Adnan Oktarın Kahramanmaraş Aksu Tv-dəki canlı reportajından (13 dekabr 2010)
ADNAN OKTAR: Bismillahir-rəhmanir-rəhim, Muminun surəsi, 96-cı ayə, “Sən pisliyi yaxşılıqla dəf et. Biz onların aid etdikləri sifətləri daha yaxşı bilirik.” Pisliyi ən gözəl olanla necə uzaqlaşdırmaq olar? Elmlə, məlumatla, sevgiylə izah edərək, razı salaraq. Biz nə edirik? Eynisini edirik. Ən gözəl olanla, küfrlə, çığır-bağırla deyil. “De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram!” Şeytan münafiqləri, dəccalı, it sürüsünü təhrik edər. “Ey Rəbbim! Onlardan sənə sığınıram.” deyirik. Şeytan müsəlmanın şəxsən özünü də mənfi istiqamətdə təhrik edə bilər, hamısından Allaha sığınacağıq.
“Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!” Yəni iblis ordusu, iblisun və iblisat. Müsəlmanlara dəccalın işçilərinin yanaşması necə olar? İnternetdən yaxınlaşar, başqa kanaldan yaxınlaşar, qəzetlərdən yaxınlaşar, evinə yaxınlaşar, elə deyil? Televiziya kanallarında müsəlmanların əleyhinə fəaliyyət edər. Darvinizmi materializmi, ateizmi izah edər. Müsəlman, “Hamısından Sənə sığınıram” şəklində dua edir. “Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar.” Ölüm gəldiyində küfr hər səfərində bunu deyir. Mələklər canını almağa gəldiyində anlayır. Məsələn, döyərək canını alırlar. Bar-bar bağırır, “məni geri qaytar rəftarımı düzəldəcəm” deyir. Yəni “belə əxlaqsızlıq etməyəcəyəm” deyir. Məhz “Darvinizmə, materializmə inanmayacağam. Allahın bir olduğuna inandım. Məni geri qaytar, müsəlman olduğumu göstərmək istəyirəm” deyir. “Tərk etdiyim yaxşı əməlləri indi edəm…” Yəni “səmimiyyətimi göstərim. Geri qayıdıb yaxşı insan olduğumu göstərmək istəyirəm, mənə vaxt verin” deyir.
Allah bir dəfə deyir, “əsla”. Reinkarnasiyaçılar var ki, “qayıdarıq”, “elə olarıq, belə olarıq”, “geri gəlirik deyirlər.” Elə bir şey yoxdur. Bax, Allah nə deyir? “Əsla.” Əsla nə deməkdir? Qeyri-mümkün. “Xeyr! Onun bu dedikləri ancaq boş sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx həyatı vardır.” Bax, “Xeyr! Onun bu dedikləri ancaq boş bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx həyatı vardır.” Bir aləmlə bağlanılmış. Çünki başqa aləmə alınmış. Öldüyü an başqa aləmə alınır. Artıq o aləmdən bu aləmə keçə bilməz. O boğazı keçə bilməz, mümkün deyil. O, artıq o aləmin içində qalır, diriləcəyi günə qədər.
“Sur üfürüləcəyi gün onların aralarında qohumluq əlaqəsi olmayacaq və onlar bir-birindən hal-əhval tutmayacaqlar.” Məhz, “hansı millətdənsən? Türksən?, Kürdsən?, Çərkəzsən?, Lazsan?” Allah, artıq bu olmayacaq deyir. “…onlar bir-birindən hal-əhval tutmayacaqlar.” Yəni Allah, “sən hansı məmləkətdənsən? Sən hansı eldənsən, hansı kənddənsən?” bunu da araşdıra bilməzlər deyir. Allah, “Bunu soruşmağa gücləri çatmayacaq.” deyir. “O gün məhz tərəziləri ağır gələnlər nicat tapacaqlar.”
Tək buradakı “sur” deyildiyində insanların ağlına həmişə “kiçik boru vardır” kimi gəlir. O Allahın qatında xüsusidir, gördüyümüz vaxt anlayacağımız həqiqətlərdir. Məsələn, heç ümid etmədiyimiz, heç təxmin etmədiyimiz bir şeylə qarşılaşa bilərik. Amma Allah ona “sur” demiş. “Sura üfürüldü.” Məsələn, o hadisənin olması sura üfürülmə olmuş olur. Məsələn, Allah deyir ki, “tərəziləri ağır gələnlər”. İndi “tərəzi” dəyiləndə adamın ağlına nə gəlir? “Tərəziyəmi çıxacağıq?” deyər. O deyil. Günahları və savabların nisbətlənməsinə, çəkilməsinə tərəzi deyilir. Yoxsa qram, dirhəm; o tərz bir şey deyil.