İlanlar haqqında müxtəlif məlumatlar verən sənədli filmdə bəzi təkamülçü iddialar da ortaya qoyuldu. Bunlardan ilki ilanın özbaşına böyük ovları uda bilmə qabiliyyətiylə əlaqədar idi. “Discovery Channel” bu mövzuda bu iddianı etdi:
“İlanların təkamülündəki ilk inkişaflardan biri başlarının yenidən qurulması oldu. Çənə sümükləri və kəllə bir-birlərinə sıx oturmaqdansa elastik bağlarla bağlandı. Bu, ilanların çənələrini daha geniş açmalarını və ağız həcmlərinin artmasını təmin etdi. Çənə sümüyünün çənə ucunda ikiyə bölünməsi açılma həcmini daha da artırdı”.
Burada ortaya qoyulan iddia hər hansı elmi tapıntıya deyil, yalnız ön mühakiməyə əsaslanır. “Discovery Channel” əvvəlcə ilanın təkamüllə ortaya çıxmış canlı olduğunu qəbul etməkdə, daha sonra ilanla əlaqədar xüsusiyyəti əvvəldən varlığı qəbul edilmiş təkamülə uyğunlaşdırmaqdadır. Ancaq bu uyğunlaşdırma heç bir elmi dəlilə əsaslanmır. Həqiqətdə ən qədmi ilanlar günümüz ilanlarından fərqsizdirlər.
“Discovery Channel” isə bu vəziyyəti “bulanıqlıq” kimi yola verərək ilanların kərtənkələ qrupundan təkamülləşdiyini iddia etməkdədir. Sənədli filmdəki ifadələr belədir:
“İlanların mənşəyi ilk ortaya çıxışı bir az bulanıqdır. Amma digər tərəfdən yüz milyon ildən əvvələ əsaslanandığı da qətidir, ilanların bir kərtənkələ qrupundan təkamülləşdiyindən demək olar ki, əminik.”
Gözlənildiyi kimi, dərhal sonra pitondaki çıxıntılara keçilməkdə və bu ilanın bədəninin arxa qismində olan kiçik çıxıntılar kərtənkələ kimi bir canlının zamanla ayaqlarını itirərək ilana çevrildiyi nağılına dayaq göstərilməkdədir. “Discovery Channel” bu vəziyyəti təkamülə dəlil zənn edərək iki əhəmiyyətli yanılma ortaya qoymaqdadır. İlk olaraq, pitondakı bu çıxıntıların cütləşmə əsnasında yoldaşı tutmada və erkəklər arası döyüşlərdə istifadə edildiyi bilinməkdədir. Bu orqan bir funksiyaya sahib olduğuna görə bunun bir zamanlar kərtənkələnin ayaqları olduğu iddiası, heç bir dəlili olmayan fərziyyədən ibarətdir.
“Discovery Channel”in ikinci yanılması, kərtənkələnin ayaqlarını itirməsinin “təkamül” mənasını verməyəcəyini anlaya bilməməsidir. Təkamül nəzəriyyəsi molekuldan insana dəyişməni müdafiə etdiyinə görə, təkamülçülər də arqumentlərini mövcud olan xüsusiyyətlərin itdiyi dəyişikliklərə deyil, daha əvvəl canlı qrupunda olmayan xüsusiyyətlərin saxta təkamüllə ortaya çıxdığı dəyişikliklərə əsaslandırmalıdırlar. Buna görə ayaq çıxıntılarına sahib ilan fosilləri, sadədən mürəkkəbə dəyişiklik göstərmədikləri üçün, dəyişmə göstəricisi olaraq alınmalarına qarşı, “təkamülə dəlil deyildirlər. (Məsələn, 2000-ci ildə “Science” jurnalında hesabat edilən ayaqlı ilan qalığı, Haasiophis terrasanctus kimi: “A Fossil Snake with Limbs”, Science 287(5460):2010-2012, 17 Mart 2000-ci il)
Bu vəziyyətdə təkamülçülər tərəfindən əsl cavablandırılmalı olan iki sual vardır: Birincisi, ayaqlarını itirən kərtənkələ, yarım ayaq və qollarıyla və ilanın hərəkət etməsini təmin edən son dərəcə mürəkkəb əzələ sistemi olmadan həyatını necə davam etdirmiş ola bilər? Əlbəttə, belə bir canlının həm düşmənlərinin hücumlarına açıq olması, həm də öz yeməklərini əldə etməkdə böyük çətinliklər çəkməsi gözlənilir. İkincisi, təsadüfi mutasiyaların genetik məlumat əlavə edərək canlılara yeni xüsusiyyətlər qazandırmadığı, aparılan saysız təcrübədən bilinməkdədir. Bu vəziyyətdə ilanın, kərtənkələdə olmayan sürünmə əzələlərinin təkamüllə açıqlana bilməyəcəyi ortaya çıxır.
