Bu sənədli filmdə, İsraildə yaşayan tülkü növü mövzu edilirdi. Yarımsəhra mühitdə yaşayan tülküləri təbii mühitlərində müşahidə edən elm adamlarının təqdim etdiyi proqramda quşların mənşəyiylə əlaqədar təkamül iddiası ortaya qoyuldu. Oğru tülkülərin quş yuvasındakı balaları qaçırıb yediyi bir səhnədə, quşların saxta təkamülünün sürünənlər və dinozavrlar dövrü qədər qədim olduğu iddia edildi.
Tülkülər üzərində tədqiqatlar aparan elm adamının bu iddiasının diqqət çəkən bir xüsusiyyəti, təkamül nəzəriyyəsinin fərziyyə deyil isbat edilmiş, qəti gerçək kimi bildirilməsi idi. Ancaq gerçəkdə quşların təkamülü iddialarını dəstəkləyəcək heç bir elmi dəlil yoxdur. İfadələrin qəti mühakimələr şəklində ortaya qoyulması yalnız “National Geographic TV”-nin ön mühakimələrindən qaynaqlanmaqdadır. Həqiqətdə quşların mənşəyi, təkamüllə əsla açıqlana bilməyən, həm də təkamülə ağır zərbə vuran mövzudur.
Çünki quşlar, ataları olduğu irəli sürülən sürünənlərdən tamamilə fərqli strukturlara sahibdirlər. Qanad, tək istiqamətli hava axını təmin edən ağciyər və canlının ağırlığını azaldaraq havada qalmasını mümkün edən içi boş sümüklər, guya atalarında olmayan, yalnız quşlara xas strukturlardır. Həm də quş qanadı və ağciyəri, müxtəlif parçaların xüsusi təşkilat içində bir yerə gəldiyi, parçalardan hər hansı birinin əskik olması vəziyyətində funksiya görməyəcək strukturlardır.
Sadələşdirilə bilməz mürəkkəblik adı verilən bu xüsusiyyət, bütün parçaların eyni anda, uyğun təşkilatda və qüsursuz olaraq olmasını tələb edir. Belə bir quruluşun ancaq yaradılışla açıqlana biləcəyi açıq gerçəkdir. Sadələşdirilə bilməz mürəkkəblik, yaradılışı çox açıq və qəti şəkildə ortaya qoyduğu kimi təkamül nəzəriyyəsinə də öldürücü zərbədir. Çünki parçalardan biri əskik olduğu zaman, bəhsi keçən orqan funksiyasını yerinə yetirə bilməyən mənasız hüceyrə yığınıdır və təkamül nəzəriyyəsi belə strukturların zaman içində korlaşacağını nəzərdə tutar.
Sadələşdirilə bilməz kompleks strukturların belə bir korlaşma prosesinə baxmayaraq, mərhələ-mərhələ meydana gəlməsinin qeyri-mümkünlüyü ortadadır. Çünki təbiətdə, uyğun təşkilatı əvvəldən bilirmişcəsinə, parçaların biri xaric hazır olsa belə bunları mühafizə edəcək, əskik parçanın tamamlanmasını gözləyəcək mexanizm yoxdur.
Bütün bu gerçəklərə baxıldığında quşların təkamülü iddialarına dəstək vermənin nə qədər əsassız davranış olduğu ortaya çıxmaqdadır. Sadələşdirilə bilməz mürəkkəblik , keçərsizliyi on illər əvvəl ortaya çıxdığı halda fəlsəfi səbəblərlə dəstək olunan təkamül nəzəriyyəsinin pəri nağılından fərqsiz olduğunu qəti şəkildə göstərmiş, canlılığın mənşəyinin ancaq şüurlu dizaynla açıqlana biləcəyini göstərərək bütün canlıları Allahın yaratdığı gerçəyini təsdiqləmişdir. “National Geographic TV”-yə bundan sonrakı nəşrlərində, darvinizmin iddialarına mövhümatçı dərəcəsində dəstək vermək yerinə daha obyektiv və tutarlı izahatlar izləməsini tövsiyə edirik.
(Quşların mənşəyi haqqında ətraflı məlumat üçün baxın. <http://www.darwinizminsonu.com/doga_tarihi_2_01.hml>)