İstehsal müəssisələri sənaye üçün son dərəcə əhəmiyyətli sistemlər ehtiva edirlər. İstehsalı nəzərdə tutulan maddələr buralarda ardıcıl, keyfiyyətli və idarəli şəkildə meydana gətirilir. Tək bir məhsul üçün çox sayda maşın və avadanlıq lazımdır. Bu maşınların istehsalında isə mühəndislər, elm adamları və işçilər çalışır. Təfərrüatlı hesabatlar və layihələr edilərək ən yaxşı nəticə verəcək sistemlər istehsal olunur. Bu iş heç vaxt təsadüflərə güvənərək edilməz, əksinə hər mərhələsi vasvası nəzarət altında saxlanılır. Müasir biologiya və genetika, eynilə bu nümunələrdə olduğu kimi canlıların dünyasında yüksək texnologiyalı kiçik fabriklər və istehsal obyektləri olduğunu göstərmişdir. Bunlardan biri də amin turşusu adlı orqanizmin əsas quruluş materiallarının istehsalı ilə bağlıdır.

Bir istehsal müəssisəsi gördükdə, əlbəttə, bunun təsadüfən baş vermədiyini bilirsiniz. Hüceyrələrdə də, istehsal müəssisələri yerləşir. Bütün bunlar, canlılardakı bütün sistemlərin yüksək ağlın nəzarətində olduğunu göstərir.

 

Amin turşusu möcüzəsi

Amin turşuları, proteinlərin təməl maddələridir. Canlılarda 20 növ amin turşusu olur. Fermentlər və hüceyrə mürəkkəb kiçik fabriklər amin turşularını istifadə edərək sanki göydələn kimi nəhəng molekulları, yəni proteinləri inşa edirlər. Beləliklə, turşu miqdarının nəzarəti çox mühüm vəzifədir.

Amin turşuları son dərəcə təfərrüatlı istehsal zəncirindən sonra meydana gəlir. Amin turşularının istehsalı üçün səylə çalışan fermentlər olur. Lakin burada çox maraqlı bir detal var. Fermentlər də protein quruluşundan yaranır və onlar da nəticədə turşulardan yaranır. Buna görə də, mərhələli təkamül olması qətiyyən mümkün deyil. Amin turşuları olmadan ferment olmaz, fermentlər olmadan amin turşusu istehsalı olmaz.

Protein istehsalında 20 növ amin turşusu istifadə edilir. Bu 20 amin turşusunun hüceyrədəki istehsalı bir möcüzədir. Çünki istehsaldan məsul fermentlər də amin turşulardan meydana gəlmişdir.

Proteinlər molekulların dünyasında eynilə göydələnlər kimi nəhəng formalardır. Bir göydələn təsadüfən əmələ gələ bilməz. Eyni bunun kimi son dərəcə mürəkkəb olan bir protein də təsadüfən əmələ gələ bilməz.

 

Sistemin təfərrüatları

Canlılarda istifadə edilən amin turşuları karbon, azot, hidrogen və oksigen kimi atomlardan meydana gəlir. Bu maddələr usta işçi kimi çalışan onlarca ferment tərəfindən törədilirlər. Hər bir ferment yalnız bir işlə məşğuldur; tək bir atomu müəyyən molekulun müəyyən bölgəsinə montaj edir. Bu vəzifəni qüsursuz və mükəmməl şəkildə yerinə yetirir. Fermentlər istehsal zəncirində çalışan işçilər kimi işlərini növbə ilə görürlər. Hər biri doğru zamanda işə başlayır. Birinin istehsal etdiyi maddə, digəri alaraq işləməyə davam edir və növbəti fermentə verir. Bu fermentlərin təkinin də yoxluğu ya da formasındakı kiçik bir xəta sistemi çökdürər.

Tikinti sektoru dünyanın ən böyük biznes sahələrindəndir. Tikintilərdə istifadə olunan materialları istehsal etmək üçün zavod lazımdır. Tikintilərdə lazım olan kirəmit kimi müxtəlif tikinti materialları də fabrik məhsuludur. Hüceyrələrdə də buna bənzər vəziyyət vardır. Amin turşuları proteinləri əmələ gətirən kərpiclər kimidir. Eynilə kərpic və dəmir zavodları kimi, amin turşularının istehsalı üçün də hüceyrə daxilində istehsal zəncirləri yaradılmışdır.

 

Canlılarda amin turşuların əmələ gəlməsini göstərən şəkil. Hər bir ox amin turşuların əmələ gəlməsi üçün lazım olan kimyəvi prosesləri göstərir. Hər bir kimyəvi prosesi keçirməklə vəzifəli fermentlər vardır. Dolayısı ilə hüceyrələrdə onlarca ferment sırf amin turşularının istehsalından cavabdehdir. Göründüyü kimi, turşu istehsalı olduqca idarə olunan əməliyyatlarla həyata keçirilir. Hüceyrədə təsadüfə yer yoxdur. Ayrıca tək bir atomu bir molekul icmasının müəyyən bölgəsinə montaj edən bu fermentlər də amin turşularından meydana gəlir. Bu da sistemin bütün halında yaradıldığını göstərir.

Məsələn, bakteriyalarda iyirmi növ amin turşusundan yalnız altısı olan metiyonin, treonin, lizin, izolösin, valin və leysin adlı amin turşularını istehsal etmək üçün 25 ədəd ferment kollektiv şəkildə çalışır. Bu maddələrin istifadə etdiyi xammallar da təsadüfi proseslərlə əldə edilməz. Bu xammallar da yenə çox sayda fermentin kollektiv şəkildə istehsal olunduğu maddələrdir. Onların istehsalı da ayrı möcüzədir.