Bir ilanın hərəkəti, sürünməyi mümkün edəcək şəkildə düzülmüş fərqli əzələ sistemlərinin sinxron sıxılıb-boşalmalarıyla mümkün olar. Həm bu əzələlər, həm də bunlara nəzarət edən sinir şəbəkəsinin məlumatı, ilanın genlərində kodlaşdırılmışdır. Təsadüfi mutasiyaların orqanizmin DNT-sinə məlumat əlavə edərək ona faydalı xüsusiyyətlər qazandırdığı heç zaman müşahidə edilməyib. Bu vəziyyətdə, ilanın əzələ sisteminin təkamüllə ortaya çıxdığını fərz etmək, gerçəkləri tamamilə bir tərəfə buraxıb xəyal qurmaqdan başqa bir şey ifadə etməməkdədir.
“Discovery Channel”in isə bu xəyallara kor-koranə inandığı, tamaşaçıları da bunlara inandırmağa çalışdığı görülməkdədir. “Discovery Channel” ilanları, kərtənkələ qrupundan canlıların dəfələrlə sınadığı “təcrübənin” məhsulu olaraq xarakterizə etməkdədir. Sənədli filmdə bu mövzuyla əlaqədar bu ifadələrə yer verilir:
“Bu kərtənkələ qruplarına baxsanız üzvlərin itirilməsi və gövdənin uzanması təkamüllü olaraq dəfələrlə təkrar edilmiş bir şeydir. Sanki müəyyən kərtənkələ qrupları ayaqlarını itirmək və yerdə sürünən uzun canlılar olmaq üçün təcrübələr etmiş kimi. .. İlanlar (qol və ayaqlarını itirmədən doğan) bu əskikliyi kompensasiya etmək üçün 300-ə çatan qabırğa ətrafına sarılan əzələ lifləri və bağlardan ibarət olan kompleks sistem inkişaf etdirmişdir. … Bənzərsiz təkamülləriylə bəzi şeylər üçün üzvlərin olmadığını sübut etmişdir. Qaçmaq, üzmək kimi… İlanların ataları onları üzvlərindən edən bənzərsiz bir təkamüllü təcrübənin nəticəsində çıxdı. Bu təkamül təbiətin ən böyük müvəffəqiyyət əhvalatlarından biridir.”
Görüldüyü kimi, “Discovery Channel” “Necə?” sualına cavab verə biləcək heç bir şərh gətirmədən, öz inanclarını təlqin etməyi seçməkdədir. Xəyali bəzi təcrübələrdən söz etməkdə, sonra ilanları bu xəyali təcrübənin qalibi elan etməkdədir. “Bu vəziyyətdə “ən böyük müvəffəqiyyət əhvalatının da təbiətə deyil “Discovery Channel”in özünə ətf edilməsinin daha uyğun olduğu ortaya çıxmaqdadır. Çünki “Discovery Channel” proqramın əvvəlindən sonuna qədər ilanın saxta təkamülü haqqında hekayə izah etməkdən başqa bir şey etməməkdədir.
Proqramda ilanların zəhəri də saxta təkamülündə daha yaxın zamana aid inkişaf olaraq göstərildi. “Discovery Channel” ilan zəhərinin təkamüllə ortaya çıxmış olduğunu iddia etməklə yanaşı, bu zəhərin ifraz olunduğu vəzinin, zəhəri vəzidən ağızdakı iti dişlərə daşıyan kanalların və şpris funksiyası yerinə yetirən içi boru şəkilli inyektora sahib iti dişlərin necə təkamülləşmiş ola biləcəyinə dair heç bir şərh etmədi, daha doğrusu etməyə cəsarət edə bilmədi. Bunun altında yatan səbəb isə düşməni zəhərləmə mexanizminin mürəkkəbliyi idi.
İlanın düşmənini zəhərləməsində rol oynayan bütün parçalar (zəhər, zəhərin ifraz olunduğu vəzi, zəhərin çatdırıldığı kanallar, itiliyi və içindəki boru şəkilli novla inyeksiya funksiyası yerinə yetirən iti dişlər) xüsusi bir dizayn ortaya qoyar. Fərqli vəzifələr boynuna götürən fərqli strukturlar, müəyyən bir məqsədi yerinə yetirmək üzrə doğru təşkilat içində bir yerə gəlmişdir.
Mürəkkəblik baxımından ilandakı sistemdən daha çox sadə olmaqla birlikdə bənzər bir dizayn, ayaqlı serum asılqanı da görülə bilər. Bir serum şüşəsi, serum, xortum və ən ucda iynə… Bu sadə dizaynı görən hər kəs, bu parçaların müəyyən bir məqsəd üçün bir yerə gətirildiklərini anlaya bilər. İlandakı sistem daha mürəkkəbdir və serum asılqanının dizayneri olduğu kimi, ilanın da yaradıcısı vardır. İlandakı dizayn Uca Allahın sonsuz qüdrətinin göstəricisidir.