Pavianların izah edildiyi hissədə bu canlıların daxil edildiyi primatların mənşəyiylə əlaqədar bu nağıl danışıldı: “Böyük siçan ölçüsündəki məməli bütün primatların atası idi. Həyatının yetkinlik dövründə gecələr yaşayan bu heyvan onurğasızlarla bəsləndi. Bu günün qaqalosu ehtimalla primatların atasına bənzəyir. Eyni böyüklükdədirlər və irəli çıxan gözləri var.”
Animal Planet bu hekayəsinin qəhrəmanı haqqında təfərrüatlı məlumatlar verdiyi halda əhəmiyyətli təfərrüatı tamaşaçıya söyləməməkdədir: Bu siçana bənzər canlıya aid tək bir fosil tapıntısı yoxdur. Bu hekayə, yalnız təkamülçü elm adamlarının günümüz primatlarının DNT-lərinə baxaraq etdiyi fərziyyəyə əsaslanır. 2002-ci ildə aparılan araşdırmada, təkamülçülər genlər üzərindəki nukleotid düzülmələrindən primatların saxta atasının 85 milyon il əvvəl yaşamış olmalı olduğunu iddia etmişlər. Canlının siçan boyunda olduğu, gecələr ovladığı, iri gözlərə sahib olduğu kimi təfərrüatlar yalnız xəyal gücünə əsaslanır. Araşdırmanı reallaşdıran elm adamı Saymon Tivare “ƏLBƏTTƏ, BUNLARIN HAMISI FƏRZİYYƏDİR, HƏLƏ FOSİL TAPA BİLMƏDİK” deyir. (“New Study Supports Idea That Primates, Dinosaurs Coexisted”, Ben Harder, 18 Aprel 2002: http://news.nationalgeographic.com/news/2002/04/0418_020418_primates.html). Qısacası, Animal Planetin izah etdiyi bu nağıl pəri nağılından fərqlənmir.