 

Bir zavodda istehsal zəncirində işçilər fədakarca və ustalıqla bir-birinin ardınca əməliyyatlar həyata keçirirlər. Hər birinin fərqli vəzifələri olur. Bu vəzifələri yerinə yetirən fəhlələrdən birinin yoxluğu məhsulun xətalı olub işə yarayıb-yaramamasına səbəb olur. Hüceyrənin ən fundamental təməl maddələrindən olan amin turşularının istehsalı üçün də amin turşularından çox daha kompleks olan maddələrin varlığı lazımdır. Həyat təsadüflərin yer almayacağı son dərəcə mürəkkəb bütündür.

 

Amin turşuların istehsal sistemində gizli parlaq həqiqət

Təkamülçülər batil yalanları əsasında canlıların təsadüflər nəticəsində, mərhələ-mərhələ, sadədən mürəkkəbə doğru inkişaf etdiyi iddiasındadırlar. Buna görə bakteriyaları də ibtidai canlılar kimi adlandırırlar. Ancaq hər bir bakteriya araşdırılarkən fövqəladə kompleks sistemlərlə təchiz edilmiş olduğu görülür. Tək bir bakteriya ən qabaqcıl sistemlərlə təchiz edilmiş müasir şəhərlərdən daha kompleks və yüksək texnologiyalıdır. Bu həqiqəti bir misalla açıqlayaq:

İnsan hüceyrələrində zülal istehsalı üçün lazım olan amin turşularının yalnız 10 növü istehsal edilə bilir. Buna görə digər canlılarda istehsal olunan amin turşularını bəslənmə yolu ilə əldə edirik. Halbuki bakteriyalar 20 növ amin turşusunun 20-sini də istehsal edirlər. Təkamülçülərin primitiv gördükləri canlılar həyatın əsas mexanizmi olan amin turşusu istehsalında daha irəlidir.

 

Amin turşuların quruluşundakı fermentlərin əksikliyi inkişafa yox xəstəliklərə və ölümlərə səbəbdir

Proteinin elementi olan və onun yanında çox kiçik olan amin turşularının sintezində çox sayda hormonun vəzifələndiyini gördük. Ancaq bu maddələrdə çatışmazlıq hətta kiçik bir xəta xəstəliklərə və ölümlərə səbəb olur. Bu da sistemin nə qədər həssas olduğunu, xətaya yer buraxmadığını və mərhələ-mərhələ əmələ gəlməyəcəyini göstərir. Sistemin bütün ünsürləri eyni anda bir arada olmalıdır. Bu isə ancaq Yaradılış ilə mümkündür.

Məsələn, tirozin adlı amin turşusunun istehsalında istifadə edilən fenilalanin hidroksilaza adlı maddədə meydana gələn genetik səhvlər zehni geriliyə, nizamsız istilik əyarına, yürüş pozuntularına, iflicə səbəb ola bilir.

Parkinson xəstəliyi də yenə turşulardan əldə edilən dopamin adlı maddəni istehsal edən hüceyrələrin azalması ilə bağlıdır.

Yalnız amin turşularının quruluşu yox hüceyrədə tənəzzülü də keçirilmişdir. Bu işlə vəzifəli maddələrdə çatışmazlıqlar belə xəstəlik və ölümə səbəb olur. Bunlardan biri olan alfa-ketoasit dehidrogenaz fermentini kodlayan genlərdə meydana gələn mutasiyalar MSUD adlı fiziki və zehni geriliyə və ölümə səbəb olan xəstəliyə səbəb olur.

Proteinlər və amin turşuların istehsalındakı təfərrüatlar həyatın təsadüflərə yer verməyəcək bir şəkildə tənzimləndiyini ortaya qoyar. Tək bir protein belə təsadüfən meydana gələ bilməz. Proteinlərin quruluşlarını yəni amin turşularını istehsal edən kompleks sistem də təsadüfən meydana gələ bilməz. Tək bir məhsul üçün ondan çox daha kompleks sistem yaradılmışdır. Bu quruluşdakı nöqsan canlılarda inkişafa deyil, müxtəlif xəstəliklərə və ölümə yol açır. Həyat, bütün detalları ilə Allahın açıq yaradılış möcüzəsidir.

 

İstinad

[1] Lehninger Biyokimyanın İlkeleri, David L. Nelson, Michael M. Cox, Palme nəşriyyat, 2005, üçüncü nəşrdən tərcümə, səhifə 832, 833

[1] Lehninger Biyokimyanın İlkeleri, David L. Nelson, Michael M. Cox, Palme nəşriyyat, 2005, üçüncü nəşrdən tərcümə, səhifə 827

[1] Medical Biochemistry Human Metabolism in Health and Disease, Miriam D. Rosenthal, Robert H. Glew, A John Wiley & Sons, Inc., Publication, 2009, səhifə, 322-323

[1] Medical Biochemistry Human Metabolism in Health and Disease, Miriam D. Rosenthal, Robert H. Glew, A John Wiley & Sons, Inc., Publication, 2009, səhifə, 324

[1] Medical Biochemistry Human Metabolism in Health and Disease, Miriam D. Rosenthal, Robert H. Glew, A John Wiley & Sons, Inc., Publication, 2009, səhifə, 322