələr arası və toxumalar arası nəqliyyatı təmin edir. Su olmadan həyat ola bilməz. İnsanın və digər canlıların sudan yaradıldığını bildirən digər ayələrdə də yenə təkamül nəzəriyyəsinə əsas yaradacaq məna yoxdur. Bu ifadəni özündə əks etdirən bəzi ayələr bu şəkildədir:
Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenədəmi inanmırlar? (Ənbiya surəsi, 30)
Aşağıdakı ayələrdə isə “bir damla suyun məni olduğu” açıq ifadə edilir:
O, insanlardan və heyvanlardan biri erkək və bir də dişi olmaqla iki cüt yaratdı – axıdılan bir nütfədən. Təkrar diriltmək də Ona aiddir. (Nəcm surəsi, 45-47)
Min : dan, dən
Nutfetin : Nütfə, bir damla
iza : -dığı zaman
tumna : mənini axıtmaq
Məgər o, kişi toxumundan axıdılan bir damla nütfə deyildimi? (nutfeten min meniyyin yumna) (Qiyamət surəsi, 37)
nutfeten : nütfə, bir damla su
min : dan, dən
meniyyin : məni
yumna : atılıb tökülən
Qoy insan nədən yaradıldığına bir baxsın! O, süzülüb tökülən bir mayedən yaradılmışdır. (Hulika min main dafikın) (Bu su,) Bu maye bel və köks sümükləri arasından çıxır. (Tariq surəsi, 5-7)
Hulika : yaradıldı
min : dan, dən
main : su
dafikın : Birdən boşalan, tökülən, axıdan, axıdılan.
ƏVVƏL TORPAQDAN, SONRA SUDAN YARADILIŞIN TƏKAMÜL YARADILIŞA İŞARƏ ETDİYİ İSTİQAMƏTİNDƏKİ SƏHV
“… Onunla söhbət edən yoldaşı isə dedi: “Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni kişi qiyafəsinə salmış Rəbbinə küfrmü edirsən?” (Kəhf surəsi, 37)
Ömər Nasuhi Bilmən isə eyni ayəni bu şəkildə təfsir edir:
… Sənin əslin və yaradılışın səbəbi olan Həzrəti Adəmi (torpaqdan) yaradan (sonra) da səni (bir nüftədən) ən yaxın maddəvi bədənin olan bir damcı məni (yaradan sonra da səni bir kişi olaraq təsviyə edən) səni belə mütəaddit ətvari zəruri (bir çox həyat vəziyyətləri) nəticəsində tam, bir insan olaraq vücuda gətirən Xaliqi Kərimi inkar edər mi oldun, çünki axirət həyatını inkar, onun zühura gələcəyini xəbər verən və ona qadir olan Allah Təalanı inkar deməkdir…
Ayədə keçən “torpaqdan yaradılma” hz. Adəmin yaradılışını, sudan yaradılıb düzgün bir insan halına gəlmə isə spermadan başlayan inkişafını göstərir. Aşağıdakı ayədə də Allahın palçıqdan bilavasitə bir insan yaratdığına işarə edilir. Hz. Adəmin yaradılışının izah edildiyi bu ayədə də bir mərhələdən bəhs edilmir:
Bir zaman Rəbbin mələklərə dedi: “Mən başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən insan yaradacağam! Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!” (Hicr surəsi, 28-29)
Onsuz da Quranda izah edilən yaradılış mərhələləri diqqətlə oxunur, bir-birini təqib edən proseslər nəzərə alınarsa təkamülçü şərhin yanlış olduğu da dərhal başa düşülür.
Quranda hz. Adəmin təkamüllü mərhələ ilə yaradılmadığını açıq bildirən daha bir çox ayə var. Bu ayələrdən birində belə buyurulur:
Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir. Allah onu torpaqdan yaratdı, sonra isə ona “Ol!” – dedi, o da oldu. (Ali İmran surəsi, 59)
Yuxarıdakı ayədə Allah hz. Adəm ilə hz. İsanın eyni şəkildə yaradıldıqlarını bildirir. Daha əvvəl də qeyd etdiyimiz kimi, hz. Adəm, hər hansı bir əcdadı olmadan, torpaqdan və Allahın Ol deməsi ilə var edilmişdir. Hz. İsa isə yenə bir atası olmadan, Allahın istəməsi, bir Ol əmri ilə yaradılmışdır.
