Malayziyada nəşr edən “The Malaysian Insider” xəbər saytı 6 fevral 2012-ci il tarixində Zurairi Ar adlı təkamülçü yazarın məqaləsinə yer vermişdir.

Sözügedən məqalədə müəllif 2004-cü ildə Malayziyada keçirilən sorğudan bəhs edərək “İnsanlar qədim dövrlərdə yaşayan heyvan cinsindənmi təkamülləşdi? sualına xalqın yarısından çoxunun “bəli” deyə cavab verdiyini, ancaq 2008-ci ildə yenə də xalqın yarısından çoxunun eyni sualı bu dəfə “yox” deyə cavablandırdığını xatırladır, beləliklə, Malayziyada təkamülü inkar edənlərin sayının 4 il ərzində böyük artım göstərdiyinə diqqət çəkir.

Müəllif sonrakı səhifələrdə isə, beynəlxalq mətbuatda hörmətli Adnan Oktarın təkamül əleyhinə kitablarının təsiri ilə İngiltərədə bəzi tibb tələbələrinin təkamül biologiya dərslərində iştirak etmək istəmədiklərinə dair tez-tez məlumatlar yer aldığından bəhs edir. Sözügedən yazıda Malayziya dövlət televiziyası olan Alhirac TV-də “Allahın işarələri” adlı proqramın yer aldığını və bu proqramın Malayziyada Harun Yəhya adı ilə tanınıb sevilən cənab Adnan Oktarın çalışmalarından bəhrələnərək hazırlandığı da bildirilir.

Bütün digər təkamülçülər kimi Zurairi Ar adlı müəllifin də cənab Adnan Oktarın bütün dünyada milyonlarla insan tərəfindən oxunan və heyranlıqla təqib edilən təkamül əleyhinə əsərlərinə göstərilən diqqətə və bu əsərlərin darvinizmə endirdiyi ölümcül zərbənin şiddətindən narahat olduğu anlaşılır. Cənab Oktarın əsərlərinin darvinistləri bu qədər narahat etməsinin səbəbi, bu əsərlərin təkamül nəzəriyyəsinin əsassızlığına dair elmi dəlilləri bir-bir ortaya qoyması və bunun nəticəsində darvinist, materialist və ateist dairələrin ideologiyalarını əsaslandırdıqları guya elmi əsasın çökmüş olmasıdır.

Hər nə qədər oxşar təkamülçü iddiaların cavabları səhifələrimizdə dəfələrlə nəşr edilmiş olsa da bu məqalədəki iddialara və təkamülçü yanlışlara cavablar bir daha aşağıda yer alır:

 

1) Din ilə elmin toqquşduğu yanlışı:

Haqq din və elm heç bir şəkildə zidd düşməz. Din kainatın və həyatın necə var olduğu sualına ən doğru və düzgün cavab verən yeganə mənbədir. Bundan başqa, din, elmi, yaradılışdakı detalları görüb Allahın Ucalığının təqdir edilməsinə bir yol olaraq açıq şəkildə təşviq edir. Başqa sözlə, kainatı və bütün canlıları tədqiq etməyin və Allahın yaratma sənətini kəşf edərək bəşəriyyətə açıqlamanın əsas yoludur elm.

Din ilə elmin toqquşduğuna dair əsassız iddianı müdafiə edən insanların içinə düşdükləri ən böyük səhv, haqq dinin mənbəyi olan Quranı bilmədən, anlamadan hökm vermələridir. Quranı oxuyan bir şəxs açıq şəkildə görür ki, Allah Quranda insanları, göylərin, yerin, ayın, günəşin, ulduzların, dağların, ağacların, bitkilərin, toxumların, heyvanların, gecə ilə gündüzün meydana gəlişinin, insanın doğumunun, yağışın və yaradılmış daha bir çox varlığın üzərində düşünməyə və bu varlıqları tədqiq etməyə çağırır.

Beləliklə Uca Rəbbimiz bütün bəşəriyyətə elm sahibi olmağı və elm yaymağı tövsiyə edir. Quranda bu barədə onlarca ayə yer alır. Quranı araşdıran bir insan din ilə elmin toqquşduğu iddiasını irəli sürməyin nə qədər boş olduğunu dərhal hiss edəcəkdir. (Ətraflı məlumat üçün baxın, “Quran Elmə Yol Göstərir”, Harun Yəhya)

Allahın göyü, yeri, dağları, bitkiləri, suyu, toxumları və ya ağacları araşdırmaları üçün insanları təşviq etdiyi, başqa sözlə, insanlara bu istiqamətdə elmi araşdırmalar aparmağı tövsiyə etdiyi çoxsaylı ayədən bir neçəsi belədir:

 

Məgər onlar başları üstündəki göyə baxıb onu necə yaratdığımızı və necə bəzədiyimizi görmürlərmi? Orada heç bir yarıq da yoxdur. Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və gözoxşayan bitkilərin hər növündən yetişdirdik. Bunu, Allaha üz tutan hər bir qul üçün ibrət və öyüd-nəsihət olsun deyə belə etdik. Biz göydən bərəkətli su endirdik, onunla bağlar və biçilən taxıl dənələri bitirdik. Eləcə də meyvələri salxım-salxım asılmış hündür xurma ağacları bitirdik. (Qaf surəsi, 6-10)

 

2) Təbii seleksiyanın yeni bir növ ortaya çıxardığı yalanı:

Bu da təkamülçülərin heç bir elmi əsası olmayan başlıca iddialarından biridir və cənab Adnan Oktarın Harun Yəhya təxəllüsü ilə yazdığı əsərlərdə, istərsə də Harun Yəhya nümayəndələrinin dünyanın dörd tərəfində verdikləri konfranslarda dəfələrlə məhv edilmişdir.

