Celal Şengör, hər il 40 min növün yox olduğunu və bunun yerinə 1000 ayrı növün təkamülləşdiyini iddia etmişdir. Lakin yeni növlərin təkamülləşdiyi iddiası etibarsızdır.

Yer üzündə hər il yeni növlərin kəşf edildiyi doğrudur. Bunun iki şərhi ola bilər:

   Yeni olan növlər, onsuz da hal-hazırda dünyada yaşamaqda olan, ancaq bu ana qədər kəşf edilməmiş növlər ola bilər. Necə ki, bəhsi keçən növlərin tapıldığı bölgələr, daha əvvəl ətraflı araşdırma edilməmiş insan ayağı dəyməyən torpaqlar, uzaq dənizlər və ya dəniz dibləridir. Araşdırma edildikcə ortaya çıxan bu növlərin, onsuz da illərdir varlığını davam etdirən, lakin kəşf edilməmiş növlər olması güman olunur.

   İkinci ehtimal olaraq da bu yeni növlər o an yaradılmış varlıqlar ola bilər. Allahın yoxdan yaratması, insanlardan uzaqda, gözlə görülməyən yerlərdə reallaşmaqdadır. Ən doğrusunu Allah bilər. Allah bunu möcüzə olaraq yaratmaqdadır. Yoxsa insanların gözlərinin qarşısında, məsələn, zooparklarında belə bir vəziyyət, Allahın diləməsi xaricində, reallaşmaz.

Burada ifadə edilməli olan iki əhəmiyyətli nöqtə vardır:

   Birincisi, bəhsi keçən növlərin təkamülləşdiyinin iddia edilə bilməsi üçün, bu mükəmməl növləri tapa bildiyimiz kimi, yeni təkamülləşməkdə olan növləri də tapa bilməyimiz lazımdır. Hər il 1000 yeni növ çox saydır, mütləq bu saxta təkamülləşmənin izləri də görülməlidir. Amma buna dair tək bir dəlil yoxdur. Olan canlıların hamısı tam, mükəmməl, qüsursuz canlılardır.

   İkincisi, yeni növ olaraq xarakterizə edilən canlılar ümumiyyətlə bir növün variasiyalarıdır. Darvinistlər ümumiyyətlə variasiyaları “növ” olaraq xarakterizə edib təbliğat aparalar. Halbuki yeni kəşf edilən canlı, 200 milyon ildir var olan qurbağanın genlərində onsuz da var olan məlumatı daşıyır. Bundan fərqli bir canlı deyil. Bildiyimiz qurbağalara yeni bir məlumat əlavə olunmamış, onlar qurbağadan fərqli bir növə çevrilməmişlər. Bu fərqlilik zənci insan ilə ağ insan arasındakı fərqlilikdən kənar bir şey deyil.