4 yanvar 2012-ci il tarixində amerikan xəbər saytı “The Huffungton Post”da “İslam, təkamülün dərslərdə öyrədilməsini qadağan edirmi?” başlıqlı məqalə nəşr olunmuşdur. Birləşmiş Ərəb Əmirliklərindəki Şargah Amerikan Universitetində fizika və astronomiya professoru olan yazıçı Nidhal Quesoumun qələmə aldığı məqalədə, bir müddət əvvəl Böyük Britaniyadakı müsəlman tələbələrin dərslərdə təkamül oxumaq istəmədikləri ilə bağlı beynəlxalq mediada geniş yer tapan xəbər ələ alınmışdır.

Sözü gedən məqalədə, müəllif Nidhal Quesoumun həqiqət ilə heç bir şəkildə uyğun gəlməyən bir çox yanlışlığa qapıldığı görülür. Yazıçının səhvlərini belə sıralamaq mümkündür:

 

  1. Nidhal Quesoum Quranın təkamülü təkzib etmədiyini iddia etmiş, Allahın kainatı təkamül yolu ilə yaratdığı iddia etmişdir.

Nə var ki, bu, digər bəzi müsəlmanların da, düşdüyü çox böyük yanlışlıqdır. Quranda yaradılışın təkamüllə olduğuna dair heç bir məlumat və ya işarə yoxdur. Digər bir ifadə ilə, Quranda, canlıların bir-birlərindən törədiyi və aralarında təkamüllü bir əlaqə olduğu fikrini dəstəkləyən tək bir ayə belə yer almaz. Əksinə, Quranda, Allahın həyatı və kainatı bir anda və “Ol” əmri ilə möcüzəvi şəkildə var etdiyi bildirilir. Allah dilədiyini, dilədiyi şəkildə və zamanda, nümunəsiz olaraq yoxdan var edəndir.

Uca Allahın yaratmaq üçün (Allahı tənzih edirik) hər hansı səbəbə, vasitəyə ya da müəyyən mərhələlərə ehtiyacı yoxdur. Bu dünya bir imtahan yeridir, bu səbəblə Allah kainatdakı hər şeyi təbiət qanunlarına bağlı olaraq yaratmışdır. Ancaq bu vəziyyət, üstün güc sahibi Rəbbin sözügedən təbiət qanunlarına ehtiyacı olduğunu göstərməz (Allahı tənzih edirik). Uca Rəbbimiz heç bir şeyə ehtiyac duymayan, hər cür nöqsandan münəzzəh olandır.

Quranda kainatın və həyatın yaradılışına dair bildirilən həqiqət, Allahın yeri, göyləri və ikisi arasında olan hər şeyi yalnız diləmiş və yaratmış olmasıdır. Yaratmaq Allah üçün son dərəcə asandır. Yaradılışın Allahın yalnız “Ol” deməsi ilə reallaşdığı Quranda bir çox ayədə xəbər verilmişdir. Bu ayələrdən bəziləri belədir:

 

… “Allah beləcə istədiyini yaradır. O, bir işin olmasını istədikdə ona ancaq “Ol!” – deyir, o da olur”. (Ali İmran surəsi, 47)

Biz bir şeyi yaratmaq istədikdə, ona ancaq: “Ol!” – deyirik, o da olur. (Nəhl surəsi, 40)

Dirildən də, Öldürən də Odur. O, bir şeyin olmasını istədikdə ona ancaq: “Ol” – deyir, o da olur. (Mümin surəsi, 68)

 

Müsəlman yazıçı Nidhal Quesoumun çox ciddi səhvə düşdüyü aydın görünür. Professor Quesoum yaradılışın təkamül yolu ilə baş verdiyini irəli sürərkən müəyyən ayələri istisna edir. Halbuki Allaha və İslam dininə inanan bir şəxs üçün əsas yol göstərici, Quran və Peyğəmbərimiz (s.ə.v)-in qanunudur. Allah Quranda yaradılışın Özünün “Ol” deməsi ilə baş verdiyini qeyd edərkən, ayələri görməməzliyə vurmaq və Quranda təkamülün müdafiə edildiyini iddia etmək heç şübhəsiz, Qurana zidd mövqedir. Bir müsəlman Allaha qarşı bu cür günah işləməkdən böyük qorxu duyur və belə xətaya düşməkdən diqqətlə çəkinər. Ola bilsin ki, professor Quesoum da Allahın bir çox ayə ilə dəqiq şəkildə açıqladığı yaradılış həqiqətini dərk edər və təcili olaraq səhvindən dönər.

