Adnan Oktarın 27 fevral 2011-ci il Kanal Avropa Və Çay Tv-dəki canlı söhbətindən
ADNAN OKTAR: Nur surəsi. 11-ci ayə “Şübhəsiz ki, Aişə barəsində yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir. Onu özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, bu sizin üçün xeyirlidir. O dəstədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. İçərilərindən günahın böyüyünü öz üstünə götürəni isə böyük bir əzab gözləyir.” Demək ki, müsəlmanlar içərisində də böhtan atan, yalan danışan, fırıldaq tiplər var. Quran ona işarə edir. Hətta Allah, “özünüzdən olan bir dəstədir” deyir. “Onu özünüz üçün pis bir şey hesab etməyin”, dedi-qodusu edilən adam kədərlənir.
“Məni alçaltdı, mənim əleyhimə oldu” deyir. Halbuki Allah, “elə deyil” deyir. Bax nə deyir? “Onu özünüz üçün pis bir şey hesab etməyin”, “əleyhinizə deyil” deyir. “Əksinə, bu sizin üçün xeyirlidir.” Allah, “həm savab qazanmanıza, həm ucalmanıza, həm qarşı tərəfin əzilməsi istiqamətində vəziyyət olduğu üçün də oradan da bərəkətə vəsilə olduğu üçün, xeyirlidir.” deyir. Bu mövqedən ötrü, səbir etdiyi üçün axirətdə də Allahın razılığını qazanmış olur. “Nə üçün siz bunu eşitdiyiniz zaman mömin kişilər və qadınlar bir-biriləri haqda yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!” – demədilər?” Xüsusilə bir qisim müsəlmanlar bir-birlərinin əleyhində xəbər eşitdiklərində dərhal maraqlanaraq, “vay nələr etmiş bax” kimi sözlər deyərlər.
Halbuki Allah deyir, “Böhtan eşitdiyinizdə sizə bir fasiq xəbər gətirsə ona inanmayın. Araşdırın, təhqiq edin, doğrudursa inanın” deyir. “Bunu eşitdiyiniz zaman mömin kişilər və qadınlar bir-biriləri haqda yaxşı fikirdə olub”, bax “yaxşı fikirdə”. Demək, bir xeyirli zənn var, bir də xeyirsiz zənn var. “Nə üçün siz bunu eşitdiyiniz zaman mömin kişilər və qadınlar bir-biriləri haqda yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!” – demədilər?” Allah, “yəni yaxşı şəkildə vurğulayın” deyir. Allah, bu böhtandır demir, “açıq-aydın, böhtandır!” – demədilər?” böhtan olduğunu yaxşıca vurğulayın deyir. “Nəyə görə onlar buna dair dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar.”
Allah dörd nəfər şahid istəyir, saleh, səmimi şahid. Bu qadınlar üçün də kişilər üçün də, İslam aləmində yaşayan, müsəlmanlar içində yaşayan insanlar üçün böyük həyat zəmanətidir. Çünki bir qadının ən qorxduğu şey özünə cinsi böhtan atılmasıdır. Çünki bütün qürurunu qıracaq şeydir. Qadınlar bundan çox çəkinər. Kişilər üçün də təbii çətin bir şeydir, amma qadınlar üçün daha da çətindir. Allah nə qədər mükəmməl sistem qurmuş. “buna dair dörd şahid gətirmədilər?” Dörd şahid lazımdır, yoxsa heç bir şəkildə əleyhinə danışıla bilməz.
Günah olur, feili, fiziki günahdır. “Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar.” Bir də bunlara bir daha inanılmır. Şahidlik edə bilmirlər çünki, Allah qatında yalançı olduqları üçün, davamlı olaraq yalançı olaraq bilinirlər. “Əgər Allahın dünyada və axirətdə sizə lütfü və mərhəməti olmasaydı, dedi-qodularınıza görə sizə böyük bir əzab toxunardı.” Allah “müdhiş bəla verərdim amma etmədim” deyir. “O zaman siz bunu dilinizə gətirir”, yəni dedi-qodu edirdiniz, o buna söyləyir, bu da ona söyləyir. “bilmədiyiniz sözü danışır.”
Halbuki çox dəqiq məlumata sahib olmalıdır, şahidli, isbatlı məlumata sahib olmalıdır. “və onu əhəmiyyətsiz bir şey hesab edirdiniz” bunda nə var ki, hamı kimi dedi-qodu edirik, alışmışıq. Allah, “əhəmiyyətsiz bir şey hesab edirdiniz. Halbuki bu, Allah yanında çox böyük günahdır.” deyir. Allah, “elə zənn etdiyiniz kimi deyil” deyir. “Nə üçün siz onu eşitdiyiniz zaman: “Bizə bunu danışmaq yaraşmaz. Allahım! Sən pak və müqəddəssən! Bu, çox böyük bir böhtandır!” – demədiniz?” Ən başdan bir dəfə “nə həddimizə, biz belə şeyi ağzımıza da almarıq.” deyirlər. “Bizə bunu danışmaq yaraşmaz. Allahım! Sən pak və müqəddəssən! Bu, çox böyük bir böhtandır!”
Bu bir böhtandır demir bax, böyük böhtandır, yəni söhbətlərdə vurğu çox əhəmiyyətlidir. “Böhtan atırsan” desən, elə deyil. “Qardaşım sən nə etdin, sən çox böyük böhtan atırsan. Ağlını başına al, çox alçaqlıq edirsən, çox böyük mərhəmətsizlik edirsən, etdiyin hadisə çox böyükdür” deyilməsi lazımdır. Quranda vurğu əhəmiyyətlidir, Allah Quranda vurğuya çox əhəmiyyət verir. Çünki insanın beyni vurğuda açılar. Məsələn, bir şeydə dəqiq əmindirsə, o mövzuda müxalifdirsə. amma hadisə də çox əhəmiyyətlidirsə onun əhəmiyyətini vurğulayacaq cümlələr istifadə etməsi lazımdır. Quranda, bu həmişə bəhs olan həqiqətdir. “Əgər möminsinizsə, bilin ki, Allah sizə bir daha buna bənzər şeyləri təkrarən etməməyinizi nəsihət edir.”, yəni onu dinsiz adam edər.
Allah, “Əgər möminsinizsə, bilin ki, Allah sizə bir daha buna bənzər şeyləri təkrarən etməməyinizi nəsihət edir.” deyir. Yəni Allah ikinci təkrarını qəbul etmir. “Bir daha heç bir şəkildə etməyəcəksiniz” deyir. Bax bu, cəmiyyət səviyyəsində böyük rahatlıqdır. Dedi-qodu olmasa çox rahatlayarsan. Gənc qıza böhtan atıla bilinmir, böhtan ata bilmirsən. Necə də gözəldir, insanın başı son dərəcə salamat olar. “Allah Öz ayələrini sizə belə izah edir. Allah Biləndir, Müdrikdir.”