İngiltərədə fəaliyyət göstərən “The Christian Institute” adlı təşkilatın internet saytında yer alan bir xəbərə görə, Qlazqov Universitetindən Robert Deyvis adlı təhsil mütəxəssisi, Riçard Doukins kimi ateistlərin Şotlandiya məktəblərində digər görüşləri aradan qaldıraraq tədris planını tək tərəfli təhsilə zorladıqlarını bildirmiş və pedaqoqlara əhəmiyyətli xəbərdarlıq etmişdir.
Professor Robert Adams tərəfindən şotland tədris planının sözügedən ateist lobbinin təzyiqi altında olduğunu belə ifadə etmişdir:
“Ateizmdən başqa fikirləri ortadan qaldırmağa çalışırlar və bu fikirlərin yanlış və əsassız olduğunu, təhsil və tədrisdə heç bir şəkildə yer almamasını deyirlər. Bu halda Yaradılış inancının tədris planında olma hüququ ortadan qaldırılmış olur. Şotland tədris planı heç şübhəsiz böyük təzyiq altındadır. Bu adamların pedaqoqlar üzərində güclü təsiri var və bunun mütləq sorğu-sual olunması lazımdır”.
Məlum olduğu kimi, cənab Adnan Oktar illərdir, dünyanın hər yerində, bütün məktəblərdə və universitetlərdə darvinizmin rəsmi olaraq öyrədildiyini, məktəb rəhbərliyinin, hətta dövlət rəhbərlərinin buna səs çıxara bilmədiklərini danışır. Cənab Oktar istər yazdığı əsərlərdə, istərsə də yerli və xarici mətbuata verdiyi müsahibələrdə təkamülün dünyanın hər bir ölkəsində sanki rəsmi ideologiya halına gəldiyini dəfələrlə bildirmişdir. Bütün dünyada tələbələr, heç bir elmi dəlil ilə dəstəklənməməsinə və elmi olaraq tamamilə məhv olmasına baxmayaraq, bütün fənn dərslərində təkamül nəzəriyyəsini öyrənirlər. Qısacası, bütün dünyada tək tərəfli təhsil aparılır, elmi dəlilləri Yaradılış reallığından dərslərdə bəhs edilmir. Halbuki təhsilin azad olması, dərslərdə təkamül ilə yanaşı, Yaradılışın da öyrədilməsi lazımdır.