Header

Darvinist diktatorluğun monopoliyasındakı təkamül anketləri

Aa4a

İngiltərədə bir anket təşkil edildi. Anketin nəticəsi darvinistlər baxımından şok edici idi. Darvinin öz məmləkətində, Dokinzin darvinizm və ateizm təbliğatını ən intensiv etdiyi yerdə -İngiltərədə- təkamül nəzəriyyəsinə inananların nisbəti yalnız 25% çıxdı. İngiltərənin ən tanınmış qəzetləri dərhal bunu başlıqlarla xəbər etdilər. Bu əhəmiyyətli və təəccüblü inkişaf, darvinistlər baxımından sanki şok idi. Darvinizmin məğlubiyyətinin ən böyük elanı idi.

Bu məğlubiyyətin başlıqlarla eşitdirilməsi darvinist diktatorluq üçün qəbul edilə bilməz bir şey idi. Məhz bu səbəblə bu nəşrlərdə verilən bu xəbərin başlığı, bir neçə saat içində təcili dəyişdirildi. Verilən yeni xəbərdə darvinizmə inananların nisbətinin çox az olduğu artıq zikr edilmirdi. Anket nəticələri təhrif edildi. Boşluq anında insanlara eşitdirilmiş olan gerçək xəbər, bir anda şəkil dəyişdirdi. İnsanlar, bir daha, darvinist diktatorluğun təsiriylə aldadılmışdılar.

Hadisə bununla da bitmədi. İngiltərədəki bu anketin nəticəsinin ağırlığı olduqca çox gəlmiş olacaq ki, darvinistlər bu vəziyyəti gizləyə bilmək üçün çox keçmədən başqa üsula üz tutdular. “Yeni anket təşkil etdik” dedilər. 2000 adam arasında apardıqlarını iddia etdikləri anketin nəticəsini mətbuata verdilər. Darvinist diktatorluğun təsiri altında olan İngilis mətbuatındakı başlıqlar sürətlə dəyişmişdi. İngilis xalqı 2000 nəfərlik bu saxta anket nəticəsində “təkamülçü” elan edilmişdi.

Halbuki bu, bütün dünyanı təsiri altına almış olan və insanları illərcə aldatmış olan darvinist diktatorluğun çirkli oyunu idi.

Aparılan bu intriqalar, darvinizm təbliğatını yaymağa çalışan bu qaranlıq diktatorluq üçün köhnə təsirli üsullar idi. Qədimdən darvinistlər xəyali meymun atalarının şəklini çəkər, soyu tükənmiş mükəmməl komplekslikdəki canlıların fosillərini tapıb bunlara guya ara fosil deyər, böyük bir ölkənin təkamülçü olduğunu iddia edərlər və insanlar da onlara inanardı. Çünki gerçək elmi dəlillər darvinistlər tərəfindən diqqətlə saxlanır, darvinizmin yalan olduğunu kimsə bilmirdi. İnsanlar muzeylərdə gördükləri xəyali at silsilələrini, məktəb kitablarında oxuduqları sənaye inqilabı kəpənəklərini gerçək zənn edir, daha çoxunu bilmədikləri üçün bununla razılaşmalı olurdular. Darvinist diktatorluq nə desə o olurdu.

Lakin bir anda darvinistlərin heç gözləmədikləri bir şey oldu.

DARVİNİST DİKTATORLUQ BÖYÜK ZƏRBƏ YEDİ; YARADILIŞ ATLASI İLƏ…

Bir anda diqqətlə saxlanan fosillər ortaya çıxdı. YARADILIŞI İSBAT EDƏN TAM 100 MİLYON FOSİL VARDI. Bunların hamısı mükəmməl, qüsursuz, kompleks canlılara aid idi və böyük qismi yaşayan fosillər idi. İnsanlar anladılar ki, bu gün pələng necədirsə, 50 milyon il əvvəl də eyni idi. Bir kalmar balığı bu gün necədirsə, bundan 100 milyon il əvvəl də eyni idi. İnsanlar canlıların təkamülləşmədiyini anladılar. Və insanlar, TƏK BİR ƏDƏD BELƏ ARA FOSİL OLMADIĞINI da anladılar. Ən əhəmiyyətlisi, insanlar ALDADILDIQLARINI anladılar. Elmi gerçəklər gözlərinin önündə idi. Artıq əleyhinə elmi dəlillər gətirmədikcə insanları razı salmanın yolu yox idi. Heç bir zaman gerçək elmi dəlil gətirə bilməyəcək olan və bu səbəblə tək yolu təbliğat olan Darvinizm ortada qaldı, tərk edildi.

Demaqoqluq və təbliğat əvvəldən darvinizmin təsirli üsulları idi. Amma artıq bu dövr bitdi. Artıq şüurlanmış, elmi dəlilləri görmüş xalq üzərində bunların heç bir təsiri olmur. İnsanlar, kütlələr halında təkamülü tərk edir və Allah inancına yönəlirlər. Bu artıq bütün millətlərdə çox açıq və güclü dəlillərlə özünü göstərir. Darvinist diktatorluğun çaxnaşması bundan olsa gərək, artıq çarəsizdirlər.

Darvinizm qəti və böyük məğlubiyyətə uğramışdır. Yerlə bir olmuş, yox olmuşdur. İnsanları cahil və kiçik görən darvinist sistem, artıq insanları daha çox aldada bilməyəcəyini anlamışdır. Darvinist diktatorluğun tələlərinə artıq kimsə düşməməkdədir. İstədikləri qədər təbliğat etsinlər, artıq dünyada kimsə gerçək mənada darvinizmə inanmır.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313