Heyvanların sadəcə vəhşi tərəflərini göstərən kanallar bir növ darvinist təbliğat edirlər.

Xüsusilə son dövrlərdə mühafizəkar olaraq tanınan müxtəlif TV kanallarının sənədli filmlərində amansız, vəhşi təbiət təsviri verilir. Təkidlə, demək olar ki, hər axşam olan yayımlarda, canlıların ovlanma videolardan başqa təsvirə yer verilmir. Canlılardakı möhtəşəm quruluşlar, fədakar ya da ağıllı davranışlar haqqında heç bir məlumat izah edilmir.

Təkidlə bu tip təsvirlərin sənədli film adı altında göstərilməsi, əslində bir növ darvinist təbliğat üsuludur. Bu şəkildə, darvinizm və ya təkamül nəzəriyyəsi adları istifadə edilmədən, darvinist ideologiyanın əsasını təşkil edən vəhşilik, dava, mübarizə və qarşıdurmanın təbiətdə “təbii olaraq” var olduğu mesajı verilir. Sözügedən sənədli filmləri izləyən insanlarda, canlılar arasında güclünün zəifi əzdiyi sistemin hökm sürdüyü təəssüratı buraxılmaq istənilir.

Bu fikrə alışdırılan tamaşaçılar, tarixin ən böyük kütləvi yalanına yəni təkamül nəzəriyyəsinə bir növ uyğunlaşdırılırlar. Güclünün gücsüzü əzdiyi və beləliklə, zəif növlərin istisna edərək güclü növlərin ayaqda qaldığını iddia edən təkamül nəzəriyyəsinin təməl və azğın fikrinə şahid olmaq halına gətirirlər. Bir sözlə “sənədli film” adı altında göstərilən BU VƏHŞİLİK SƏHNƏLƏRİ İLƏ AÇIQ ŞƏKİLDƏ DARVİNİZM TƏBLİĞATI APARILIR.

Təəccüblü olan, sözügedən kanallarda EYNİ CANLILARIN FÖVQƏLADƏ XÜSUSİYYƏTLƏRİNƏ VƏ FƏDAKAR DAVRANIŞLARINA HEÇ BİR ŞƏKİLDƏ YER VERİLMƏMƏSİDİR. Bir canlının digərini ovlayaraq yemək ehtiyacını qarşılaması doğrudur, canlıların bir qismi bu şəkildə yaradılmışdır. Amma ov etmək canlının minlərlə xüsusiyyətindən yalnız biridir. Heyvanlar o qədər möhtəşəm xüsusiyyətlərə malikdirlər ki, sözügedən kanallarda bu məsələlərə heç yer verilməməsi həqiqi mənada təəccüblüdür.

Fillərin toplum olaraq bala bir fili qorumaq üçün fövqəladə tədbirlər alması, bir timsahın caretta caretta balalarını dişlərinin arasında dənizə qədər daşıması, dişi və erkək sihlid balıqlarının yumurtalarını zərər görməsin və daha çox oksigen alsın deyə növbə ilə şişirtmələri, erkək pinqvinlərin qış ayı boyunca heç yemək yemədən və hərəkət etmədən yumurtalarını ayaqları üzərində daşımaları kimi möcüzəvi xüsusiyyətlər heç bir şəkildə əsas məsələ edilmir. Quşların özlərinə yuva düzəltmə bacarıqlarından, arıların qüsursuz bucaqlarla pətək qurmaq qabiliyyətlərindən, qunduzların inşa etdikləri bəndlərdən, termitlərin metrlərlə hündürlükdə evlər inşa etmələrindən, saniyədə 1000 dəfə qanad çalan həşəratlarda möhtəşəmlikdən heç bir məsələ yoxdur.

 

Canlı aləmindəki gözəl xüsusiyyətlərin izah edilməsi niyə əhəmiyyətlidir?

Darvinizm adətən, demaqoqluq istifadə edir və hiyləgər üsullarla gündəmə gətirilir. Elmi dəlillərlə tamamilə məhv edilmiş bir nəzəriyyə olması səbəbiylə elmdən qaçacaq, gizli demaqoq üsullarla təbliğatını davam etdirməyə çalışır. (Baxın: Darvinist təbliğat üsulları) Bəzi mühafizəkar kanallarda sözügedən vəhşilik olan sənədli filmlərinin göstərilməsi də bu oyunun parçasıdır. Həmin kanallar, bilərək və ya bilməyərək bu hiyləgər tələyə düşmüşlər. Bu oyunla darvinistlər, mühafizəkar arenada təsir altına almağı hədəf seçir. Təkamül nəzəriyyəsinin saxtakarlıq olduğunu, təsadüfləri saxta ilah etdiyini bilməyən insanlar da bu hiyləgər təbliğatdan mənfi təsirlənirlər.

Məlum olduğu kimi, zaman-zaman mühafizəkar yazılı mətbuatda birbaşa təkamül xəbərləri yaymaqda, bəziləri səhvini anlayıb dərhal bu xəbərləri qaldırarkən, bir qismi hələ də bu mühüm səhvə davam edir. Bütün dünyaya hakim olan darvinist diktatorluq burada da təsirini göstərir. Yuxarıda təsvir etdiyimiz bəzi mühafizəkar TV kanallarında altdan əldə edilən təkamül təbliğatı da ya eyni nadanlığın məhsuludur və ya darvinist təkid sistemi burada da təsirini göstərir. Səbəbi nə olursa olsun, sözügedən kanalların nə qədər böyük bir xəta içində olduqlarını ən qısa zamanda dərk etməsi və bu səhvlərindən imtina etmələri lazımdır.

Canlı aləmi, möhtəşəm, heyranedici, nəfəs kəsici xüsusiyyətlərlə doludur. Bu xüsusiyyətlərin hər biri bir insanın Allaha iman gətirməsinə, Allahın Ucalığını və Böyüklüyünü təqdir etməsinə vəsilə olacaq gücdə və gözəllikdədir. Bu səbəbdən sözügedən kanalların Allahın üstün sənətini göstərən bu detalları tanıtması ən doğrusu olacaq. Əks təqdirdə, bütün dünyaya bəlaları, müharibələri, qırğınları, kommunist və faşist ideologiyaların qanlı rejimlərini gətirmiş olan; Hazırda dünyada vəhşiliyin, sevgisizliyin və çaxnaşmanın səbəbini təşkil edən; PKK terroru da daxil olmaqla bütün terrorçu aktların fikri əsası olan və təsadüfləri saxta ilah edərək bir Yaradıcının varlığını özünə görə rədd etməyi hədəfləyən (Allahı tənzih edirik) batil nəzəriyyənin tərəfdarı olacaqlar.

Sənədli filmlərdə heyvanların yalnız vəhşi yönlərini göstərən bütün telekanallar təhlükə görməli, necə bir səhvə düşdüklərinin fərqinə varmalı və çox təcili olaraq bunun üçün tədbir görməlidirlər. İman həqiqətlərini izah edərək insanların imanına vəsilə olmaq üçün əllərində çox əhəmiyyətli imkanları var, bunu Allah rizası üçün mütləq ən gözəl və təsirli şəkildə istifadə etməlidirlər.