Darvinistlərin iddiaları elmdən həmişə uzaq olub və hər zaman yalnız demaqoq və saxta dəlillərlə nəzəriyyələrini ayaqda saxlamağa çalışmışlar. Elmi heç bir izahat vermədən, sadəcə sözü çevirərək, məsələ ilə yaxından uzaqdan əlaqəsi olmayan terminlər istifadə edib, mürəkkəb ifadələrlə “uzunçuluq” edərək insanları aldadırlar. Bunlar təkamülçülərin məlum olan xüsusiyyətləridir ancaq son zamanda darvinistlərin demaqoq izahatlarına bir yenisi daha əlavə olunur.
Canlılardakı quruluşların üstün cəhətlərini vurğulamaq üçün istifadə edilən, “mükəmməl, möhtəşəm, qüsursuz” kimi ifadələr darvinistləri qorxudur. Belə ifadələr üçün özlərinə, “bunlar elmin terminləri deyil, insani terminlərdir. Mükəmməl hüceyrə deyə heç nə olmaz, bunun ölçüsü nədir?” Kimi cavablar verirlər.
Bunun səbəbi isə: Davinistlər də əslində canlılardakı həssas əyar, qızıl nisbət, simmetriya, iş bölümü ya da planlaşdırma kimi fövqəladə rejim və davranışları təkamül nəzəriyyəsi ilə açıqlaya bilirlər. Və son bir çırpınışla, bir müdafiə mexanizmi kimi, terminlərə hücum edirlər. Qısası, darvinistlər bu ifadələrin istifadə edilməməli olduğunu iddia edəcək qədər yazıq vəziyyətə düşmüşlər.
Darvinistlər niyə “mükəmməllik” anlayışını rədd edirlər?
“Mükəmməllik” elmi ifadədir. Çünki canlı quruluşları, insanın qabiliyyətlərini, bəzən də anlayış gücünü aşan gözəlliklər göstərir. Məsələn, bitkilərin etdikləri fotosintez prosesinin mərhələləri hələ də tam olaraq bilinmir və ya fotosintez kimi əməliyyatı aparan maşın hələ meydana gətirilməmişdir. 1-2 qramlıq quşların necə olur ki, minlərlə kilometr məsafəni köç etməsi cəhətlərini necə tapdıqları və necə olub ki, buna qadir olduqları tam olaraq aydın deyil. Arı pətəyindəki quruluşun möhtəşəmliyini, pətəklərdə düzgün altıbucaqlı necə yarandığı, termit yuvalarında ventilyasiya sistemindəki möhtəşəmlik heyranedicidir.
Əslində darvinistlər də bu kimi məsələlərin çoxluğunu, canlılardakı xüsusiyyətlərin tam mükəmməl olduğunu və bunları təkamüllə bəyanat verə bilməyəcəklərini çox yaxşı bilirlər. Ancaq buna baxmayaraq, “mükəmməllik” anlayışını var gücləri ilə inkar edirlər. Bunun tək səbəbi, öz iddialarına görə təsadüfən var olmalı olan bir quruluşda, mükəmməlliyin varlığının imkansız olmasıdır.
Təsadüflər mükəmməli meydana gətirə bilməzlər. Simmetriya, qızıl nisbət başa düşməzlər. Molekulyar səviyyədə aralarında iş bölümü edən, əskik nöqsan buraxmayan, səhvləri test edən və bunları düzəldən sistemlər bütünü meydana gətirə bilməzlər. Təsadüflərin yaradacağı; heç bir şeydir, ya da əyri, azğın, xırda, şikəst, xəstə formalardır. Elə bu səbəbdən darvinistlər “mükəmməl”, “fövqəladə”, “qüsursuz” kimi sözlərdən olduqca narahat olurlar.
Darvinistlər qaçmağa çalışsalar da həqiqətlər aşkardır
Darvinistlərin “susdurma siyasətləri ilə” qaçmağa çalışdıqları həqiqət budur:
- Proteinlər hüceyrə içində bir-birindən olduqca fərqli vəzifələr yerinə yetirər. Hər bir protein əmələ gəldiyi anda haraya gedəcəyini və nə edəcəyini bilir. Biri DNT-ni örtür, biri protein sintezində şifrənin yerini işarələyir, biri hormon olur kommunikasiyanı təmin edir, digəri ferment olur reaksiyaları katalizə edir. Darvinistlər, hüceyrə içindəki minlərlə proteindən bir dənəsinin vəzifəsini laboratoriyada belə aparmağı bacarmırlar. BUNDAN BAŞQA, TƏK BİR PROTEİNİN NECƏ YARANDIĞINI İZAH EDƏ BİLMƏZLƏR. İnsanın bacarıqları çərçivəsini aşan belə bir struktur tək bir sözlə mükəmməldir.
- DNT bir sənət əsəridir. Təxminən 2 metrlik spiral, 46 xromosoma bölünərək, dünyanın ən mürəkkəb sarıma metodu ilə 1-2 mikronluq hüceyrə nüvəsinin içində sarılı vəziyyətdədir. Bu sarınma prosesini aparanlar fermentlər və proteinlərdir. Əgər darvinistlər bunda mükəmməllik olmadığını iddia edirsə, bunun bənzərini, ən azından oxşarını yaratmalıdırlar.
- Bir yarpağın içindəki xloroplast, insanların mexanizmini belə tam olaraq həll edə bilmədiyi qeyri-adi fotosintez prosesini heyranedici ustalıqla edər. Əgər bu sistem darvinistlərə görə mükəmməl deyilsə, bunun bir bənzərini və ya oxşarını yaratmalıdırlar.