Qısaca xatırlatmaq lazım gələrsə; təbii seleksiya, növlərin keçirdikləri və bir-birinə çevrildikləri iddiasına ən kiçik töhfə vermir, buna görə də təkamül nəzəriyyəsinə heç bir şey qazandırmır. Çünki bu mexanizm heç vaxt bir növün genetik informasiyasını zənginləşdirib inkişaf etdirmir. Sözügedən mexanizm bir növü başqa növə heç vaxt döndərə bilməz; Məsələn, dəniz ulduzunu balığa, balıqları qurbağaya, qurbağaları timsaha, timsahları da quşa çevirə bilməz.

Təbii seleksiya təbiətdə bir həyat mübarizəsi olduğu və bu mübarizədə həyatda qalanların həmişə güclü və təbii şərtlərə uyğun canlılar olacağı fərziyyəsinə əsaslanır. Buna görə, məsələn, yırtıcı heyvanların təhdidi altında olan maral sürüsü içində yalnız sürətli qaçan marallar həyatda qalacaq. Bu səbəbdən bir müddət sonra bu maral sürüsü sürətli qaçan marallardan ibarət hala gələcəkdir. Yəni təbii seleksiya bu canlı növü içindəki şikəst, zəif ya da ətraf mühitə uyğun gəlməyən fərdləri təmizləyəcəkdir. Nə var ki, təbii seleksiya bu məqamda yeni bir canlı növü, yeni genetik məlumat və ya yeni orqanlar ortaya çıxarmayacaq ki, yəni darvinistlər irəli sürdüyü kimi canlıları “təkamülləşdirməyəcəkdir”.

Bu gün bir çox təkamülçü təbii seleksiya ilə təkamül nəzəriyyəsinin müşahidə və təcrübələr qarşısında qətiyyən səmərəsiz olduğunu qəbul edir. Çünki Darvindən bu yana, təbii seleksiyanın canlıları təkamülləşdirdiyinə dair tək bir tapıntı ortaya qoyulmamışdır; Qoyulması da mümkün deyil. Belə ki, Darvin də bu həqiqəti “faydalı dəyişikliklər meydana gəlmədiyi müddətcə təbii seleksiya heç bir şey edə bilməz deyərək qəbul etmişdir. (Ətraflı məlumat üçün baxın, Təkamül yalanı, Harun Yəhya, Təkamül Nəzəriyyəsinin Süqutu)

 

3) Təkamül nəzəriyyəsinin elmi dəlillərlə dəstəkləndiyi yanlışı:

Əvvəla qeyd etmək lazımdır ki, Darvinin nəzəriyyəsini ortaya atdığı gündən bu yana təkamül fikri bircə elmi dəlillə belə dəstəklənməmişdir. Əksinə, müasir elm və texnologiya təkamül nəzəriyyəsini çürütmüş, Darvinin ibtidai elm anlayışı ilə ortaya atdığı iddiaları bir-bir əsassız etmişdir. Digər tərəfdən darvinistlər nəzəriyyələrini sübut etmək üçün yaratdıqları bütün dəlillər həmişə saxta çıxmış, etdikləri elm saxtakarlıqları hər dəfə ifşa edilmişdir. (Darvinistlərin elm saxtakarlıqlarını buradan ətraflı araşdıra bilərsiniz.)

Zurairi Ar adlı müəllif internetdə kiçik araşdırma etsə dərhal görəcəkdir ki, Darvinin ortaya atdığı təkamül nəzəriyyəsi bu günə qədər bircə elmi dəlillə belə dəstəklənməmişdir.

Məlum olduğu kimi, Darvin nəzəriyyəsini elmi baxımdan son dərəcə ibtidai şərtlərdə ortaya atmışdı. Darvin hüceyrənin orqanoidlərini tanımır, “gen” adlı anlayışı bilmirdi. Canlıların müxtəlif ekoloji təsirlər nəticəsində yeni xüsusiyyətlər aldığını və bunu digər nəsillərə ötürdüyünü məhz bu şərtlər altında cəhalət içində iddia etmişdi. Genetika elmi, Darvinin ölümündən sonra, ancaq 20-ci əsrdə ortaya çıxmış və canlıların sonradan qazandıqları dəyişikliklərin sonrakı nəsillərə ötürülməsinin imkansız olduğu dəqiq şəkildə ortaya qoymuşdu.