 

  1. Müəllifin digər yanlışı da, insanın palçıqdan yaradılışını “insan palçıqdan təkamül keçirdi” şəklində istifadə etmiş olmasıdır.

Şübhəsiz, bu da çox böyük yanlışlıqdır. Belə ki, insanın palçıqdan yaradılmış olması, təkamül mərhələlər nəticəsində yaradıldığına dəlil və ya işarə deyil. Palçıqdan yaradılışı xəbər verən ayələr, insanın palçıqdan təkmilləşdiyini deyil, insanın təbiətindəki material ilə torpağın ehtiva etdiyi təməl elementlərin ortaq olduğu həqiqətini ortaya qoyurlar.

İnsan toxumaları incələnəndə yer üzündə olan bir çox elementin toxumalarda da olduğu görülür. Canlı toxumaların 95%-i karbon (C), hidrogen (H), oksigen (O), azot (N), fosfor (P) və sulfid (S)-dən əmələ gəlir və canlı toxumalarda cəmi 26 element olur. “Həqiqətən, Biz insanı palçıq cövhərindən yaratdıq”. (Muminun surəsi, 12) ayəsində keçən və azərbaycan dilinə “cövhər” olaraq çevrilən sözün orijinalı ərəbcə “sülalə” sözüdür və “təmsili nümunə, öz, xülasə, əsas” kimi mənalara gəlir. Göründüyü kimi, müasir elm insanın palçıqdan; karbon, hidrogen, azot, fosfor, hidrogen-sulfid kimi yer üzündə olan elementlərdən meydana gəldiyini ortaya qoyaraq Quranın 1400 il əvvəl xəbər verdiyi həqiqəti təsdiq edir.

 

  1. Müəllifin dediyi başqa yalan isə Quranda dünyanın necə meydana gəldiyi mövzusunda izahların olmadığı iddiasıdır.

İlk növbədə qeyd etmək lazımdır ki, Quran Allahın hər şeyin izahı olaraq Dərgahından endirdiyi haqq kitabdır. Quranın bu mühüm xüsusiyyəti ayələrdə bu şəkildə bildirilir:

 

… Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yol göstəricisi, mərhəmət və müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89)

… Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq … (Ənam surəsi, 38)

 

Belə ki, Quranda bir çox elmi və riyazi möcüzənin bildirildiyi və bu məlumatların müasir elmin kəşfləri ilə tam bir harmoniya içində olduğu orta hesabla ümumi mədəniyyətə malik olan hər hansı birinin bildiyi həqiqətdir. Allah Quranın bir çox ayəsində kainatın, canlıların yaradılışından da bəhs etmişdir. Quranı əlinə alıb bir az göz gəzdirən bir insan yaradılışı izah edən bu ayələri dərhal fərq edəcəkdir. Kainatın və insanın yaradılışına dair bir çox ayə varkən “Quran bu məsələlərlə bağlı məlumat ehtiva etməz” deməyin istər ağıla, istərsə də vicdana uyğun hərəkət olmadığı ortadadır.

Digər tərəfdən o da çox maraqlıdır ki, müəllif ilk başda Quranda bəhs edilən “palçıqdan yaradılma” hadisəsini təkamülə dəlil kimi göstərib, başqa sözlə, təkamülə özünə görə Qurandan dəlil gətirməyə cəhd etmiş, bir başqa paraqrafda isə Qurandan yola çıxaraq elmi izah etməyin yanlışlığından bəhs etmişdir. Bu məqamda müəllif özü ilə də ziddiyyətdə olduğunu göstərir.

 

  1. Müəllif təkamülü inkar etməyin müasirlikdən uzaqlaşmaq olduğu fikrinə qapılmış və İslam aləminin təkamülü rədd etdiyi üçün müasirlikdən uzaq qaldığını iddia etmişdir.

