Celal Şengör, “kiçik təkamüllə” fotosintez edən bakteriyaların ortaya çıxıb oksigen istehsal etdiklərini iddia etmişdir. Bu iddia böyük yalandır:

Bu iddiaya görə bakteriyaların bir anda xlorolasta sahib olub, bir anda fotosintez etmələri lazımdır. Xloroplast kimi kompleks bir molekulun isə təsadüfən “kiçik təkamüllə” yaranması qeyri-mümkündür. Ayrıca, fotosintez hələ insan tərəfindən süni mühitdə belə reallaşdırıla bilməmiş, təfərrüatları tam aydın ola bilməmiş son dərəcə mürəkkəb hadisədir.

Təkamülçü Əli Dəmirsoy bu mövzuda bunu söyləyir:

“Fotosintez olduqca mürəkkəb hadisədir və bir hüceyrənin içərisindəki orqanoiddə ortaya çıxması qeyri-mümkün görülür. Çünki bütün addımların birdən meydana gəlməsi qeyri-mümkün, tək-tək ortaya çıxması da mənasızdır.” 1

Darvinist Corc P. Stavropoulosun bu mövzudakı etirafı isə belədir:

“Fotosintez, bütün həyati proseslər və həyatın özü, kompleks və ya qəsdli olaraq kompleksləşdirilmiş şərhlərə baxmayaraq, hələ də termodinamik, ya da bir başqa qəti elm sahəsi vasitəsiylə aydın ola bilməmişdir.” 2

 

  1. Prof. Dr. Ali Demirsoy, Kalıtım ve Evrim, Ankara, Meteksan Nəşrləri, 1984, s. 8
  2. Corc P. Stavropoulos, “The Frontiers and Limits of Science”, American Scientist, cild 65, noyabr-dekabr 1977, s. 674