Darvinizm, dünya tarixinin ən böyük kütlə yalanıdır. Elmdən istifadə edərək ortaya atılmış olan bu saxta nəzəriyyə, tək bir ədəd belə elmi dəlillə dəstəklənilməmişdir. Lakin buna baxmayaraq, bu yalan, saxta fosillər və intensiv demaqoqluq üsulu ilə bütün dünyada yayılmış, məktəb kitablarına girmiş, universitetlərdə zəruri dərs olaraq öyrədilmişdir. Dünyanın ən tanınmış elmi jurnal və nəşrlərində sanki qəti gerçəkmiş kimi bu yalanın təbliğatı edilmişdir. Məhz bu, 150 ildir bütün dünyaya hakim olan darvinist diktatorluğun sistemli fəaliyyətinin nəticəsidir. Darvinist diktatorluğun qəbul etmə üsulu isə ümumiyyətlə bu üsulla olar:
Bir elm adamı, olduqca uzun bir təhsil alar, əmək verər, səy göstərər, fədakarlıq edər və nəticəsində kitablar dolusu məlumata sahib mütəxəssis adam vəziyyətinə gələr. Ona illərcə ən yaxşı məktəblərdə, onun “elm adamı” ola bilməsi üçün inanması şərt olan məlumat öyrədilmişdir: Təkamül. Hələ uşaqlıq yaşlarında xəyali meymun atalarının şəkillərini görmüş, saxta kəllə şəkillərindən bu canlılardan təkamülləşdiyini zənn etmiş, saxta fosil şəkillərindən canlıların bir-birlərindən ara keçidlərlə törədiyinə inanmışdır.
Ona, “təkamülün dəlilləri var” deyilmiş və önünə yenə şəkillər qoyulmuşdur. Sudan quruya addımını atmaq üzrə olan qəribə canlılar, uçmağa hazırlaşan qəribə dinozavr bu saxta keçidin dəlilləri olaraq təqdim edilmişdir. Ağlına heç bir zaman bu xəyali ara canlıların gerçək fosillərini görmək gəlməmişdir. Darvinistlərin niyə tək bir ədəd belə ara fosil gətirib önünə qoymadıqları, niyə yalnız saxtakarlıq etdikləri, niyə fosilləri saxladıqları mövzusu üzərində çox baş yormamışdır. Çünki aldığı təhsil boyunca, uşaqlıq illərindən etibarən ona tək bir şeyin təlqini verilmişdir: “Təkamülə inanmaq zəruridir”, “buna qarşı olan bütün fikirlər rədd edilməlidir”.
Zamanla bu adam darvinizmə qarşı gəlməməli olduğunu da öyrənəcək. Ətrafında darvinist diktatorluğun geniş hakimiyyətinin olduğunu görəcək, hətta bir müddət sonra bu azğın diktatorluğun bütün dünyaya hakim olduğunu, dövlətlərin dəstəyini aldığını anlayacaq. Ətrafında darvinizmə qarşı çıxmağa cürət edənlərin həzm edildiyini, işlərindən çıxarıldığını, təlimçilərinin özünə darvinizm xaricində bir şey izah edə bilmədiklərini fərq edəcək. Və başında darvinizmin saxtakarlıq olduğuna dair inanc meydana gəlmiş olsa da, bunu heç bir zaman sorğulamamalı olduğunu anlayacaq. Çünki bir elm adamı olmaq istəyirsə, darvinist diktatorluğun dediyini etməlidir.
Bir elm adamı olub, mütəxəssis adam xüsusiyyətinə çatdığında, elm kütlələri tərəfindən tanınıb təriflə qarşılandığında, elmi jurnallarda davamlı yer aldığında, konfranslara, panellərə, yığıncaqlara dəvət edilib geniş kütlələr tərəfindən dəstəklənildiyində və ciddi mənada yaxşı kariyera əldə etdiyində isə, artıq bəzi şeylər üçün çox gec olduğunu düşünər. Darvinizmin azğın nəzəriyyə olduğunu, tək bir ədəd belə dəlillə dəstəklənilmədiyini, saxtakarlıq məhsulu olduğunu və bir paqan dini şəklində kütlələrə yayılmış olduğunu əlbəttə ki, anlamışdır. Hal-hazırda ibtidai məktəb uşaqlarının belə rahatlıqla anladığı bu gerçəyi elm adamı olaraq anlamaması mümkün deyil.
