Celal Şengör, bəhsi keçən proqramda insanın atasının mağaralarda yaşayan primitiv varlıqlar olduğunu iddia etmişdir. Bu, “daş dövrü” yalanı uzun illər insanlara təkamül fikrini təlqin edə bilmək üçün təqdim edilən yalandır.

Müxtəlif arxeoloji qazıntılarda on minlərlə il əvvəl mükəmməl mədəniyyət xüsusiyyətlərinə aid bütün dəlillər əldə edilmiş olaraq var. Lakin əlbəttə, on minlərlə ildən geriyə taxta qalmaz; dəmir isə oksidləşər və çürüyər. Geriyə qalan tək şey ümumiyyətlə daşlar və sümüklərdir. Daş və sümük fosillərinə baxaraq darvinistlər “daş dövrü” adını verdikləri bir dövr içində xəyali insanabənzər qəribə varlıqların primitiv həyat yaşadığını iddia edərlər. Halbuki, o dövrdən geriyə qala bilmiş daş və sümük fosillərindən belə o dövrdə mükəmməl mədəniyyətin var olduğunun dəlilləri ortaya çıxmışdır. Darvinistlərin Neandertal olaraq adlandırdıqları insan irqinin yaşadığı dövrə aid fleyta, tikiş iynəsi və daha bir çox tapıntı bu iddiaları yalanlamaqdadır. Təxminən 60 min il əvvələ aid olduğu aydın olan fleyta, tam və yarım notların qüsursuz olaraq təyin olunduğu müasir fleytadır. Sümükdən düzəldilmiş olan tikiş iynəsi isə son dərəcə düzdür və iplik keçirilməsi üçün açılmış dəliyə malikdir. Əlbəttə, musiqi zövqü olan, tikiş iynəsinə ehtiyac duyacaq qədər geyim mədəniyyətinə sahib olan insanlara primitiv deyilməsi qeyri-mümkündür. Mövzu haqqında ətraflı məlumat üçün baxın. http://www.kabatasdevri.com./