“New Scientist” jurnalının 24 dekabr 2005-ci il tarixli sayında “Here’s Looking at You, Chimp” (Sizə baxır, şimpanze) başlıqlı xəbər nəşr olundu. Xəbərdə, şimpanze genomunun müəyyən edildiyi işlə əlaqədar təfərrüatlar verilirdi. İnsan və şimpanzenin altı milyon il əvvələ qədər ortaq bir atadan ayrıldıqları ssenarisini doğma olaraq mənimsəyən “New Scientist”, iki canlının genomlarının müqayisə etməli analizlərinin xəyali təkamül prosesinin təfərrüatlarını işıqlandıracağını qarşıya qoyurdu.
Ancaq insan və şimpanzenin ortaq bir atadan ayrıldıqları iddiası, yalnız təkamül nəzəriyyəsinə kor-koranə bağlılıq üzündən dəstək olunmağa çalışılan nağıldır. Bu nağıla dayaq göstərilən saxta elmi şərhlər isə iki canlı arasındakı müxtəlif bənzərliklərin yanında son dərəcə dağınıq və qeyri-kafi fosil qeydi üzərində edilən ön mühakiməli şərhlərdən ibarətdir.
İnsanın təkamülü ssenarisinə ətf edilən fosillər son dərəcə az miqdarda və dağınıqdır. “İtkin Halqalar” kitabının yazıçısı Con Rider, “New Scientist” jurnalında nəşr olunan yazısında, bu mövzuda üzərində fərziyyə edilən fosillərin, ancaq bilyard masasını dolduracaq qədər az olduğunu ifadə etmişdir:
Bütün (saxta) hominid kolleksiyası yığsanız, bilyard masasını ancaq doldurar, ancaq bunlar, görünüşlərini faydalarının çox kənarında şişirən iki faktora görə elm yaratdılar. İlk olaraq fosillər, ata olaraq yüksək dərəcədə əhəmiyyətli heyvana, yəni bizə işarə edir. İkinci olaraq isə fosillər bütün ümidləri qıracaq şəkildə əskiklərlə dolu və növlər yalnız kiçik parçalardan ibarətdir, heç bir nəticəyə aparmır, belə ki, əskik olanlar haqqında, mövcud olanlardan daha çox şey söyləyə bilərik. (John Reader, “Whatever Happened to Zinjanthrapus?”, New Scientist, vol 89, nömrə: 12446, 26 Mart, 1981)
Təkamülçülər tərəfindən insanın yaşayan ən yaxın qohumu olaraq qarşıya qoyulan şimpanzelərin fosil qeydi isə tamamilə nöqsandır. Dünyaca məşhur elm jurnalı “Nature”nin redaktoru və paleontoloq Henri Ci bu gerçəyi belə ifadə edir:
“Çoxunun bildiyi kimi, hominid [insanın saxta təkamüllü ataları] fosilləri seyrəkdir, şimpanze soyunun isə hər hansı bir fosil qeydi yoxdur” (Henry Gee, Palaeontology: Return to the planet of the apes , Nature, 12 İyul 2001, 412, sf. 131 – 132)
Görüldüyü kimi, “New Scientist”in gerçək kimi göstərməyə çalışdığı insanın təkamülü ssenarisi elmi dəlillərlə dəstəklənilməməkdədir. Az sayda fosil guya insanın atası olaraq göstərilməkdədir ki, əslində bu fosillər də aralıq forma olmaqdan çox uzaq, müəyyən növlərə aid fosillərdir. (Təfərrüatlı məlumat üçün baxın. Harun Yahya, Ara Geçiş Açmazı, Araştırma Yayıncılı)
“New Scientist” son şimpanze genomu işini də eyni kor-koranə inanc üzündən təkamül nəzəriyyəsiylə uyğunlaşdırmaqda və əldə edilən tapıntıların bu xəyali təkamülü işıqlandıracağını iddia etməkdədir. Bu olduqca maraqlıdır, çünki bəhsi keçən genom çalışması, insanlarla şimpanzelər arasındakı genetik fərqliliklərin əvvəldən təxmin edildiyindən daha çox olduğunu göstərməklə tam əksinə istiqamətdə nəticələr ortaya qoymuşdur.
Şimpanze genomunu insanınkı ilə müqayisə edən tədqiqatçılar, 4% fərqlilik olduğu nəticəsinə gəlmişdilər. Və təkamülçülər tərəfindən əvvəldən müdafiə olunan 1.2 kimi aşağı fərqlilik nisbətinin səhv olduğunu ifadə edirlər. Məsələn, “Nature” jurnalının xəbər xidməti tərəfindən nəşr olunan və “University of Vaşinqton School of Medicine”dən Even Ayklerin şərhlərinə də yer verilən yazıda bu mövzuda bu ifadələrə yer verilmişdir:
“İnsan və şimpanze, əvvəldən zənn edilən yaxın əmi oğlular deyildirlər. DNT-miz üzərində keçmişdə edilən səthi müqayisələr düzülmələrimizin 98.5% -i ilə 99%-i eyni olduğunu göstərirdi. Sayca 35 milyon olan və cəmi genomun 1.2%-nə bərabər olan tək hərf dəyişiklikləri tək başlarına ələ alındıqlarında bu çıxa bilir. Amma başqa fərqliliklər də var”, Aykler deyir. Ayrı bir yazıda, dublikat olmuş parçaların iki canlıya aid düzülmələrdə fərqli formalarda yayıldığını yazır. Bu bölgələr hesaba 2.7%-lik fərqlilik daha əlavə edir. “Bu səbəbdən, 1.2% nisbəti təəssüfləndirici şəkildə səhvdir” Aykler deyir .” (Michael Hopkin, “Chimpanzee joins the genoma club”, [email protected], 31 August 2005, <http://npg.nature.com/news/2005/050829/full/050829-9.html>)
Nəticə:
“New Scientist” jurnalını, insanın təkamülü ssenarisinə verdiyi dəstəyi elmi tapıntılar işığında gözdən keçirməyə dəvət edir, bunun mövhümat olaraq dəstəklənilən elmdən kənar hekayə olduğunu görməsini diləyirik. İnsan və şimpanze təsadüfi prosesdə törəyərək ortaya çıxmamış, Allahın “OL” əmriylə yaradılmışlar.