Torpaqdan və sudan yaradılışın bildirildiyi digər ayələrdə də, az əvvəlki maddədə araşdırdığımız kimi insanın təkamül mərhələləri deyil, insanın yaradılışının ana bətninə düşməmişdən əvvəlki, ana bətnindəki və doğumdan sonrakı mərhələləri təsvir edilir:
Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, bilin ki, həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, qüdrətimizi sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi oradan uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi yetkinlik yaşına çatmamış vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, vaxtilə bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir.. (Həcc surəsi, 5)
QURANDA TƏKAMÜLÇÜ MÜDDƏTƏ İŞARƏ TAPILDIĞI YANLIŞI
Doğrudanmı insanın heç kimə məlum olmadığı bir dövr hələ də ötüb keçməmişdir? (İnsan surəsi, 1)
Yuxarıdakı ayə həmin dairələrin özlərinə təkamülə dəlil kimi təqdim etdiyi digər ifadədir. Şəxsi mülahizələrinə əsaslanan tərcümə ilə “özü xatırlamağa dəyər bir şey deyilkən” ifadəsi “insanın bir insan olmadan əvvəlki hallarının ifadə edildiyi” şəklində açıqlanır. Halbuki ilk iddia kimi bu təkamülçü iddia da reallıqdan uzaqdır.
Altı xətli ifadənin ərəbcə qarşılığı bu şəkildədir:
“lem yekun şey`en mezkuren”
Lem yekun : deyildi
Şey`en : bir şey
Mezkuren : zikr edilən, adı keçən
Bu ifadəni “təkamülçü yaradılışa” guya dəlil kimi göstərmək də çox məntiqdən kənar izahdır. Belə ki, bu ayə İslam alimləri tərəfindən təkamülçü proses kimi şərh olunmur. Məsələn, Əlmalılı Həmdi Yazır, bu ayədəki zaman ifadəsini belə təfsir edir:
“Başlanğıcda ilk maddələri olan faktorlar və minerallar, sonra onlardan mərhələ-mərhələ yaradılıb orta maddələri olan bitki, heyvan əsaslı ərzaqlar “palçıq şirəsi” (Müminun surəsi, 12), sonra onlardan süzülən yaxın maddəsi olan məniyə doğru yavaş-yavaş mərhələ və dərəcələr içində gələn bir şey olmuş, ancaq insan deyə anılan şey olmamışdı. Həqiqətdə insanın hər bir fərdi kimi cinsi də əzəli deyil, sonradan olmadır. Həm zamanın başlanğıcından, dünyanın yaradılışından çox sonra mövcud olmuşdur.”
Ömer Nasuhi Bilmən isə ayəni bu şəkildə təfsir edir:
“Bu ayələr, Allahın insanları heç mövcud, məlum deyillərkən, nəticədə bir damcı sudan eşidən və görən bir halda yaratmış və onları imtahana tabe tutmuş olduğunu bildirir… Belə ki, insan başlanğıcda heç mövcud deyildi, sonra bir müddət içində bir damcı sudan, bir torpaqdan və palçıqdan təsvir edilmiş bir cəsəd halına gəlmişdir. O insan, o zaman məlum deyildi, onun nə kimi bir adı var və nə üçün yaradılmış olduğu göy və yer xalqına məlum deyildi. Sonra ona ruh şüuru verilməyə başlanılmışdır.”
Dəyərli İslam alimlərimizin də qeyd etdiyi kimi, Quranda heç bir şəkildə təkamüllə yaradılışa işarə yoxdur. Quranda bildirilən yaradılış, Rəbbimizin “Ol” əmri ilə reallaşan yoxdan yaradılışdır.
