Siçanların təcrübə obyekti olaraq istifadə edildiyi tibbi və genetik araşdırmalarla, siçanların insanlığın xəstəliklərə qarşı verdiyi mübarizədə təmin etdikləri faydaların izah edildiyi proqramda bu canlıların mənşəyi ilə əlaqədar təkamül iddiası ortaya atıldı. Buna görə insan və siçan arasında yüksək dərəcədə genetik bənzərlik olduğu; hər iki canlının, soreks adı verilən məməlidən təkamülləşdiyi irəli sürüldü.
Siçanla insan arasında genetik bənzərliklər olması son dərəcə təbiidir, çünki ikisi də məməlidir. Bənzər bədən funksiyalarını bənzər şəkillərdə meydana gətirən bu canlıların genetik baxımdan bənzər olması, ortaq bir atadan təkamülləşdiklərini göstərməz. Məsələn, dəniz, quru və hava nəqliyyat vasitəsiləri də müxtəlif xüsusiyyətlərə görə təsnif edilə bilər. Eyni sinifə daxil edilən nəqliyyat vasitələrinin ortaq xüsusiyyətləri, bu nəqliyyat vasitələrin bir başqa nəqliyyat vasitələrinin təkamülləşdiklərini göstərməyəcəyi kimi, siçan ilə insan kimi məməlilərin də ortaq genləri daşımaları təkamüllə ortaya çıxdıqlarını göstərməz.
Siçan və insanın soreksten təkamülləşdiyi nağılının tək dayağı da soreksin fosil təbəqələrində insan və siçandan əvvəl ortaya çıxmış, siçana bənzər canlı olmasıdır. Halbuki, bu ortaya çıxış, digər bütün canlı növlərində olduğu kimi ani ortaya çıxışdır. Təkamül nəzəriyyəsinin iddiaları atasal formalardan addım-addım inkişaf tələb etdiyi halda nə sorekslə siçan arasında, nə də sorekslə insan arasında belə pilləli inkişafa dəlil olaraq təqdim edilə biləcək fosillər yoxdur. Əlbəttə, bu vəziyyət “National Geographic”in iddia etdiyi təkamülün heç yaşanmadığını, ani ortaya çıxışını açıq yaradılış göstəricisi olduğunu göstərir. Yaradılış gerçəyini fəlsəfi səbəblərlə qəbul etməyən “National Geographic TV”, kor-koranə darvinizmə dəstək verməkdə və tamamilə həqiqətə uyğun olmayan təkamül nağılları izah etməkdədir.