Həqiqi mənada müasirlik ancaq Allaha iman etməklə, Allahın olmasını istədiyi həyatı yaşamaqla əldə edilir. İstər Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v), istər mübarək səhabələri, istərsə də keçmişdə yaşamış bütün peyğəmbərlər və onları izləyən möminlər dövrümüzdə yaşasaydılar bu dövrdə yer üzünün ən müasir insanları olacaqdılar. Əgər müsəlman aləmi bu gün müasirlikdən uzaq həyat sürürsə, bu təkamüldən uzaq qaldıqlarından deyil, Allahdan və İslamdan uzaq olduqlarından qaynaqlanır. Allaha tam təslim olduqları və Allahın əmrlərini tam yerinə yetirdikləri təqdirdə Allah müsəlman aləmi üzərində nemətlərini artıracaq, geniş bolluq və bərəkət meydana gətirəcək, onlara elmdə, texnologiyada, sənətdə böyük güc və qabiliyyət verəcəkdir. Hz. İsa (ə.s) və hz Mehdi (ə.s)-ın başçılığı ilə bu nemət artımı inşaAllah daha da çoxalacaqdır.

Bu açıq həqiqətə baxmayaraq bəzi müsəlmanlar qərbin Allahdan, dindən uzaq həyatına bənzətməkdə, dinsizliyi müasirlik kimi görmək fikrinə qapılırlar. Özlərini müasir olmaq üçün materialist fikrə gəlmək məcburiyyətində olduqlarını düşünməkdə, cahil, dindən imandan güzəştə getməyi nəzərə alaraq dindən uzaq həyat sürən təbəqələrə özlərini sübut etməyə çalışırlar.

Bu kimi müsəlmanlar eyni əzik davranışlarını təkamülçülər qarşısında da davam etdirirlər. Halbuki yazıq olan tərəf inananlar yox, özlərini müdafiə etmək üçün nə elmi əsasları, nə də dəlilləri olmayan təkamülçülərdir. Təkamülçülər, nəzəriyyəyə olan ideoloji bağlılıqları səbəbiylə demaqoqluq edərək və qarşı psixoloji təzyiqlə susdurmağa çalışaraq nəzəriyyələrini ayaqda saxlamağa cəhd göstərirlər. Çünki müdafiə etdikləri nəzəriyyənin çətinliklərini çox yaxşı bilirlər. Bu səbəbdəndir ki, bu müəmmaları illərlə elm saxtakarlıqları ilə bağlamağa çalışmışdılar. Ancaq haqq ortaya çıxmış, batil yox olmuşdur; təkamül nəzəriyyəsinin heç bir əsasının olmadığı, nəzəriyyənin inkişaf edən elm qarşısında tamamilə məğlubiyyətə uğradığı görülmüşdür. Həqiqətən bu gün təkamül nəzəriyyəsi ibtidai məktəb səviyyəsindəki məlumatlarla belə səhv olduğu asanlıqla başa düşülən, çökmüş nəzəriyyədir. (Baxın: www.evrimcilerinitiraflari.com)

 

  1. Müəllifin digər yanlışı da, cənab Adnan Oktarın Harun Yəhya imzası adı ilə dünya miqyasında nəşr etdirdiyi əsərləri ilə bağlıdır.

Cənab Adnan Oktar darvinizmin dünyaya gətirdiyi zərərlər və təkamül nəzəriyyəsinin müasir elm qarşısındakı məğlubiyyəti ilə bağlı hazırladığı əsərlərin müsbət təsiri bu gün bütün dünya tərəfindən qəbul edilir. Dünyaca məşhur elmi jurnallarda cənab Adnan Oktarın uğuru ilə bağlı onlarca məqalə dərc etmişdir. Hətta Professor Quesoum belə məqaləsində hər nə qədər qarşı olduğunu bildirmiş olsa belə, cənab Adnan Oktar təkamülə qarşı davam etdirdiyi kampaniya təsirinə də bu sözlərlə toxunmuşdur:

 

“Müasir müsəlman mədəniyyətində çox güclü əsaslı mövqe vardır. Bunlardan ən dəqiq və güclüsü, son on il, bəlkə daha da artıq bir müddətdir ki, İngiltərə və Fransa daxil olmaqla bütün dünyadakı müsəlmanlara etdikləri mühazirə turları və pulsuz kitab paylamaları ilə xitab edən Harun Yəhya və qrupudur”.

 

Cənab Adnan Oktar dünya miqyasında fövqəladə təqdir toplayan əsərləri bir çox insanın iman etməsinə, bir çoxunun da imanda dərinləşməsinə vəsilə olur.