“Animal Planet”in bu sənədli filmində darvinist təbliğatda tez-tez göz boyama vasitəsi olaraq müraciət edilən bir mövzuya, şimpanzenin zəka və davranışlarına yer verildi. Proqramda Qərbi Afrika ölkələrindən Fildişi Sahili sərhədlərində olan və Tai Meşəsi adıyla tanınan yağış meşələrində yaşayan şimpanze qrupudan danışıldı.
Tamaşaçılara, evli olan tədqiqatçıların izlədiyi və 60 fərddən meydana gəldiyi deyilən şimpanze birliyiylə əlaqədar çəkilişlər və şərhlər təqdim edildi. Bu proqramda ən çox vurğulanan mövzu, haqqında danışılan şimpanze birliyinin başqa şimpanze birliklərində müşahidə edilməmiş dərəcədə müvəffəqiyyətli şəkildə qoz qıra bilmələri idi. Şimpanzelər bu mövzuda həqiqətən də təəccüblü dərəcədə üstün qabiliyyət göstərirdi.
Şimpanzelər, əllərinə götürdükləri qalın budaq parçasıyla, odundan olan zindan aləti üzərinə qoyduqları qoza vuraraq qozun içini əldə edirdilər. İzah edildiyinə görə bu texnikanı ancaq 10 yaşından çox şimpanzelər tətbiq edə bilirdi və şimpanzelər bunun məlumatını nəsildən-nəsilə ötürürdü.
“Animal Planet”, təəccüblü olmayan şəkildə, bu davranış şəklini darvinist dünyagörüşüylə izah edirdi. “Animal Planet”ə görə bu şimpanze birliyi, guya təkamüllü atalarımıza işıq tuta biləcək birlik idi. Darvinist təbliğatda sərhəd tanımayan “Animal Planet”, bu şimpanzeləri “bizdən biri” olaraq təyin etməkdən də geri qalmırdı.
“Animal Planet” həm də bu şimpanzelərin ağac budaqlarından baraban çubuğu kimi istifadə edərək ağaclara vurduqlarını, beləliklə bir-birləriylə xəbərləşə bildiklərini iddia edirdi.
“Animal Planet”də darvinist şərhlərlə bəzənən şimpanze davranışları, insanın təkamülü ssenarilərinə heç bir elmi dəlil təmin etməyən, kor-koranə bağlılıq göstərilən inanc sisteminin xəyallarından ibarətdir. Bizlər “Animal Planet” tamaşaçıları olaraq, yalnız şimpanzelərin insan kimi davranışlarına şahid olar, bu davranışların saxta təkamül prosesindən qaldığı nağıllarını dinləyirik. Halbuki, bizim qarşımıza xüsusilə şimpanzelərin “insan kimi” davranışlarının gətirilməsi, bizləri, “insan kimi” davranışlar göstərən tək canlının şimpanze olduğu kimi bir təəssürata qapdırmamalıdır.
“Animal Planet”in zehinlərimizdə yaratmağa çalışdığı tablonun əksinə, təbiətdə “insan kimi” deyilə biləcək davranışlar göstərən bir çox canlı vardır. Arı, qunduz, qarışqa, qarğa kimi canlıların insan kimi davranışları araşdırıldığında şimpanze davranışlarına bənzər təkamül iddialarının nə cür böyük yalan olduğu aydın olar. Çünki bu canlılar, xəyali təkamül ağacında insana, şimpanzedən daha çox uzaq budaqlara yerləşdirildiyi halda, heç bir şimpanzenin bacara bilmədiyi ölçüdə üstün zəka səviyyəsi ortaya qoymaqdadırlar.
Qısacası, bir nümunə verəcək olsaq, fillər ayaqlarını yerə vuraraq xəbərləşir və mürəkkəb ünsiyyət şəbəkəsi yaradırlar. Ancaq əlbəttə, fillərin bu qabiliyyətləri insanlarla ortaq bir atadan təkamülləşdiklərini göstərməz.
Fillərlə yanaşı, şimpanzelərlə əlaqədar darvinist təbliğatı etibarsız edən başqa bir çox canlı vardır. (Bu mövzuda daha geniş bir yazımızı buradan oxuya bilərsiniz.)
Görüldüyü kimi, şimpanzelərin insanabənzər davranışlarını göstərib bunların müşayiəti ilə darvinist nağıllar izah etmənin elmi təməli yoxdur.
Çox maraqlı şəkildə bu vəhşi və eqoist davranış, “Animal Planet”də təkamülçü tədqiqatçıların “sevgi və təqdirini” qazanan davranış olaraq elan edilirdi. Buna görə şimpanzeləri izləyən evli cütlüyün, “ovu paylaşmada yaşanan eqoistliyi zamanla daha da yaxşı anlayınca şimpanzelərə qarşı bəslədikləri sevgi və təqdir duyğuları artmışdı.”
Bu ifadələr açıqca göstərirdi ki, “Animal Planet”; haqqında danışılan vəhşilik və eqoistliyi insanın saxta təkamüllü atalarının da bir zamanlar paylaşdığını, insanın guya qohumlarında belə eqoist davranışlar görülməsinin sevindirici inkişaf olduğunu düşünürdü.
“Animal Planet”in verdiyi bu darvinist mesaj, bu ideologiyanı mənimsəyənlərin mənfəət qarşıdurması və eqoistliyi insan təbiətinin saxta gərəyi kimi mənimsədiklərini açıq şəkildə göstərir. Bilindiyi kimi darvinizm, təbiətdə davamlı həyat mübarizəsi olduğunu, ancaq güclülərin həyatda qalacağını müdafiə edən fəlsəfədir.
Bu fəlsəfənin insanlar arası əlaqələrə təsirlərinin nə dərəcə təhrikedici olduğu ortadadır. Darvinist fəlsəfənin hakim olduğu cəmiyyətdə zəiflər əziləcək, fərdlər öz mənfəətləri istiqamətində digər fərdlərlə qarşıdurmaya girəcək. Bu qarşıdurmaların cəmiyyət içində yayılması və qarşısı kəsilə bilməz şəkildə yerləşməsi vəziyyətində isə qaçınılmaz olaraq, ortaya xaos və anarxiyanın hakim olduğu cəmiyyət çıxacaq.
20-ci əsrdə insanlığı qan və çöküşə sürükləmiş irqçi / faşist / kommunist diktator və nəzəriyyəçilərin Darvinin nəzəriyyələrinə təriflər yağdırması boşuna deyil. 20-ci əsrdə yaşanan bir çox qanlı hadisə, darvinizmin ictimai həyatda tətbiq olunduğu, qanlı bir təcrübə sahəsini meydana gətirmişdir. –
“Animal Planet”ə ictimai darvinizmi təbliğ etməkdən vaz keçməsini tövsiyə edirik.