Kariyerası boyunca davamlı olaraq bu saxta nəzəriyyənin müdafiəsini etmək məcburiyyətində qalmışdır. Darvinist diktatorluğun təzyiqi qarşısında kariyerasını qoruya bilmək məqsədiylə başqa çarəsi olmadığını düşünmüşdür. 30 il boyunca təkamülü izah etmiş, kitablarında yazmış, bu mövzuda nitqlər etmiş, konfranslar vermişkən bir anda bunun yalan olduğunu qəbul etmək çətin gəlir. Bunu edərək bütün kariyerasından rədd edəcəyini və darvinist diktatorluq tərəfindən rədd ediləcəyini düşünər. Darvinizmi müdafiə etməklə böyük səhv etdiyinin çox yaxşı fərqindədir, amma darvinist diktatorluğun təzyiqi altında bu yalanın müdafiəsini etməyi məcbur olaraq davam etdirər.
Hal-hazırda dünyada təxminən bütün elm adamları eyni vəziyyətdədir. Xüsusilə, Yaradılış Atlası ilə milyonlarla yaşayan fosilin sərgilənmiş olması, yer altından çıxan 100 milyon fosilin darvinizmi rədd etmiş olması və TƏK BİR ARA FOSİLİN OLMADIĞI gerçəyinin ortaya çıxması qarşısında elm adamlarının təkamül saxtakarlığını görməmiş olmaları qeyri-mümkündür. Elm adamı, əgər ön mühakiməli deyilsə, gerçək elm adamıdırsa, elmi dəlillərə baxaraq hərəkət edirsə, MƏHZ ELMİ DƏLİLLƏR ORTADADIR. Belə bir elm adamının darvinizmə inanması artıq qeyri-mümkündür.
Bunu görən elm adamının, BU YALANI MÜDAFİƏ ETMƏSİNDƏNSƏ, dürüstlüklə gerçəkləri müdafiə etməsi ən doğrusudur.
Bunu reallaşdıran çox diqqətə çarpan nümunələr olmuşdur. Məsələn, Entoni Flyu illərcə ateizm təbliğatı etmiş, saysız kitab və konfransı bu inancı istiqamətində reallaşdırmışdır. Ateizmin və darvinizmin atəşli müdafiəçisi ikən, qarşı-qarşıya qaldığı elmi gerçəklərə bir az diqqətli baxdığında yer üzündəki heç bir şeyin təsadüfən var ola bilməyəcəyini, bir məqsəd üzərinə yaradıldıqlarını və hər yaradılanda bir möcüzə olduğunu görərək Uca Rəbbimizə iman etmişdir. İnsan Genomu Layihəsi direktoru köhnə darvinist və ateist Fransis Kolins də bu mövzuya bir başqa nümunədir. Araşdırdığı DNT-yə bir az daha yaxından, dürüstcə, ön mühakiməsiz və ağılla baxması Allaha iman etməsi üçün kafi olmuşdur.
Allah şübhəsiz ki, gerçəkləri görən və Öz yoluna yönələn hər kəsi qoruyar. Dünya səviyyəsində hal-hazırda güclü görünən darvinist diktatorluq da Allahın idarəsi altındadır. Zamanı gəldiyində -ki, bu çox yaxındır- bu diktatorluq tamamilə yıxılacaq, yox olacaq. Gücün, qüdrətin hamısı Allaha aiddir. Məhz bu səbəblə gerçəkləri görmüş olan sağlam fikirli elm adamları, illərcə darvinizmi müdafiə etmiş olsalar da, çox gec demədən, mütləq vicdanlarına görə hərəkət etməli və bu köhnə nəzəriyyəni tərk etməlidirlər. Bir yalanı, yalan olduğunu bilə-bilə müdafiə etmək və gənc beyinlərə bunu öyrətmək vicdansızca hərəkətdir və bunun məsuliyyəti çox böyük ola bilər. Əsl ərdəm, səhvdən dönmək və gerçəyi bilərək, gerçəyi öyrədərək vicdan rahatlığıyla yaşamaqdır.