Proqramda soyu tükənmək üzrə olan canlı növləri izah edilir, bunlarla əlaqədar təbii həyatı qoruma işləri mövzu edilirdi. Sənədli filmin bir qismində, insanlar tərəfindən məhbus edilib əziyyət görmüş pumaları qəbul edən baxım mərkəzi tanıdıldı. Bu mərkəzdə çalışan bir tədqiqatçı, reabilitasiya edərək təbii həyata geri qazandırdıqları pumaların, təbii puma populyasiyalarını genetik baxımdan nə şəkildə təsir edə biləcəyi mövzusunda bəzi şərhlər ortaya qoydu.
Tədqiqatçı, bu mövzuda diqqətli olunmalı olduğunu, çünki mutasiyaya məruz qalmış pumaların təbii populyasiyaların genetik quruluşuna mənfi təsir edə biləcəyini ifadə edirdi. Əlbəttə, bu deyilənlər genetika elmi çərçivəsində səhv deyildi. Ancaq haqqında danışılan tədqiqatçı pumalar arasındakı genetik qarşılıqlı təsirdən söz edərkən, növlərin mənşəyiylə əlaqədar darvinist bir yanılma ortaya qoyur və “növləri təbiət ananın minlərlə ildə yaratdığı” kimi nağıl izah edirdilər.
Bu iddia, “National Geographic” ekranlarında tez-tez rast gəldiyimiz “təbiət ana” nağıllarına yenisini əlavə etmiş olmaqdan başqa heç bir məna ifadə etmir. Bu nağılın səhvi ortadadır. Bilindiyi kimi, materialist (digər bir ifadəylə naturalist) fəlsəfə, bütün canlılığın təbiətin öz əsəri olduğunu iddia edir. Təkamül nəzəriyyəsinin, təməlini meydana gətirən bu fəlsəfə, tamamilə məntiqsiz xurafatdan ibarətdir. “Təbiət ana” kimi anlayışlar, ya da “təbiət insana bu qabiliyyəti vermiş, təbiət qadını belə yaratmış” kimi şablonlaşmış sözlərin məntiqi və ya elmi baxımdan heç bir tutarlı zəmini yoxdur.
Şüurlu dizayn olmadan, təbiətin öz gücüylə ortaya çıxa biləcək strukturlar müəyyəndir. Külək və ya yağış kimi təbiət hadisələriylə əvvəldən var olmayan, müxtəlif yer üzü şəkillərinin ortaya çıxdığı deyilə bilər. Məsələn, pəri bacaları vulkanizm və axar suların nəticəsidir. Ancaq canlılardakı dizaynın pəri bacası kimi səth şəkilləriylə müqayisə edilə bilməyəcək qədər kompleks olduğu və təbiətin canlılığı yaratma gücünün olmadığı açıq gerçəkdir.
Canlılardakı dizayna yaxından baxıldığında gözə dəyən ən diqqətə çarpan xüsusiyyət “mürəkkəblik”dir. Fərqli-fərqli toxumalar orqanları, orqanlar sistemləri və nəhayət sistemlər canlını yaradır. Bütün bu dizaynın ən kiçik vahidi olan tək hüceyrədə belə insanoğlunun bu günə qədər çıxarmış olduğu ən inkişaf etmiş cihazdan daha üstün bir dizayn olduğu bütün elm adamların tərəfindən qəbul edilməkdədir. Öz içində belə mürəkkəb quruluşa sahib hüceyrələrin, daha çox mürəkkəb bir təşkilat içində milyonlarla canlı növü yaradacaq şəkildə birləşməsinin təsadüfə əsaslanan təbiət hadisələrinə görə heç bir şəkildə şərhi yoxdur.
Bir dizaynla qarşılaşdığımızda məntiqli olan davranış, bunun bir dizayneri olduğunu qəbul etməkdir. Məsələn, binadan bəhs edilirsə memarın; avtomobildən bəhs edilirsə mühəndisin varlığını heç kim inkar etməz. Heç kim bina və avtomobilin təbii proseslərlə ortaya çıxdığını iddia etməz. Heç şübhəsiz, bu dizaynların dizayneri olduğu kimi, canlılarda olan və daha çox kompleks quruluşdakı dizaynların da dizayneri vardır.
Bu gerçək müasir elm tərəfindən də təsdiqlənmişdir. Canlıların hazırlanmış olduğu həqiqətini inkar etmədə saxta elmi zəmin olaraq istifadə edilən təkamül nəzəriyyəsinin etibarsızlığı ortaya çıxmış, həyatın təsadüfi olaraq başlaya bilməyəcəyi, təbiətdə canlıları təkamülləşdirəcək bir mexanizm olmadığı ortaya çıxarılmış, növlərin mənşəyinin isə şüurlu dizayn yəni yaradılış olduğu göstərilmişdir.