Header

Tələbələr dərslərdə təkamül nəzəriyyəsinin öyrədilməsini istəməyəndə İngiltərədə Darvinist həyəcan artdı!

Aa4a

İngiltərədə bəzi tələbələr artıq dərslərdə təkamül nəzəriyyəsini oxumaq istəmədiklərini ifadə edirlər. Elə bu xəbər, The Sunday Times, Daily Mail, International Herald Tribune, Daily Telegraph kimi dünya mediasının aparıcı qəzetlərində təlaş ifadələri ilə yer alır.

Xəbərlərə görə, İngiltərədəki London Universitetində aralarında staj həkimlərin də olduğu bəzi müsəlman tələbələr təkamül nəzəriyyəsinin dərslərdə öyrədilməsindən imtina edir. Buna səbəb kimi də darvinizmin Quranda yer alan Yaradılış həqiqəti ilə uyğun gəlməməsini göstərirlər. Xəbərlərdə təkamülü rədd edən tələbələrin sayının getdikcə artdığı da xüsusilə qeyd olunur.

Tələbələrin Darvinin təkamül nəzəriyyəsini əsas götürən dərsləri boykot etmələrindən dolayı London Universiteti professorlarının böyük narahatlıq içində olduqları da həmin xəbərlərdə yer alan əhəmiyyətli detaldır. Ateist genetik professor Stiv Cons tələbələrinin bu davranışını anlaya bilmədiyini bildirir. Müdafiə etdikləri çürük nəzəriyyənin artıq böyük məğlubiyyətə uğradığını və elmin göstərdiyi həqiqətləri ortaya çıxarmanın vaxtının gəldiyini anlayan darvinistlər son hallarını nümayiş etdirirlər. İnşaAllah, qarşıdakı dövr elmi həqiqətlərin daha geniş şəkildə ortaya çıxdığı, insanların elm adına edilən saxtakarlıqlardan tam xilas olduqları bir dövr olacaq.

Xəbərlərdə vurğulanan başqa bir detal isə İngiltərədə yüksələn bu reaksiyaların mənbəyinin, təkamülü çürüdən kitabları İngiltərədə çox satılan cənab Adnan Oktar (Harun Yəhya) olduğu həqiqətidir. Həqiqətən də cənab Adnan Oktarın “Yaradılış Atlası” adlı əsəri vəsiləsi ilə İngiltərə xalqı ilk dəfə həyatın mənşəyinə dair həqiqətləri görmək imkanı tapmış, təkamül nəzəriyyəsinin heç bir elmi dəyəri olmayan köhnə nəzəriyyə olduğunu bu kitab ilə birlikdə fərq etmişdir.

Belə ki, “Yaradılış Atlası”nın İngiltərədə paylanmasının ardından Londonda çap olunan “The Evening Standard” qəzetinin internet saytı 2008-ci ildə “Kreasionizm məktəblərdə öyrədilməlidir, yoxsa yox?” sualı ilə sorğu keçirmiş, sorğu İngilis xalqının 73%-nin bu suala bəli, yaradılış məktəblərdə öyrədilsin, şəklində cavab verməsi ilə sona çatmışdır.

Təkamül nəzəriyyəsinin tək tərəfli olaraq dərslərdə tədris olunmasından aydın İngilis xalqının duyduğu narahatlıq açıq şəkildə ortadadır. Bu dünyanın hər yeri üçün keçərlidir. Hər zaman ifadə etdiyimiz kimi təhsil müəssisələrində təkamüllə yanaşı Yaradılış həqiqətinin də məktəblərdə öyrədilməsi olduqca təcili bir zərurətdir.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313