- Antarktikada yaşayan ayı balığı -560C dərəcə soyuqda yaşaya bilir və çox dərinlərə dala bilir, ancaq sıx və ani təzyiq dəyişikliyi üzündən yaranan vurğun ona təsir etmir, çünki tənəffüs borusu digər bir çox məməli axına dairəvi deyil, düz-oval formalıdır və yüksək təzyiq altında dərhal bağlanır. Həmçinin ciyərlərini də bağlama imkanına malikdir. Bu xüsusiyyət, mükəmməldir.
- Bir toxum; bir çiçəyə, bir meyvəyə, bir ağaca aid bütün məlumatları toplama və heç vaxt unutmama qabiliyyətinə malikdir. Əgər darvinistlər bunda bir mükəmməllik olmadığını iddia edirlərsə, o toxumun içində necə məlumat saxlandığını, bunun necə olur ki, illərlə hətta əsrlərlə mühafizə edildiyini açıqlamalıdırlar.
- Bir milçək quşunun qəlbi gün ərzində saniyədə 500-1200 dəfə çırpar. Gecə isə quşun ürəyi o qədər yavaşlayır ki, nəbzi sanki dayanır, hətta quş nəfəs almır kimidir. Bu quşlar boylarına görə qırıcı təyyarədən daha çox yanacaq sərf edərlər. Əgər biz bu qədər enerji sərf etsəydik, bədən temperaturumuz 400 dərəcəyə qalxardı və bu enerjini ödəmək üçün, hər gün 45 kilo şəkər yemək məcburiyyətində qalardıq. İnsan üçün qeyri-mümkün olan bir prosesi bu kiçik canlının həyata keçirməsi möhtəşəmdir.
- Bir yarasanın sonar sistemini, arıların istiqamət təyin edə bilmə qabiliyyətini, bakteriyaların ayırma qabiliyyətlərini, bir əqrəbin ultrabənövşəyi şüalara belə dözümlü quruluşunu, səməndərin öz orqanlarını yenilənməsini və canlıların istisnasız hər birindəki fərqli qabiliyyətlərini darvinistlər təkamülün iddiaları ilə açıqlamalıdırlar. Bunları edə bilmədiklərinə görə, canlılar, insanlardan daha üstün quruluşlara sahibdir və bunlar heyranedici xüsusiyyətlərdir. Elə bu da bizə “mükəmməllik, möhtəşəmlik və qüsursuzluq” olduğunu göstərir.
Dünya həyatının yaradılış sirrini qəbul etmək istəməyən darvinistlərə cavab:
Niyə canlıların bəziləri sonar sisteminə malikdir, bəziləri yox?
Bu, dünya həyatının yaradılış sirrini heç cür qəbul etmək istəməyən darvinistlərin tez-tez müraciət etdikləri bir sual növüdür.
Bu sualın cavabı budur: Bir sonara sahib delfin, insanlardan bu baxımdan üstündür və ya orqanları yenilənən bir səməndər də insandan bu baxımdan üstündür.
İnsan bədənində gözəlliklər olduğu kimi, digər canlılarda da insandan daha üstün formalar var edilmişdir. Fərqli xüsusiyyətlərin hamısının Yaradıcısı Allahdır. Allah istəsə, bütün bunları hər bir canlıda yaradır. Belə ki, cənnətdəki yaradılma belə olacaqdır. İnsanlar cənnətdə, hər cür xüsusiyyətə, aliliyə, qüsursuzluğa və ölümsüzlüyə malik olacaqlar. Delfində sonarın varlığını bilmək, Allahın üstünlüyünü təqdir etmək üçün kifayətdir. Səməndərdə orqanların bərpa olunduğunu bilmək, Allahın bunu etməyə qadir olduğunu anlamaq üçün kifayətdir. İnsanda bunların olmaması, insanın dünyada imtahana tabe olduğuna görədir.
İnsan qüsurlarla imtahan olacaq, cənnəti, yəni tam mənada nöqsansızlığı istəyəcək. Buradakı məqsədi görə bilməyib “dünyada çatışmazlıq var, heç bir şey qüsursuz deyil” demək, insanın yaradılış məqsədinin fərqində olmamasıdır. Bizə Allahın yaratma sənəti ilə bağlı verilən ən böyük dəlil, bu kainatda hər yerdə qarşımıza çıxan mükəmməlliklərdir. Biz bu dəlillərdən Uca Yaradanımızın hər şeyə qadir olduğunu, dilədiyi an, dilədiyi varlıqda, istədiyi üstünlükləri yaradacağını və cənnətdə bunların hamısını hətta daha da artığını mütləq var edə biləcəyini başa düşərik.
Elə bu səbəbdən, gözəlliklər bizim üçün çox böyük nemətlərdir. Gözəlliklər, elmin bizə göstərdiyi həqiqətlərdir. Gözəlliklər yalnız darvinistləri narahat edir. Çünki hər bir mükəmməllik, təkamül nəzəriyyəsini yerlə bir edər. Elm inkişaf etdikcə meydana çıxan yeni möcüzələr, təkamül nəzəriyyəsini dağıtmağa davam edəcəkdir. Darvinistlər də bu mükəmməlliklərdən sıxıntı duymağa davam edəcəklər. Arzumuz əlbəttə, onların da bu gözəlliklərdən zövq alması və hər şeyi Yaradan Uca Rəbbimizi ürəkdən, səmimiyyətlə gərəyi kimi təqdir edə bilmələridir.