Ev pişiklərinin izah edildiyi proqramda, bu canlıların görmə qabiliyyəti və QİÇS virusuna immunitetləriylə əlaqədar təkamül nağılları izah edildi. “Discovery Channel”, ev pişiklərinin işığa həssas gözləri mövzusunda məlumatlar ötürür, bu canlıların ayrıca QİÇS virusuna qarşı immunitetə sahib olma kimi imtiyazları olduğunu izah edirdi. “Discovery Channel” ev pişiklərinin bu iki xüsusiyyətini darvinist düşüncə ilə şərh edir və bu xüsusiyyətləri “pişiklərin inkişaf etdirdiklərini” iddia edirdi.
Saytımızın “Həftənin təkamül nağılları” hissəsində tez-tez göstərdiyimiz kimi, belə bir izahatın heç bir elmi dəyəri yoxdur. Çünki görünüşdə şərh kimi dayanan bu ifadələrin elmi dayağı yoxdur. Pişiklərin və ya hər hansı başqa canlının öz bədənlərində orqan və ya xüsusiyyət inkişaf etdirmə, ya da tam əksinə bunları yox etmə kimi vəziyyət əlbəttə, haqqında danışılan deyil.
Bu məcazi izahatla təlqin edilmək istənən saxta “təkamül prosesi”nin də canlılara yeni xüsusiyyətlər qazandırması mümkün deyil. Bu səbəbdən bəhs olunan təkamül nağılları, ancaq pəri nağılı qədər elmidir. (Bu mövzuda baxın. Bir canlı haqqında nağıl izah etmək niyə o canlının təkamülləşdiyini göstərməz?)
“Discovery Channel”in bu izahata üz tutmasının tək səbəbi, açıqca şüurlu dizayna işarə edən bu xüsusiyyətləri Allahın yaratdığı gerçəyini ört-basdır etmə səyidir. Bu səyin etibarsızlığını göstərmək üçün “Discovery Channel”in təkamül nağıllarını müasir elmin tapıntıları işığında qısaca araşdıraq.
İlk olaraq ifadə edək ki, pişiklərdəki kimi üstün görmə qabiliyyətinin təkamüllə ortaya çıxdığını iddia etmək, təbii olaraq gözlərin keçmişdə daha sadə quruluşda olduğunu qəbul etməyi tələb edir. Sadədən mürəkkəbə doğru inkişaf isə pişiyin saxta atasının DNT-sinə, əvvəldən sahib olmadığı genetik məlumatları mərhələ-mərhələ əlavə edən təbii mexanizm tələb edir.
Təkamülçülər bu mexanizmin təsadüfi mutasiyalar olduğunu irəli sürərlər. Halbuki, müşahidə edilən bütün təsirli mutasiyalar mövcud olan genetik məlumatı inkişaf etdirmədikləri kimi, tam əksinə onu pozmuşlar. Bu səbəbdən pişiklərin üstün göz dizaynlarını təkamüllə şərhə etməyə çalışmaq, digital bir kameranın, fotoaparata vurulan çəkic zərbələriylə ortaya çıxa biləcəyini iddia etmək kimidir.
“Discovery Channel”in təkamül dəlili olaraq göstərməyə çalışdığı digər fakt isə QİÇS immunitetidir. QİÇS virusuna qarşı immunitetin yalnız ev pişiklərində olduğu izah edilərək, aslan kimi digər pişiklərdə belə bir qorumanın olmaması saxta təkamül prosesinin məhsulu kimi əks etdirilmişdir. Halbuki, az əvvəl ifadə etdiyimiz kimi, belə bir vəziyyətin genetik məlumat qazanımıyla reallaşmış ola biləcəyini göstərən tək bir elmi dəlil yoxdur. Bəzi kütlələr tərəfindən təkamülə dəlil olaraq göstərilən antibiotik immuniteti qazanımı da bu qaydanı pozmur.
Bakteriyalarda ortaya çıxan immunitet, təkamül nəzəriyyəsinin iddia etdiyi istiqamətdə genetik dəyişmə deyil. Bakteriyalarda mutasiya nəticəsində antibiotikin bağlanacağı zülalda pozulma meydana gəlməkdə, beləcə antibiotikin bakteriyaya bağlana bilməməsi nəticəsində immunitet ortaya çıxmaqdadır. Bu vəziyyət, antibiotik immunitetinə gətirib çıxararaq bakteriyaya üstünlük təmin etsə də, antibiotikin bağlanacağı proteində, daha doğrusu onu sintez edən gendə meydana gələn məlumat “itkisi”nin nəticəsidir. Təkamül isə genetik məlumat itkisini deyil, qazanımı tələb edir.
Görüldüyü kimi, pişiklərin görmə qabiliyyəti və QİÇS immuniteti “inkişaf etdirdiklərini” göstərən heç bir elmi dəlil yoxdur. Təkamül nəzəriyyəsinin mexanizm olaraq əsaslandığı mutasiyalar genetik məlumatı inkişaf etdirmək yerinə ona zərər verməkdədir. Necə ki, “Discovery Channel”in pişiklərdəki bu xüsusiyyətləri “inkişaf etdirmə” nağıllarıyla ötürməsinin səbəbi də budur. “Discovery Channel”, təkamülçülərin genetik məlumatı inkişaf etdirən mexanizm mövzusundakı çarəsizliklərini bilməkdə, kor-koranə inanc olaraq mənimsədiyi darvinizmi göz boyayıcı nağıllarla dəstək olmağa çalışmaqdadır.