Proqramda termitlərlə bəslənən ayıların, dodaq və dişlərinin, yemək yemə vərdişlərinə görə inkişaf etdiyi iddia edilir. Həqiqətdə haqqında danışılan ayıların dodaq və diş strukturları təkamül nəzəriyyəsinə dəlil meydana gətirmir. “National Geographic TV”-nin bu ifadələri öz təkamülçü ön mühakimələrindən qaynaqlanır. Bu ön mühakimə, canlıların orqanlarının etdiyi işləri təyin edib bunları birbaşa bu işi etmək üzrə təkamülləşmiş hesablama şəklində yekunlaşdırıla bilər. Ancaq açıqdır ki, canlılarda üstün dizayn mövcuddur və bir orqanın funksiyasının təsvir edilməsi onun təkamüllə ortaya çıxdığını göstərməz. Müxtəlif parçaların müəyyən bir funksiya yerinə yetirəcək şəkildə şəkilləndirilib təşkil edilməsi şüurlu dizayn məhsulu strukturların xarakteristik xüsusiyyətidir. Məsələn, benzinlə işləyən ağac kəsmə mişarının bıçaqları, kəsiləcək maddənin xüsusiyyətləri hesablanaraq xüsusilə şəkilləndirilib hazırlanmışdır.

Ayıların diş və dodaq strukturlarına baxdığımızda da şüurlu dizayn məhsulu strukturlardakı xüsusiyyətləri görərik. Dodaqlar yeməkləri qavrama; dişlər isə bunları parçalayıb üyüdmə vəzifələrini görər. Mişarın bıçaqlarının mühəndislər tərəfindən hazırlanmış olduğu kimi, ayının diş və dodaqları da şüurlu dizayn məhsulu olduğu, bir başqa sözlə yaradıldığı açıqdır. Elmi tapıntılar, təkamül nəzəriyyəsinin əsaslandığı təbii səbəblərin canlılarda görülən kompleksliyi yaratmasının qeyri-mümkün olduğunu göstərmişdir. Təsadüfi mutasiya və təbii seleksiya ilə yeni bir orqan hətta tək bir yeni zülalın da  ortaya çıxdığı müşahidə edilmiş deyil. Qısacası, ayılardakı dodaq və diş quruluşundakı dizaynın təkamüllə açıqlanması mümkün deyil. Bəhsi keçən canlılar bu xüsusiyyətlərə sahib olaraq bir anda Allah tərəfindən yaradılmışlar.

Sənədli filmdə ortaya qoyulan bir başqa təkamül yanılması da kərgədanlarla əlaqədar olanıdır. Proqramda beş dırnaqlı ayaqlara sahib kərgədanların tək dırnaqlı atlarla qohum olduğu iddia edilir. Ancaq bu iddia yalnız “National Geographic TV”-nin təkamülçü ön mühakimələrinə əsaslanan və tək tərəfli dünyagörüşündən qaynaqlanan iddiadır.

Ortaq strukturların paylaşması, şüurlu dizayn məhsulu strukturların təməl xüsusiyyətlərindəndir. Məsələn, fərqli markalardan da olsalar kompyuterlərlərdə, prosessor və hard disk kimi parçalar var. Ancaq bu parçaların varlığı, kompyuterlərin təkamüllə ortaya çıxdıqlarını göstərməz. Həm də at dırnağındakı quruluş təsadüflərlə açıqlana bilməyən dizayn ortaya qoyur.

Fransız Elmlər Akademiyası Köhnə Başçısı Pyer-Pol Qrassé, at dırnağındakı üstün dizaynı bir az texniki dillə izah etdikdən sonra, bunun təsadüfi prosesdə təmin edilə bilməyəcək davamlılıq göstərdiyini ifadə etmişdir. Buna görə atın ayağındakı oynaqların yaranmasında, təzyiq azaldıcı yastıqlarda, hərəkəti asanlaşdıran yağlarda, anatomik bağlarda və sümüklərin quruluşunda üstün dizayn gözə dəyməkdədir:

[At dırnağı], üçüncü barmaq sümüyünü qoruyacaq şəkildə ayağa tutdurulmuş vəziyyətdə olur və bəzən ağırlığı bir tonu keçən təzyiqləri kauçuk, ya da yaya sahib olmadan azalda bilər. Bu, yalnız təsadüflə ortaya çıxmış ola bilməz: dırnaq yaxından araşdırıldığında bir çox təbii yenilik və uyğunluğu bir yerdə saxladığı görülür. Buynuz kimi maddədən yaranmış olan səth, yəni dik keratofil lamina, keratogen təbəqənin podofil laminasıyla birləşər. Sümüklərin sıralı uzunluqları, bunların oynaq yaradacaq şəkildə bir yerə gətirilişi, oynaq səthlərin qıvrım və şəkilləri, sümüklərin strukturları (sümüklü təbəqələrin yönümü və nizamlanması); anatomik bağların, mühafizəli və sürüşkən tendonların, tampon yastıqların, sandal sümüyünün, yağlayıcı serom mayesinə sahib sinoviyal pərdələrin varlığı… Bunların hamısının inşasında, daxilən kaotik və əskik olan təsadüfi hadisələrin çıxarıb mühafizə edə bilməyəcəyi davamlılıq görülər. Bu tərifdə, uyğunluğun daha çox təsiredici olduğu ümumi quruluşun təfərrüatlarına da girmirəm; bunlar tək dırnaqlı ayaqlardakı sürətli hərəkətin mexanikasında ortaya çıxacaq problemlərə həll yolları yaradar. (Paul-Pierre Grasse., “Evolution of Living Organisms,” 1977, sf. 51-52)

Görüldüyü kimi, “National Geographic TV”-nin dırnaqlılarla əlaqədar təkamülçü iddiaları kor-koranə müdafiə olunan mövhumatçı iddialardan ibarətdir. “National Geographic TV”-yə darvinizmə verdiyi bu mövhumatçı dəstəyə son verməsini və canlılığın mənşəyinin yaradılış olduğunu qəbul etməsini tövsiyə edirik.