İçeriğe geç

Ölümdən qorxmaq CNN proqramçısı Lari Kinqə heç bir fayda verməz

CNN-də yayımlanan “Larri King Live” adlı verilişin aparıcısı Lari Kinq, keçdiyimiz günlərdə proqramında ölümdən çox qorxduğunu dilə gətirmişdi. Tanınmış televiziya aparıcısı sözlərində öləndə bir yerə gedəcəyini düşünmədiyini, (Allahı tənzih edirik) məhz bu səbəbdən ölümdən qorxduğunu ifadə etmiş, bunu düşünməsinin səbəbini də bir inanca sahib olmamasına bağlamışdı.

Bu sözlərindən də aydın olduğu kimi digər bəzi insanlar kimi Lari Kinqin problemi axirətin mövcudluğuna inana bilməməkdir. Öləndə yox olacağını düşünür, bu da özünü qorxuya salır.

Bəzi insanların axirətin varlığından şübhəyə düşməsinin mühüm səbəbi maddənin həqiqi mahiyyətini dərk etməmələridir. Maddəni mütləq varlıq zənn edən və maddə xaricində varlıqları yox qəbul edən bu insanlar əslində böyük yanılma içindədirlər. İnsanın yalnız maddədən, yəni ətdən və sümükdən ibarət olduğunu düşündükləri üçün öz sümük halına dönmüş bir insanın yenidən diriləcəyinə inana bilmirlər. Halbuki heç bir şübhə yoxdur ki, diriləcək olan nə ət, nə də sümükdür. Belə ki, insanı insan edən əti sümüyü yox, ruhudur. Sevinən, şəfqət duyan, düşünən, qərar verən, musiqidən, mənzərədən zövq alan, gözəl yeməklərdən və içkilərdən xoşu gələn, bunların hamısını həyata keçirən insanın əti sümüyü yox, ruhudur. Şüur sahibi olan hər bir insan özünün ruh sahibi olduğunu anlayır, özünün əsl yurdunun dünya yox, axirət olduğunu da dərk edir. Belə ki, ruhun aid olduğu əsl yurd dünya deyil, axirətdir.

Bu məqamda ağlı və vicdanı ilə düşünən ruh sahibi insan dünyanın ancaq axirətə hazırlıq olduğunu, bu hazırlıq prosesində hər an sınaqdan keçdiyini və bu imtahanı haqqı ilə vermək üçün daim yaxşı və gözəl davranışlarda olmalı olduğunu bilir. Bu dünyanı yaradanın Allah olduğunu və Allahın ona şah damarından daha yaxın olduğunu heç vaxt unutmur. Allahı dost tutur və həyatını Onun rizasını axtararaq keçirir. Allahın razılığını qazanmağı məqsəd tutaraq yaşayan insan ölümlə qarşılaşanda mələklər tərəfindən gözəlliklə qarşılanacaq, Allah tərəfindən sonsuz cənnət həyatı ilə mükafatlandırılacaqdır.

 

Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əsl həyatdır. Kaş ki, biləydilər! (Ənkəbut surəsi, 64)

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz