Header

Ənbiya surəsi, 90-cı ayənin təfsiri

Aa4a

Ənbiya surəsi, 90-cı ayənin təfsiri

Adnan Oktar: “Ümid və qorxu ilə Bizə dua edərdilər“ -deyir, Ənbiya surəsi 90-cı ayə. Demək ki, müsəlman, cənnətdən əmin ola bilmir: ümid və qorxu arasında olur, ümid və qorxu arasında. Baxın, “Rəblərinə qorxu və ümidlə dua edərlər”. (Səcdə surəsi, 16). Bu səbəbdən biri çıxıb da “Ey camaat! mən hz. Mehdi (ə.s)-am” deyərsə küfrə düşər. Tərəfdarları deyərsə ki, bu şəxs hz Mehdi (ə.s)-dır, küfrə düşərlər. Ayə açıqdırmı? Açıqdır. Hədislər də açıqdır. O zaman Mehdiyyət nədir? Hüsn-ü zənndir, yəni zənni qalib ilə düşünə bilərik, “bəlkə” deyəcəyik, “Allahualəm” deyəcəyik. Qəti hz. Mehdi (ə.s)-dır deyə bilmərik, küfrə düşərik, Allah verməsin. Əlbəttə Allahdan qorxan üçün, Quranı Kitab kimi qəbul edən üçün. Amma bütləri ilah qəbul edən, filan müəllim, filan alimin yazdığı əsəri, xurafat kitablarını büt götürən üçün bu hökmlər, bu Quran hökmləri etibarlı deyil. Münafiq Quranı əsas götürməz. Nəyi əsas götürər? Bütləri.

Sən Quran ayəsi göstərərsən, “mənim bütümdə başqa cür deyir” -deyər. Biz sənin bütünə görə deyil, Qurana görə hərəkət edirik. Münafiq Qurandan nümunə vermək istəməz. Həmişə bütlərdən nümunə vermək istəyər. Həmişə zənn və təxminlə yalan danışar. Baxın Quranın hökmü açıqdır burada, Allahın ayəsi açıqdır: “Rəblərinə qorxu və ümidlə dua edərlər”. (Səcdə surəsi, 16). Hz. Mehdi (ə.s)-ın o olduğu dəqiq olmuş olur. Yəni Mehdilik iddia edirsə adam, qorxmasına da ehtiyac yoxdur, o düşüncə ilə, o məntiqlə ümid etməsinə də ehtiyac yoxdur, dəqiqləşmiş olur. Ancaq peyğəmbərlərə vəhylə bildirilir cənnətlik olduqları. Onlar təbii ki, yenə qorxaraq ümid edərək dua edərlər amma hökm qətidir, yəni onların cənnətə gedəcəyi qətidir, inşaAllah. O, yalnız peyğəmbərlərə məxsus bir şeydir, bir imtiyazdır, bir xüsusiyyətdir.

Hz. Mehdi (ə.s) peyğəmbərmi? Deyil. Vəhy alırmı? Kitab sahibimi? Deyil. Vəhy alar da yəni, arının vəhy alması kimi, hz. Məryəmin vəhy alması kimi, hz. Musanın anasının vəhy alması kimi, ilham tərzində. İnsanların vicdanına gələn məlumat da ilhamdır. İnsan vəhy aldığını bilməz, məsələn vicdanına bir məlumat gəlir Allahdan, o ilhamdır, vəhydir amma xəbəri olmaz. Kimsə də ondan məsul olmaz. “Mən peyğəmbərəm” deyə bilməz. “Mənə Allahın hökmü gəldi buna riayət et” deyə bilməz. Dediyində, küfrə düşər. Çünki Rəsulullah (s.ə.v) son peyğəmbər, son Nəbi, son Rəsuldur, inşaAllah. Yəni kitablı peyğəmbər olaraq, başqa peyğəmbər gəlmir. Hz İsa (ə.s) gələcək, lakin o, Qurana tabe olaraq gəlir, Məhəmmədi olaraq gəlir, yeni bir hökm gətirmir, inşaAllah.

images (5)

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313