Proteinlər sadəcə aminoturşuların ard-arda düzülmələrindən ibarət deyil. Proteinlərin zəruri vəzifələrini yerinə yetirə bilmələri üçün daha çox şərt yerinə yetirilməlidir. Bunlardan biri də proteinin düzgün üç ölçülü quruluşuna çevrilməsidir. Proteinlər, əvvəlki səhifələrdə də şərh edildiyi kimi, ribozom adlı fabriklərdə aminoturşuların peptit adlı xüsusi əlaqələrlə təsbeh dənələri kimi bir araya gətirilmələri ilə yaradılır. Bundan sonrakı ən əhəmiyyətli mərhələlərdən biri isə zəncir halında istehsal edilən proteinin doğru zaman, yer və formada qatlanmasıdır.

 

Bir protein əgər yanlış formada qatlansa və ya heç qatlana bilməzsə, bu vəziyyətdə işini yerinə yetirə bilməz. Hətta bəzi hallarda hüceyrə üçün zərərli hala gəlir. Yaşlanma və bəzi xəstəlik əlamətlərində bu       qatlanma mexanizminin yaxşı işləməməsi səbəblərdən biri olaraq düşünülür.

 

Daha irəli getmədən, bu məlumat üzərində düşünmək lazımdır. İlk protein necə qatlandı? Qatlanmalı olduğunu, hətta hansı şəklə çevrilməli olduğunu haradan bilirdi? İlk protein molekulunun öz-özünə təsadüflər nəticəsində meydana gəldiyini iddia edən təkamülçülər, bir də bu molekulun necə düzgün və doğru zamanda qatlandığını açıqlamaq məcburiyyətindədirlər.

Bəs bu amin turşu zəncirindən ibarət olan protein molekulu necə qatlanır? Bir protein molekulunun qatlana biləcəyi çox sayda forma var; qatlanma reaksiyaları son dərəcə mürəkkəbdir, bir çox zəif və kovalent olmayan bağlar ehtiva edir. Proteinlərin böyük bir faizi lazım olan şəklə avtomatik olaraq qatlanmazlar, xırda qatlanma və yığılma riski altındadırlar. Bu təhlükələrdən qaçmaq üçün hüceyrələrdə kompleks şəbəkə təşkil edən “molekulyar şaperonlar” vəzifəyə keçirlər. Bu molekullar, proteinlərin üst-üstə yığılmalarının qarşısını alar və proteinlərin doğru olaraq qatlanmasını təmin edirlər.

 

Proteinlər, şaperon kimi digər molekullara yalnız doğru şəkildə qatlanmaq üçün ehtiyac duymurlar, doğru şəkildə qatlandıqdan sonra funksiyalarını davam etdirə bilmək üçün də bu proteinlərin köməyinə ehtiyacları vardır.

 

Yəni bir protein molekulu əmələ gəldikdən sonra varlığını və funksiyalarını davam etdirmək üçün yenə digər proteinlərə ehtiyac duyur. Təkamülçülərin bir şəkildə yarandığını iddia etdikləri protein molekulunun varlığını və funksiyalarını davam etdirə bilməsi üçün, onsuz da olduğu mühitdə əvvəlcədən mövcud olmuş və nə etməli olduğunu çox yaxşı bilən başqa proteinlər olmalıdır. Bu təkamül nəzəriyyəsinin içində olduğu ən böyük müəmmalardan biridir: Protein əmələ gəlməsi üçün əvvəlcədən mövcud olan proteinlərə ehtiyac vardır!

 

Möcüzələr zənciri burada da bitmir. Hüceyrədə, digər başqa proteinləri də ehtiva edən bir başqa ağıllı sistem daha yer alır. Ubikuitin-proteazom sistemi adlandırılan bu sistem, səhv qatlanan və yığılan proteinləri parçalayaraq, hüceyrəyə zərər vermədən atılmalarını təmin edir.

 

Ağıllı protein molekulu şaperonların bir çox fərqli növü vardır. Bunlardan biri olan “HSP70 proteini böyük və mürəkkəb molekuldur və qismən qatlanmış olan protein molekulu qarşılıqlı təsirə girərək proteinin tam doğru şəkildə qatlanmasını təmin edir. Bu hərəkəti edərkən HSP40 və nuklein-dəyişiklik amilləri kimi digər proteinlərdən dəstək alır.

