Son vaxtlarda ölkəmizdə tanınmış bəzi din alimləri, darvinizm fikrinin ilk olaraq müsəlman alimlər tərəfindən ortaya atıldığını iddia edərək, “atamız xurma idi” yalanının müdafiəçiliyini edirlər. Eynilə Darvin kimi Türkləri aşağı irq olaraq görən bir şəxsin fikirlərinə sahib çıxmaqda və xalqımıza “atalarımız xurma idi” yalanını mənimsətməyə çalışmaqdadırlar.

Ancaq bu, darvinist diktatorluğun davam edən oyunlarından bir başqasıdır.

Xurmanı insanın atası olaraq göstərməyə çalışan məntiq son dərəcə aciz məntiqdir. Bu iddia, normal şərtlərdə ibtidai məktəb uşaqlarının belə güləcəyi son dərəcə uydurma izahdır. Lakin mövzu gündəmdə olduğundan, iddianın etibarsızlığını izah etmək yerində olacaq.

Bütün digər canlılar kimi, bitkilər də milyonlarla il boyunca dəyişməmiş, eyni qalmışlar. İlk bitki qalıqları Daş kömür dövrünə yəni günümüzdən təxminən 350 MİLYON İL ƏVVƏLİNƏ AİDDİR. Və bu dövrə aid bitkilər günümüzdəkilərlə EYNİDİR. Bəzi kəslərin “atamız” olduğunu iddia etdikləri XURMA BİTKİSİNİN YARPAĞININ İSƏ, TƏBAŞİR DÖVRÜNƏ (146-65 MILYON İL ƏVVƏL) AİD FOSİLİ VAR. Bitki, təxminən 140 milyon il boyunca HEÇ BİR DƏYİŞMƏYƏ UĞRAMAMIŞDIR. Zamanla qolları, ayaqları inkişaf etməmiş, insana çevrilməmişdir. “Atalarımız mikrob idi”, “atalarımız soxulcan idi”, “atalarımız xurma idi” şəklində zaman-zaman gündəmə gətirilən bu tip iddialar, elmi inkişafların və dəlillərin artıq çox yaxşı fərqində olan insanlarımızı yalnız güldürməkdədir.

 

Bütün bunların kənarında, darvinizm tərəfdarları, xurma haqqında bəhs olunan demaqoqluqda təkid edərkən, xurmanın özünün qarşılarında böyük bir möcüzə olaraq yaradılmış olduğunu unutmaqdadırlar. Xurma, hətta sadəcə çəyirdəyi, tək bir yarpağı belə darvinistlərin heç bir şəkildə izah edə bilməyəcəkləri möcüzədir. Xurma üzərindən əsassız demaqoqluqlarla fikir çıxaran kəslər, xurma möcüzəsinin fövqəladəliyinə təkamüllə şərh gətirə bilmirlər.

Darvinistlər, iddialarının hamısında olduğu kimi bitkilərin xəyali təkamülü mövzusunda da 150 ildir insanlara dəlil deyil. yalnız demaqoqluq təqdim edərlər. Çünki -bütün digər canlılarda olduğu kimi- bitkilərin xəyali təkamülünü sübut edən tək bir ədəd belə dəlil yoxdur. Üstəlik, bu gerçəyin Darvin də fərqindədir. Bitkilərin ani ortaya çıxışı, mükəmməl yaradılışı və heç bir təkamülləşmə göstərməmələri qarşısında Darvin, bu etirafı etmişdir:

Bitki aləminin tarixində (elmi təsnifləşdirmə baxımından) yüksək səviyyəli BİTKİLƏRİN AÇIQ ŞƏKİLDƏ QƏFLƏTƏN VƏ BİRDƏN-BİRƏ İNKİŞAFLARI qədər mənə daha fövqəladə gələn hadisə yoxdur. [1]

Ara fosillərin olmadığını, canlıların dəyişmədən tam yerli yerində və müntəzəm şəkildə var olduqlarını, gözün kompleks quruluşunu açıqlaya bilmədiyini etiraf edən Darvin, bitkilərin inkişafına da şərh gətirə bilmədiyini etiraf etmiş olmaqdadır. Ancaq onun nəzəriyyəsinin günümüz müdafiəçiləri, milyonlarla qəti elmi dəlilə baxmayaraq, bu yalanı davam etdirməyə cəhd göstərirlər.

Darvinistlərin artıq demaqoqluğa son vermələri və məğlubiyyəti qəbul etmələri lazımdır. Bu anda darvinizmin məğlubiyyəti Yaradılışı isbat edən 250 milyon fosil ilə olmuşdur. Yer laylarından 250 milyondan çox fosil çıxarılmışdır və bu canlıların HEÇ BİRİ DƏYİŞİKLİYƏ MƏRUZ QALMAMIŞ CANLILARDIR. Həm də 250 milyon fosil arasından TƏK BİRİ BELƏ ARA FOSİL DEYİL. Təkamül deyə bir şey yoxdur. İNSANLAR ALDADILMIŞLAR. Ancaq indi artıq darvinizm cəfəngiyatını ciddi qəbul etmirlər. Qurandakı izahlara tam mənasıyla tərs düşən, elmi dəlillərlə qəti olaraq yalanlanmış, tək bir ara fosil ilə belə dəstəklənilməmiş olan bu iddianın tələsinə xalqımız düşmür. Xalqımız mələklərin, cinlərin təkamüllə yaradılmadığını, ilana çevrilən hz. Musanın əsasının təkamüllə şəkil dəyişdirmədiyini bildikləri kimi canlıların da təkamüllə yaranmadığını bilirlər.

[1] Erik Stokstad, “Fossil Plant Hints How First Flowers Bloomed”, Science, Volume 296, sayı 5569, 3 May 2002, s. 821