20-ci əsrdəki elmi irəliləyişlər, genetika, molekulyar biologiya, biokimya, paleontologiya Darvinin “xəyali təkamül mexanizmi” təbii seleksiyasının təkmilləşdirici heç bir rolunun olmadığını tam olaraq isbat etmişdi. Təbii seleksiyanın sonra mutasiyaların da təkmilləşdirici rolunun olmadığı ortaya çıxdığı zaman fosil qeydlərinə gəlmişdi. Fosil qeydlərinin gətirdiyi nəticə isə darvinistləri əsl mənasında şok etdi. Belə ki, illərlə axtarılan xəyali ara fosillər yer üzünün heç bir yerində tapılmadı. İndiyə qədər aparılan bütün tədqiqatlar nəticəsində bircə ara fosil nümunəsi də üzə çıxmadı, bu da təkamül kimi prosesin yer üzünün heç bir dövründə baş vermədiyini açıq şəkildə sübut etdi.

 

4) İnsanın mənşəyinin təkamüllə açıqlandığı yanlışı:

Təkamül nəzəriyyəsi insanın mənşəyini heç bir şəkildə açıqlaya bilməməkdir. Darvinistlər insanlarla meymunların ortaq atadan gəldikləri iddiasını elm saxtakarlıqlarına müraciət etmək yolu ilə 1.5 əsrdir ki, ayaqda saxlamağa çalışsalar da insanın təkamülü iddiasını dəstəkləyəcək tək bir elmi kəşfə də əldə edə bilməmişlər. Bu səbəbdən darvinistlər insanın təkamülünün təkamül nəzəriyyəsinin ən böyük düyünlərindən birini təşkil etdiyini çox yaxşı bilirlər, lakin eyni iddianı israrla müdafiə edirlər. Nə var ki, artıq bir çox təkamülçü paleontoloq insanların fosil qeydlərindən anidən çıxdıqlarını etiraf edir, digər bir ifadə ilə, insanın yer üzündə birdən-birə, yəni heç bir təkamül əcdadı olmadan ortaya çıxdığını qəbul edirlər. Bu mövzuda ətraflı məlumat əldə etmək üçün baxın: http://www.evrimcilerinitiraflari.com/16.htm

 

5) Müsəlman elm adamlarının Orta Əsrlərdə təkamülü müdafiə etdikləri iddiası və günümüzdə nümunə gətirmələri yanlışı:

Zurairi Ar adlı həmin müəllifin və eyni fikri müdafiə edən digər bütün müsəlmanların qəbul etmələri lazımdır ki, Quranda təkamül ideyasına heç bir şəkildə yer yoxdur. Quran ayələrində Yaradılışın təkamüllə olduğuna dair heç bir məlumat və ya işarə olmaz. Quranda, canlıların bir-birlərindən törədiyi və aralarında təkamüllü bir əlaqə olduğu fikrini dəstəkləyən tək bir ayə belə yer almaz. Əksinə, Quranda, Allahın kainatı və bütün canlıları bircə anda, “Ol” əmri ilə var etdiyi bildirilir. Allah dilədiyini, dilədiyi şəkildə və zamanda, nümunəsiz olaraq yoxdan var edəndir.

Uca Allahın yaratmaq üçün (haşa; Allahı tənzih edirik) hər hansı bir vasitəyə ya da müəyyən mərhələlərə ehtiyacı yoxdur. Dünya bir imtahan yeri olduğu üçün Allah kainatdakı hər şeyi təbiət qanunlarına bağlı olaraq yaratmışdır. Ancaq Rəbbimiz bütün bunlardan uzaqdır, heç bir şeyə ehtiyacı olmayandır.

Ayələrdə kainatın və həyatın Allahın “Ol” deməsi ilə meydana gəldiyindən belə bəhs edilir:

 

… Allah beləcə istədiyini yaradır. O, bir işin olmasını istədikdə, ona ancaq “Ol!” – deyir, o da olur”. (Ali İmran surəsi, 47)

Biz bir şeyi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyirik, o da olur. (Nəhl surəsi, 40)

Dirildən də, Öldürən də Odur. O, bir şeyin olmasını istədikdə, ona ancaq: “Ol” – deyir, o da olur. (Mümin surəsi, 68)

 

Müəllifin gəldiyi digər mühüm səhv isə, Qurandan kənar fikirləri müdafiə edən bəzi insanları müsəlmanlara nümunə verməkdir. Halbuki müsəlmanların nümunə götürdükləri insan yalnız Peyğəmbərimiz (s.ə.v)-dir. Bir müsəlman Quranı meyar almayan insanları heç vaxt özünə nümunə götürməz. Ümid edirik ki, Zurairi Ar adlı yazıçı da müsəlman olduqlarını iddia etdikləri halda Quranı diqqətə almayan insanları nümunə götürməkdən və başqalarına nümunə verməkdən imtina edər və bir an əvvəl Allahın Dərgahından endirdiyi Qurana dörd əllə sarılaraq Quranın ardıcıl müdafiəçisi olar. (Ətraflı məlumat üçün baxın: http://adnanoktar.az/az/books/225392/ )