- ADƏMİN İLK İNSAN OLMADIĞI İSTİQAMƏTİNDƏKİ YANLIŞ
Təkamülçü yaradılış yanlışı ilə əlaqəli olaraq ortaya atılan bir digər iddia isə, hz. Adəmin ilk insan olmaya biləcəyi, hətta insan olmaya biləcəyi (hz. Adəmi tənzih edirik) şəklindədir. Bu batil iddiaya guya dəlil olaraq aşağıdakı ayə göstərilir:
Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!” – dedikdə, onlar: “Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?” – söylədilər. O dedi: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!” (Bəqərə surəsi, 30)
Bu iddianı müdafiə edən kütlələr ayədə keçən “xəlifə var edəcəyəm” şəklindəki ifadədə keçən ərəbcə “ceale” felini, “təyin etmək” sözü ilə açıqlayırlar. Yəni, hz. Adəmin ilk insan olmadığı, bir çox insan arasından xəlifə olaraq təyin edildiyi iddiasını irəli sürürlər. Halbuki “ceale” sözünün Quranda istifadə edilən çox müxtəlif mənaları vardır və bunlar bu şəkildədir:
Ceale: Yaratmaq, icad etmək, çevirmək, etmək, qoymaq, qılmaq
Quranda “ceale” felinin keçdiyi digər ayələrdən bir neçə nümunə belədir:
Allah sizi tək bir nəfərdən yaratdı. Sonra onun özündən zövcəsini yaratdı. O sizdən ötrü səkkiz cüt heyvan endirdi…. (Zumər surəsi, 6)
De: “Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Necə də az şükür edirsiniz!” (Mülk surəsi, 23)
Yuxarıdakı ayələrdə də görüldüyü kimi, “ceale” sözü bu ayədə yaradılma mənasında istifadə edilmişdir. Bundan başqa, bir çox ayədə də hz. Adəmin torpaqdan yaradıldığı bildirilir. Hz. Adəmin, digər insanlar içində bir insan olmadığı, xüsusi və fərqli yaradılışa sahib olduğu bu ayələrdən də aydın olur.
- HZ. ADƏMİN DÜNYADA YARADILDIĞI YANLIŞI
Quranda hz. Adəmin ilk insan olduğu haqqında verilən digər mühüm məlumat da işlədiyi səhvə görə özünün və həyat yoldaşının cənnətdən çıxarılmasıdır. Ayələrdə bu şəkildə buyurulur:
Ey Adəm oğulları! Şeytan, əcdadınızın ayıb yerlərini özlərinə göstərmək məqsədilə aldadaraq libaslarını soyundurub Cənnətdən çıxartdığı kimi, sizi də aldatmasın. Şübhəsiz ki, o və onun nəsli sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Həqiqətən, Biz, şeytanları iman gətirməyənlərin dostları etdik. (Əraf surəsi, 27)
Biz dedik: “Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin için, təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız”. Şeytan isə o ağacla onları çaşdırıb olduqları yerdən çıxartdı. Biz dedik: “Bir-birinizə düşmən olaraq aşağı enin! Yerdə sizin üçün müəyyən olunmuş vaxtadək məskən və gün-güzəran vardır”. (Bəqərə surəsi, 35-36)
Ayələrdəki ifadələr çox açıqdır. Allah hz. Adəmi torpaqdan yaratmışdır. Hz. Adəm xüsusi yaradılışa malikdir və bu xüsusi yaradılış onun əvvəl cənnətdə olmasından, daha sonra da buradan çıxarılmasından bir daha anlaşılır. Ancaq təkamül yalanına inanan bəzi müsəlmanlar açıq-aydın olan bu həqiqətləri görməzlikdən gəlməkdə və ayələrdə keçən “cənnət” sözünün, axirətdəki cənnəti deyil, dünyadakı gözəl məkanları ifadə etdiyi kimi yanlış mülahizə irəli sürürlər. Halbuki hz. Adəmin yaradıldığı cənnətin bir çox xüsusiyyəti Quranda bildirilir. Burada mələklər və şeytan vardır. Mələklər Allah ilə danışır. Ayələrdəki ifadələr bu qədər bariz ikən, Quran əxlaqına uyğun olmayan şərhlərlə təkamül nəzəriyyəsinə guya dəlil axtarma səyinə girmək xətalı davranışdır.
Bütün insanların hz. Adəmdən gəldiyini, yəni hz. Adəmin ilk insan olduğunu xəbər verən çoxsaylı ayədən ikisi də bu şəkildədir:
Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və: “Mən sizin Rəbbiniz deyiləmmi?” – deyə onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: “Bəli, biz şahid olduq!” – demişdilər. Bu ona görədir ki, siz Qiyamət günü: “Biz bundan xəbərsiz idik!” – deməyəsiniz. Yaxud: “Atalarımız bizdən əvvəl Allaha şərik qoşmuş, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məgər Sən bizi batilə uyanların etdikləri əməllərə görə məhv edəcəksən?” – deməyəsini