 

Ancaq çevrilmə prosesi hələ başa çatmamışdır. Hələ də tam olaraq qatlanmamış olan proteinlər başqa protein sisteminə ötürülürlər: Şaperoninlərə. Şaperoninlər iki halqalı böyük birləşmələrdir, proteinləri tək-tək qəfəsə bənzər quruluş içinə bağlayırlar. Bu mərhələdən sonra protein qatlanma prosesi tamamlanmışdır.

 

Burada çox ümumi xülasə şəklində aparılan bu əməliyyatların möhtəşəm biokimyəvi detalları vardır.

 

Ehtiyac duyulduqda şaperonin proteinlərinin istehsalı ilə bağlı siqnalın verilməsi və müvafiq genlərin aktivləşdirilməsi belə son dərəcə mürəkkəb proseslərdir.

 

Bütün bu proseslər təkamül nəzəriyyəsi ilə necə izah oluna bilər? Təkamülçülərin, “bunlar daha mürəkkəb canlılarda ehtiyac duyulan proseslər, ilk ibtidai orqanizmin bunlara ehtiyacı yox idi” kimi xalqı hipnoz etməyə yönəlik açıqlamaları da etibarsızdır. Çünki bu kompleks sistemlər, şaperon və şaperonin kimi proteinlər, bakteriya və arkeadada var. Əslində hər hansı bir hüceyrənin funksiyasını yerinə yetirə bilməsi üçün yalnız proteinlərə yox eyni zamanda bu şaperon sistemlərə də ehtiyacı vardır. Bu sistemlər olmadan nə hüceyrə, nə də proteinlər funksiyalarını yerinə yetirə bilməyəcəkdirlər.

 

Yuxarıda qeyd edildiyi kimi, şaperon sistemləri proteinlərdən əmələ gəlir. Yəni şaperon sistemlər, şaperonların bükdükləri proteinlərdən əmələ gəlirlər. Xülasə, şaperonlar üçün şaperonlara, proteinlər üçün proteinlərə ehtiyac vardır.

 

Xəyali təkamül mexanizmləri isə molekulyar sistemlərdən mərhələ-mərhələ avtomatik dəyişikliklər tələb edir. Yəni mutasiyalar nəticəsində meydana gələn və seçilən faydalı kiçik addımlarla bu möhtəşəm sistemlərin yarandığını iddia edirlər. Ancaq göründüyü kimi, proteinlərin əmələ gəlməsini bununla açıqlamaları mümkün deyil. Çünki proteinin yaranması üçün bu möhtəşəm sistemlər onsuz da doğru zamanda və doğru yerdə hazır olmalıdırlar.

 

Mutasiya olanda gendəki məna pozulur nəticə olaraq xəstəlik və ya ölümə qədər gedən hallar yaranır; protein görməsindəki detallar isə çox daha həssas məsələdir, çünki protein qatlananda, atomları yəni maddənin ən kiçik vahidini uyğun şəkildə məskunlaşdırma prosesidir. Məsələn, insan xəmirə şəkil verə bilər, şüşəyə şəkil verə bilər, ya da polada şəkil verə bilir, ancaq atomları uyğun şəkildə yerləşdirmək insan oğlunun hələ edə bilmədiyi bir ölçüdür. Təkcə bir atomun bucağını səhv etmə və ya zamanında yanlışlıq olması hər bir atomun bir-birlərinə tətbiq etdikləri cazibə qüvvələrini birbaşa təsir etdiyindən minlərlə atomdan ibarət olan protein molekulu ideal 3 ölçülü halına gəlmir, öz funksiyasını yerinə yetirə bilmir, bu səbəbdən funksiya kənar qalaraq bədən üçün lazımlı işləri görə bilməmişdir. Məsələn, hemoqlobində səhv qatlanma olarsa canlı tam və ya qismi nəfəs ala bilməz.

 

Bütün bu kompleks quruluşların və sistemlərin, bir dəfədə sonsuz elm və ağıl sahibi olan Allah tərəfindən yaradıldığı son dərəcə açıqdır. Təsadüflərlə açıqlanması mümkün olmayan mükəmməllik və komplekslik həyatın hər bir səviyyəsində görülür. Xüsusilə 21-ci əsrdə molekulyar səviyyədə görülən möhtəşəm Yaradılış dəlilləri bütün kainatın bir Yaradıcısı olduğu həqiqətini bütün açıqlığı ilə bəşəriyyətə göstərir.

 

Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)